Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-312/2023 25.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 25 aprel 2023-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon X3 İcraiyyə Komitəsinin 1988-ci il 30 iyun protokol tarixli qərarı və ona əlavə edilmiş sənədlərin ona - Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışlar ki, Xaçmaz rayon X3 İcraiyyə Komitəsinin 30 iyun 1988-ci il tarixli 12 saylı protokol tarixli qərarına əsasən Xaçmaz şəhərindən fərdi yaşayış evinini tikilməsi üçün ona 400 kv.metr torpaq sahəsi verilmişdir. Lakin həmin sənədlərdə adı səhvən “Şahbala”, ata adı “Soltanpaşa” yazılmışdır. Hazırda yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nə müraciət etmiş, lakin sənədlərdə səhvə yol verildiyindən müraciəti mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin 30 iyun 1988-ci il tarixli 12 saylı protokoldan çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri 25-ci kvartal ərazisindən fərdi yaşayış evinin tikilməsi üçün X1 400 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin 30 iyun 1988-ci il tarixli 12 saylı qərarında və həmin qərarın Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 848 saylı arxiv çıxarışında hüquq sahibinin adı və ata adında uyğunsuzluq mövcuddur. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli 1511 nömrəli arxiv çıxarışından müəyyən olunur ki, Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin 30 iyun 1988-ci il tarixli (protokol №12) 227 nömrəli qərarına əsasən Xaçmaz şəhəri 25-ci kvartal ərazisindən fərdi yaşayış evinin tikilməsi üçün X1 400 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli arxiv çıxarışından müəyyən olunur ki, Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin 30 iyun 1988-ci il tarixli (protokol №12) 227 nömrəli qərarına əsasən Xaçmaz şəhəri 25-ci kvartal ərazisindən fərdi yaşayış evinin tikilməsi üçün X1 400 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarında olan 29 mart 2023-cü il tarixli arxiv çıxarışından müəyyən olunur ki, Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin 30 iyun 1988-ci il tarixli (protokol №12) 227 nömrəli qərarına əsasən Xaçmaz şəhəri 25-ci kvartal ərazisindən fərdi yaşayış evinin tikilməsi üçün X1 400 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli arxiv arayıçından müəyyən olunur ki, Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin 30 iyun 1988-ci il tarixli 12 saylı iclac protokolunda X1 400 kv.metr torpaq sahəsi verilməsi haqqında qərardan başqa heç bir əlavə sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər qeyd olunan hüquqmüəyyənedici sənədin onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişlər. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin 30 iyun 1988-ci il tarixli (protokol №12, 227 nömrəli qərar) qərarının Ərizəçi da məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-312/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-312/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver