Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-308/2021 28.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN 219 F saylı 30208028 kodlu şəhadətnamənin onlara- Ərizəçi2 və Ərizəçi1 və digər ailə üzvləri olan payçılara məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışlar ki, Xaçmaz rayon Aqrar İslahat zamanı onlara və ailə üzvlərinə xx xxxx 1998-ci il tarixli 03 nömrəli qərarı ilə 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqları JN 219 F saylı 30208028 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hazırda mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair yeni mülkiyyət sənədi almaq istəyirlər və bu məqsədlə sənədlərini DƏDRX-nin 5 saylı ərazi idarəsinə təqdim edərkən adlarında və ata adlarında səhv olduğundan sənədlərdə uyğunsuzluğa səbəb olmuşdur. Məhkəmə iclasında ərizəçilər ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, ərizəçilərin dayısıdır. Eldarın Elman adlı qardaşı olmayıb. Torpaq sənədlərində ərizəçilərin ata adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, ərizəçilər qohumudur. Hacı bibisinin əridir. 2 oğlu vəfat edib. Torpaq sənədlərində ərizəçilərin ata adı səhv yazılmışdır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 219 F saylı 30208028 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon X8 xx.xx.1998-ci il tarixli 03 nömrəli qərarına əsasən X6, X7, X9, X3, X5 və Ərizəçi1 Hacı oğlunun mülkiyyətinə 0,13 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1998-ci ildə və Ərizəçi1 xx.xx.2000-ci ildə anadan olmuşlar. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 219 F saylı 30208028 kodlu şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Dədəli kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 598 nömrəli arayışından müəyyən olunur ki, 1996- 19980ci illər ərzində aparılmış aqrar islahatlar zamanı X13 və ailə üzvlərinə məxsus 0.13 ha həyətyanı torpaq sahəsinə aid torpağın mülkiyyətə verilməsinə dair JN 219 F saylı 30208028 kodlu şəhadətnamədə sıralanmada 5-ci yerdə duran mülkiyyətçi Ərizəçi2 adı səhv olaraq X2 göstərilmişdir. Həqiqətdə isə həmin mülkiyyətçi Ərizəçi2dur. Vəliyev Ömərcan Bakir oğlu və Vəliyev Valeh Ömərcan oğlu səhvən qeyd olunmuşdur. X1 və Vəliyev Vazeh Ömərcan oğlu yazılmalıdır. Sıralanmada 6-cı yerdə duran mülkiyyətçi Ərizəçi1 adı səhv olaraq Ərizəçi1 Hacı oğlu kimi göstərilmişdir. Həqiqətdə isə həmin mülkiyyətçi Ərizəçi1dur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Dədəli kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 84 nömrəli arayışından müəyyən olunur ki, X6 Ərizəçi1 Hacı oğlu adıqnda övladı yoxdur və olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göründüyü kimi şəhadətnamədə ərizəçilərin adlarında və ata adlarında yanlışlıq qeyd olunmuşdur. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər qeyd olunan hüquqmüəyyənedici sənədin onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişlər. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0,13 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 219 F saylı 30208028 kodlu şəhadətnamənin «şəhadətnamədə adları qeyd olunan digər hüquq sahibləri ilə birlikdə» Ərizəçi2 və Ərizəçi1 da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-308/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-308/2021
28.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver