Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3061/2023 03.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Ərizəçi sənədin şəxsə məxsus olmasına dair ərizəsinə baxaraq, müəyyən etdim: Ərizəçi Xaçmaz rayon məhkəməsinə müraciət edərək Torpağa mülkiyyət hüququna dair çıxarışda və DT və XK-nin Xaçmaz rayon şöbəsinin rəyində düzəliş edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərkən müəyyən etdim ki, həmin ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iş materiallarından görünür ki, ərizəçinin tələbi ilə bağlı olan məsələlər məhkəmənin səlahiyyətində deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Ərizəçiyə izah olunmalıdır ki, hazırki tələbi ilə bağlı Xaçmaz rayon İcra hakimiyyətinə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım Ərizəçi ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah olunsun ki, hazırki tələbi ilə bağlı Xaçmaz rayon İcra hakimiyyətinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-3061/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3061/2023
03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver