Məhkəmə qərarları › İş №2(067)-310/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-310/2024

11.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-310/2024 11.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payların müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021 -ci il tarixdə vəfat etmiş X6 ilə mərhum X10 ilə birgə nikah dövründə əldə edilmiş Muğanbankda saxlanılan 13300 manat pul vəsaitindən ½ hissədə X5 payının müəyyən edilməsi, qalan 1/2 hissəsindən mərhum X2 qəbir daşına vərəsələrdən İddiaçı tərəfindən xərclənmiş 1400 manat pulun onun mərhumun xeyrinə çıxmaqla, qalan hissəsinin mərhumun birinci növbəli vərəsələri olan X10, İddiaçı, Cavabdeh, X3, X4 və X1 arasında bərabər hissələrdə bölüşdürülməsi, mərhum X10 ona vəsiyyətnamə etdiyi əmlakın tam şəkildə və mirasın əmlak tərəfindən qəbul edilməsi vərəsəlik üzrə mirasın qəbul edilməsi və vəsiyyət üzrə adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizənin qaytarılması barədə vəsatəti təmin olunmalı və iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı payların müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsümu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar