Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3268/2021 06.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı cavabdeh “Azəriqaz İB”-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı cavabdeh “Azəriqaz İB”-yə qarşı aktın və komissiya qərarının ləğv edilməsi, əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçı mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair müvafiq qaydaya riayət etməmiş, mübahisənin nizama salınması üçün ilk növbədə cavabdeh “Azəriqaz İB”- yə müraciət etməli olduğu halda, qanunvericilikdə müəyyən olunmuş müvafiq qaydaya riayət etmədən birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmalı olduğu tərəflər arasında bağlanmış təbii qazdan istifadə qaydalarına dair müqavilədə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, mübahisənin məhkəməyəqədər pretenziya qaydasında nizama salınması üçün cavabdehə rəsmi müraciət etdikdən sonra iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı cavabdeh “Azəriqaz İB”-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, mübahisənin məhkəməyəqədər pretenziya qaydasında nizama salınması üçün cavabdehə rəsmi xəbərdarlıq məktubu göndərdikdən sonra iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-3268/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3268/2021
06.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver