Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-324/2025 07.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pulun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 dekabr 2022-ci il tarixli ******* №-li akt və İtirilmiş qazın bərpası üzrə 30 dekabr 2022-ci il tarixli komissiya qərarı əsasında ona əsassız olaraq hesablanmış 4147,40 manat məbləğində ziyanın silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, yaşayış evinə qaz sayğacı uzun müddətdir ki, quraşdırılmışdır. Hər ay qaz sərfıyyatına görə ödənişləri vaxtlı-vaxtında etmişdir. Qaz sayğacı rəhmətlik atası Muxtar Nadirovun adına olmuş, atası vəfat edəndən sonra onun adından qaz sərfıyyatına görə ödənişləri özü etmişdir. Hazırda abonentliyi öz adına rəsmiləşdirmişdir. Yaşadığı ünvanın qaz sayğacına gələn xəttin üstündə uzun illərdən qalan üstü kiçik dəmir parçası ilə (tıxac kimi) qaynaqlanmış çıxıntı kimi kiçik boru olmuşdur, həmin çıxıntı boru hissəsi uzun illər həmin xəttin üstündə olmuş, o isə bunun nə olduğuna ümumiyyətlə əhəmiyyət də verməmişdir. Həmin kiçik boru çıxıntısı olan hissə qonşuya gedən istiqamətdə olmuşdur. Ola bilər kiçik boru çıxıntısı olan yerdən qaz xətti sayğaca getmiş, sonradan həmin yerdən evin sayğacına gedən borunu kəsib yerini dəyişərək başqa yerdən sayğaca qaz xətti çəkmişlər. Həmin ana xətdən gələn borunun üzərində çıxıntı kimi qalmış kiçik borunun da üzərini qaz sızmasın deyə qaynaqla bağlamışlar. 2022-ci ilin dekabr ayında məhlə uşaqları evinə gələn qaz xətti olan borunun üzərindəki çıxıntıya şlank keçirib oynamışlar, həmin vaxt qaz idarəsinin işçiləri ərazidə olarkən bunu görüb gəlib şübhələnərək baxış keçirmişlər və 21 dekabr 2022-ci il tarixli akt tərtib etmişlər. Qaz İdarəsinin işçiləri onun barəsində təbbi qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər və aktda göstərmişlər ki, guya abonent olaraq o təbii qazdan qeyri-qanuni istifadə edir. Aktın məzmunu ilə tanış olduqdan sonra aktla razı olmadığından və tərəfindən hər hansı qeyri-qanuni əmələ yol verilmədiyindən akta imza etməkdən imtina etmişdir. Sonradan yaxın vaxtlarda qaz idarəsinin əməkdaşları evinə gəlib bildiriş təqdim edəndə bildirmişlər ki, təbii qazdan qeyri-qanuni istifadəyə görə həmin akt əsasında komissiya qərarına əsasən 34560 kub metr qaz sərfiyyatı- 4147,40 manat məbləğində ziyan hesablanıb, o hesablanmış ziyanı ödəməlidir. Tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 dekabr 2022-ci il tarixli ******* №-li akt əsasında yazılmış 30 dekabr 2022-ci il tarixli komissiya qərarı ilə qəti razı deyil. Belə ki, onun tərəfindən heç vaxt qaz xəttinə qeyri-qanuni müdaxilə olmamış və təbii qazdan qeyriqanuni istifadə hallarına yol verməmişdir. Bunu təsdiq edəcək şahidləri də vardır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, Cavabdeh İB ona qarşı dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia qaldıraraq, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4147,20 manat məbləğində dəymiş ziyanın, 379,45 manat debitor borcun, cəmi 4526,65 manat pulun ondan tutulmasını xahiş etmişdir. Məhkəmənin 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan 379,45 manat debitor borcunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh İB apellyasiya şikayəti versə də, təmin edilməyib. Hazırda Cavabdeh İB bildirir ki, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4147,20 manat pul onun hesabından silinməsi üçün qətnamə qəbul edilməlidir. Ona görə iddia qaldırmışdır. Xahiş edir iddia təmin edilsin. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, həqiqətən Cavabdeh İB-nin İddiaçı qarşı dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, 379,45 manat debitor borcun İddiaçı tutulması qət edilsə də, ona təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4147,20 manat məbləğində dəymiş ziyanın tutulması hissəsində iddia rədd edilib. Həmin qətnamədən apelyasiya şikayəti versələr də, şikayətləri təmin edilməyib. Hazırda təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 4147,20 manat pul Eldar Badirovun hesabında qalıb, silinməyib. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasları «delikt mübahisələr üzrə münasibətlərə» aid olduğundan bu kimi iddia ərizələri verilərkən pretenziya qaydalarına əməl edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, iş materiallarında olan X3 İstismar İdarəsinin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinin sayğacına baxış keçirilərkən sayğac şübhəli hesab edilmiş, yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 dekabr 2022-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda «abonent təbii qazdan qeyri-qanuni istifadə edir» rəyi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı (Nadirov Muxtar) 4147,40 manat cərimə (pul) hesablanmışdır. Xaçmaz rayon məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 2(067)-1523/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı qeyri-qanuni qaz xəttindən istifadə etdiyinə görə 4147,20 manat məbləğində pulun tutulmasını xahiş etməsinə dair iddia tələbi rədd edilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-220/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Göründüyü kimi, məhkəmə qətnaməsi ilə sübuta yetirilmişdir ki, İddiaçı qeyri-qanuni kənar xətdən istifadə etməsi faktı sübuta yetirilməmişdir və bununla bağlı Azəriqaz İB-nin cavabdehə qarşı iddiası təmin olunmamışdır. Hazırki iddia isə, eyni məbləğin silinməsi ilə bağlı olduğundan, yenidən sübut etməyə və araşdırmaya zərurət qalmır. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt törədilməsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, onun zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəfin izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan evdə qaz sayğacı həyətdən kənarda quraşdırılmışdır. Qaz sayğacı həyətdən kənarda küçə tərəfində quraşdırıldığından Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz idarəsi cavabdehlik daşıyır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən sayğaca qəsd və ya ehtiyatsızlıqdan hər hansı müdaxilə edilməsi öz təsdiqini tapmamışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.5- ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsində göstərilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 4147,40 manata görə 61.47 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddia tələbi təmin olunduğundan, Cavabdeh İB-dən iddia tələbinə uyğun dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* №-li akt (xx.xx.2022-ci il tarixli tələbnamə (qərar)) əsasında İddiaçı hesablanmış 4147,40 manat məbləğində pul (borc) abonentin hesabından silinsin. İş üzrə 61.47 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-324/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-324/2025
07.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver