Məhkəmə qərarları › İş №2(067)-327/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-327/2025

01.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-327/2025 01.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh5 nümayəndəsi X37 oğlunun, Cavabdeh4 qanuni nümayəndəsi Qanuni nümayəndə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülkiyyət hüququna dair çıxarışın və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mirasdan payların müəyyən edilərək bölüşdürülməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülkiyyət hüququna dair çıxarışın və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mirasdan payların müəyyən edilərək bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, 16 mart 2016-cı il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 2V-181 saylı və 2V- 182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum X2 və anası Cavabdeh3 Sədi qızından qalmış miras əmlakdan payların müəyyən edilərək bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Y.Məmmədəliyev küçəsi, ev 11, qeydiyyatda olmaqla, orada yaşayır. X2, anası isə Cavabdeh3 Sədi qızıdır. Valideynlərinin birgə nikahından 7 övladı olmuşdur. Belə ki, Xaçmaz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixdə müraciətinə cavabında bildirilir ki, valideynləri X31 ilə X15 birgə nikahlarından doğulmuş övladları barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onların yeddi övladının olması barədə məlumat aşkar olunmuşdur. Onlar aşağıdakılardır.

1. X16 -xx.xx.1959-cu il, Quba rayonu, 2. X17 - xx.xx.1962-ci il, Xaçmaz rayonu, 3. X32 xx.xx.1964-ci il, Xaçmaz rayonu, 4. X34, xx.xx.1964-cü il, Xaçmaz rayonu (xx.xx.2007-ci ildə vəfat edib) 5. X27, xx.xx.1966-cı il, Xaçmaz rayonu, 6. Cavabdeh5, xx.xx.1967-ci il, Xaçmaz rayonu, 7.X18 - xx.xx.1970-ci il, Xaçmaz rayonu (21.01,2024-cü ildə vəfat edib). X2 xx.xx.1991-ci ildə, anası Cavabdeh3 Sədi qızı isə xx.xx.1995-ci ildə rəhmətə getmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2016-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarışından da tam aydın olur ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105.3 kv.metr olan fərdi yaşayış evinin 1/6 hissəsi Cavabdeh2, fərdi yaşayış evinin digər 1/6 hissəsi X6, fərdi yaşayış evinin digər 4/6 hissəsi Cavabdeh3 Sədi qızının və 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X9 adına qeydə alınmışdır. İş üzrə miras əmlak xx.xx.2016-ci il tarixdə X9 adına verilmiş **********54 saylı, 10301 reyestr nömrəli, **********7 qeydiyyat nömrəli dövlət reyrstrindən çıxarışa əsasən Xaçmaz şəhəri, N.Məhəmmədov küçəsi,ev 18 ünvanında yerləşən 0.0369 ha torpaq sahəsi və xx.xx.2016-cı il tarixdə Cavabdeh3 Sədi qızına verilmiş ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümümi sahəsi 105.3 kv.m olan fərdi yaşayış evinin 4/6 hissəsidir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından da tam aydın olur ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 105.3 kv.metr olan fərdi yaşayış evinin 1/6 hissəsi Cavabdeh2, fərdi yaşayış evinin digər 5/6 hissəsi və 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 2V-181 saylı və 2V-182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras əmlak qardaşı X10, bacısı Cavabdeh2 keçmişdir. Hesab edir ki, miras fərdi yaşayış evinin və torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsi tamamilə qanunsuz olmuşdur. ünvan 4 ünvanda yerləşən, atası Bayram İslamov və anası Cavabdeh3 miras qalmış ev və torpaq sahəsi qardaşı X10 və bacısı Cavabdeh2 keçən zaman qanun üzrə vərəsələr düzgün və tam göstərilməmiş, onların heç birinin razılığı alınmamışdır. Qanun üzrə vərəsələrin dairəsi gizlədilmişdir. Onun belə razılığı yoxdur. Bu yaxınlarda miras əmlakdan payının müəyyən etmək üçün notariusa müraciət etdiyi zaman bu hal orada üzə çıxmış, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin olmasından xəbəri olmuşdur. Ona görə də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməli, miras əmlakdan onun və digər vərəsələrin payı müəyyən edilməlidir. Xaçmaz rayon Notariat Ofisinin 10 oktyabr 2024-cü il tarixli məktubu və ona əlavə olunmuş vərəsəlik notariat işi ilə tanışlıqdan sonra ona tam məlum olmuşdur ki, vərəsəlik işi üzrə sənədləşmə saxta, həqiqətə uyğun olmayan sənədlərlə aparılmış, faktlar ört basdır edilmişdir. Vərəsəlik işi zamanı yalan məzmunlu sənədlər əsasında vərəsələrin vərəsəlik hüququ pozulmuşdur. Vərəsəlik işi aparılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq qanun üzrə vərəsələr dairəsi notariat qurumu tərəfindən düzgün müəyyən edilməmişdir. Vərəsələrin dairəsi barədə Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən arayış alınaraq vərəsəlik işi aparılmalı olduğu halda notariat işinin materiallarında bu arayışa rast gəlinməməkdədir. Atası 28 fevral 1991-ci ildə rəhmətə getmiş X7 və anası Cavabdeh3 Sədiz qızından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etsə də,onlar tərəfindən ona verilən 14 oktyabr 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və ləğv edilməsi mümkün deyildir. Əgər hər hansı bir mübahisə varsa, mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi məqsədə uyğundur. X42 21.01,2024-cü ildə rəhmətə getmişdir. Onun vərəsələri yəni, övladları 18 yaşı tamam olmuş Cavabdeh3, 14 yaşlı tslamov Bəxtiyar Müslüm oğludur. Cavabdeh4 Xaçmaz rayonu, Gödəkli kənd sakini anası Qanuni nümayəndə himayəsindədir. Qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.2016-cı il tarixdə X6 adına verilmiş ********** qedyiyyat nömrəli, **********54-10301 reyestr nömrəli çıxarış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir və mirasa əmlaka dair paylar yenidən bölüşdürülməlidir. Cavabdeh4 qanuni nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh3 18 noyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi verərək, İddiaçı “xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 2V- 181 saylı və 2V-182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum X31 və Cavabdeh3 Sədi qızından qalmış miras əmlakdan payların müəyyən edilərək bölüşdürülməsi” barədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X19 24 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə verərək, İddiaçı iddiası üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi onun işə qoşulmasını xahiş etmişdir. Məhkəmə X3 ərizəsini əsaslı hesab edərək, onu mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi hazırki mülki işə cəlb etmişdir. X35 25 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə verərək, İddiaçı iddiası üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi onun işə qoşulmasını xahiş etmişdir. Məhkəmə X20 ərizəsini əsaslı hesab edərək, onu mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi hazırki mülki işə cəlb etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 06 fevral 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, Xaçmaz rayon dövlət notariat kontorunda 25 may 1992-ci tarixdə aparılmış 102 və 103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Xaçmaz rayon Texniki İnverntatiaşdırma Bürosu tərəfindən verilmiş 1889/Vİ-92 reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət Qedyiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2016 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, xx.xx.2016-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 2 V-181 saylı və 2V-182 saylı qanun üzrə vərəsəlik lüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qedyiyyat nömrəli, **********54-10301 reyestr vomrəli çıxarışın ləğv edilməsi, 22.07 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Hüquqların Dövlət Qeydiyyatı Daşınmaz Əmlakın reyestr nömrəli aktın Dövlət Reyestrindən xx.xx.2024 qeydiyyat nömrəli, **********54-10301 çıxarışın ləğv edilməsi, mərhum X2 və Cavabdeh3 Sədi qızından qalmış miras əmlakdan payların müəyyən edilərək, bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 25 aprel 2025-ci il tarixdə məhkəməyə “iddianın etiraf edilməsi haqqında” ərizə verərək, iddia tələbini qəbul etdiyini bildirmiş və miras əmlakın ədalətli qaydada bölüşdürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iş üzrə izahatlarında göstərmişdir ki, hazırlıq iclaslarında yetərincə sənəd və sübutlarını məhkəməyə təqdim etmişlər. 2024-cü ilin payız aylarında İddiaçı ona müraciət edərək ata və anasının əmlakına dair 2016-cı ildə vərəsəlik işi açılmışdır. Vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Ona görə həmin vərəsəlik şəhadətnaməsinin və onun əsasında əldə olunan çıxarışın ləğv edilməsi barədə məhkəməyə müraciət etmişlər. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin izahatlarından onlara məlum olmuşdur ki, 1992-ci ildə mirası qəbul etmişlər və həmin ildə ilk vərəsəlik işi açılmışdır. O, da iddiaçı tərəf olaraq sonradan iddiaya dəqiqləşmə verərək, 2016-cı və 1992-ci illərdə alınmış vərəsəlik haqqında şəhadətnamələrin ləğv edilməsini və mirasdan payların müəyyən edilərək mirasçılar arasında bölünməsini tələb edirlər. 2016-ci ildə iki çıxarış olmuşdur. Bir çıxarış torpaq sahəsinə dair, digər çıxarış isə fərdi yaşayış evinə dair olan çıxarışlardır. Sonradan 2021-ci ildə Müslüm öz adına yeni çıxarış əldə etmişdir. Əvvəlki illərdə vəfat edən şəxsin adına çıxarış əldə etmək mümkün idi. Hazırda isə qanunda olan dəyişikliyə əsasən vəfat edənin adına çıxarış deyil arayış verilir. 4/6 pay anaları Cavabdeh3 miras qalan evi iki uşaq arasında yəni Cavabdeh2 və Müslüm İslamov arasında bölüşdürülmüşdür. Torpaq sahəsi Müslüm İslamova fərdi yaşayış evi isə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İddiaçı 1980-1990-cı illərdə ailə qurmuşdur. Əri mütəmadi olaraq Rusiya Federasiyasında işləməyə getdiyinə görə o, atasının evində yaşamışdır. Payların bölünməməsi barədə onların 2024-cü ildə xəbəri olmuşdur. Hazırki iddia ilə onlara düşən miras əmlakdan payların bölünməsini istəyirlər. Miras əmlak bacıqardaşlar arasında bölünməlidir. Kiçik qardaşları Müslüm xəstə olmuş, ona bacıları qulluq edib baxmışlar. O, həyat yoldaşından boşanmışdır. Heç vaxt ailəsi, uşaqları Müslüm ilə maraqlanmamışdır. Müslümün arvadı 2016-cı ildə ayrılıb, kəndə köçərək, uşaqları ilə orada yaşamışdır. O, yenidən ailə qurmuşdur. Cavabdehin vəkili etiraz ərizəsində torpaq sahəsini göstərməmişdir. Arayış və şahidləri var. 2016-cı ildə vərəsəlik işi açılanda torpaq sahəsi olmamışdır. Miras qoyan Bəndi İslamov vəfat edəndən sonra həmin şəxslərin sözügedən ünvanda yaşayıb-yaşamaması müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək bildirmişdir ki, atalarından miras qalan torpaq sahəsini öz adına rəsmiləşdirilməsi üçün Müslüm ondan razılıq almışdır. Torpaq sahəsini satıb onun payını və digər bacı-qardaşlarının payını da özlərinə verəcəyini bildirmişdir. Sadəcə ömrü buna yetməmişdir. Müslüm xəstə idi. Həmin sözügedən torpaq sahəsini və evi sata bilməmişdir. Ona etibarnamə vermişdir ki, sənədləri hazırlamaq üçün idarələrə getmişdir. Lakin bu barədə digər vərəsələrə məlumat verməməsini bildirmişdir. Digər vərəsələrin bundan xəbəri olmamışdır. Lakin indi istəyir ki, hamının payı bölünüb verilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi X21 iddia tələbini qəbul edərək, izahatında göstərmişdir ki, o, son illərə qədər həmin evdə yaşamışdır. 2-3 il olar ki, həmin evdən köçmüşlər. Atası torpaq sahəsi almışdır. Özü Rusiyaya gedib-gəlirdi. Ailəsi başsız qalmasın deyə onlar babasının evində yaşamışlar. Sonradan tikdikləri yarımtikilini satıb, yeni ev almışlar. Hazırda öz evlərində yaşayırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Müslüm ilə 2005ci ildə ailə qurmuşlar. 10 il birgə yaşamışlar. Sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Birgə nikahlarından iki övladı var. 2016-cı ildə boşanmışlar. Rəsmi boşansalar da, 2022-ci ilə qədər birgə yaşamışlar. Müslüm xəstə idi, qaraciyər serrozu idi. İçkiyə meyilli idi. Ona görə xəstəliyi tez irəliləmişdir. Cahan baldızı öz evində yaşamışdır. O, həmin evə gəlin köçəndən sonra qardaşları Oruc Rusiyadan xəstə gəlmişdir. Həmin evin ikinci mərtəbəsində qalırdı. İltifat qardaşları da ona baxmaq və qulluq etmək üçün həmin evdə qalırdı. O, Xaçmaz rayonu, Gödəkli kəndində müəllimə işləyir. Həmin kənddən torpaq sahəsi alıb 2017-ci ildə ev tikmişdir. Müslüm həmin evə uşaqlarını görməyə gəlirdi. Cahan onu Müslümün yanına getməyə icazə vermirdi. Xəstə olan vaxt Cahan Müslümü öz evində aparıb baxmışdır. Onun uşaqları atalarının vərəsəsidirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında göstərmişdir ki, Xaçmaz rayon Dövlət Notariat Kontorunun xx.xx.1992-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 Sədi qızından miras qalan əmlkaın ½ hissəsi Cavabdeh2, Bəndi İslamovdan miras qalan əmlaka 1/3 hissədə Müslüm İslamovun adına keçirilmişdir. Evdə aparılan əsaslı tikililər Müslüm tərəfindən aparılmışdır. Həmin evdə 1995-ci ildə Müslüm tərəfindən tikinti işləri aparılmışdır. Bunların hansı tikililər olması, evə dair verilən texniki qeydiyyat vəsiqəsində göstərilmişdir. Cavabdeh2 və Müslüm İslamov son illərə qədər həmin evdə yaşamışlar. Ona görə də miras sadəcə onlar arasında müəyyən edilmişdir. Torpaq sahəsinin də Müslüm İslamovun adına keçirilməsinə səbəb, həmin torpaq sahəsi uzun illər Müslümün istifadəsində olmuşdur. Ona görə də torpaq sahəsi 2016-cı ildə onun adına rəsmiləşdirilmişdir. Torpaq sahəsinə vərəsəlik işi açılanda Cavabdeh2 həmin torpaq sahəsini istifadə etməmişdir. Ona görə təkcə Müslümün adına vərəsəlik işi açılmışdır. 1995-ci ildə Cavabdeh2 ailə qurub həmin evdən köçmüşdür. Müslüm İslamov isə vəfat edən günə qədər həmin evdə yaşamışdır. 1991-ci ildə Bəndi İslamov vəfat edib 6 ay sonra vərəsəlik işi açılmışdır. Artıq neçə ildir müddət keçib vərəsələr bilməli idilər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X19 izahatında göstərmişdir ki, 1990-cı ildən 2000-ci ilə qədər atamın evində yaşamışdır. Onlara baxmış və qulluq etmişdir. Üç uşağı var. Ailə vəziyyəti ağır olduğuna görə 10 il atasının evində yaşamışdır. Həyat yoldaşı Rusiyaya işləməyə getmiş və bir müddət sonra qayıtmışdır. Cahan öz küçələrinə gəlin köçmüşdür. Anasına və atasına xəstə olanda qulluq etmişlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X35 izahatında göstərmişdir ki, miras payların bölüşdürlməsini istəyir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında göstərmişdir ki, 1990-cı ililin iyun ayında Pənahla ailə qurmuşlar. X25 evinə gəlin köçmüşdür. 2005-ci ilə qədər həmin evdə yaşamışlar. Peykalın əri Rusiyada işlədiyinə görə o, atasının evində yaşayırdı. Maddi imkanları olmadığına görə valideynləri köməklik edirdi. Qaynanası Gülsüm 1995-ci ilin fevral ayında vəfat etmişdir. 1991-ci ildə isə qaynatası vəfat etmişdir. Onların vəfatından sonra qızıl əmlakları miras qalmamışdır. Sağlığında uşaqları arasında bölüşdürmüşdür. Yəni qaynanası kimin imkanı olmamışsa, satıb ona köməklik etmişdir. Onun həyat yoldaşı Pənah xəstə olmuş, onun da müalicəsinə köməklik göstərmişlər. Həmin evdə qaynanası və qaynatası vəfat etdikdən sonra o, Peykal, Cahan, Müslüm və Cavabdeh5 həyat yoldaşı birgə yaşamışlar. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 izahatında göstərmişdir ki, o, 1991-ci ildə babasının evində doğulmuşdur. Həmin evdən 7-ci sinfə qədər məktəbə getmişdir. Onlarla birgə bibiləri Peykal, Cahan və əmisi İltifat daimi yaşamışlar. Bibisi Peykalın qızını da atası həmin evdən gəlin köçürmüşdür. Öz atası çox vaxt Rusiyada olurdu. İşləməyə getmişdi. Lakin uzun müddət olurdu ki, gəlmirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 çıxışında göstərmişdir ki, Cavabdeh2 onun eltisidir. 10 il olar ki, onun qardaşı Müslüm xəstə idi. Bu müddət ərzində Cahan ona qulluq edirdi. Cahanın atasının evi gəlin köçdüyü həmin küçədə idi. Lakin o, qardaşına qulluq etmək üçün atasının evində yaşayırdı. Müslüm vəfat edən günə qədər ona Cahan qulluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 çıxışında göstərmişdir ki, bu ailə ilə çoxdan qonşudurlar. Ata-anasına qızları baxmışlar. Qızları həmin evdə gəlib qalırdı. Qardaşları Müslüm xəstə idi. Ona kiçik bacısı Cahan baxırdı, qulluq edirdi. Gəlini təzə gəlin gələn vaxtlar bir–iki dəfə görmüşdür. İltifatı tanıyır. O, Rusiyaya gedib-gəlirdi. Əkiz qardaşları da vardı və onlar vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 çıxışında göstərmişdir ki, o, qonşudur. Müslümlə neçə illərdir ki, qonşu olmuşlar. Hazırda o, vəfat etmişdir. Onun 67 yaşı var. Onun atası 1990-cı ildə vəfat etmişdir, Müslümün atası isə 1991-ci ildə vəfat etmişdir. Müslümün yoldaşını görmüşdür. Bacısı Cahan son illər ona qulluq edirdi. İş üzrə cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinəyərək, təqdim olunmuş sənədləri tədqiq edərək və işin hallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. BELƏ Kİ, İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: İV-ЖГ seriyalı, 370827 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X31 28 fevral 1991-ci ildə vəfat etmişdir. Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunun həmin vaxt dövlət notariusu işləmiş Ə.Qasımov tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 25 may 1992-ci il tarixli, reyestrdə 1M-102 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, 28 fevral 1991-ci il tarixdə vəfat etmiş mərhum X7 miras qalmış fərdi yaşayış evinin ½ hissəsinə onun həyat yoldaşı Cavabdeh3 Sədi qızını, 1/6 hissəsinə oğlu X12, 1/6 hissəsinə X27 qanun üzrə vərəsə kimi tanınmışdır. AZ-İ seriyalı 581774 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh3 Sədi qızı 08 fevral 1995-ci ildə vəfat etmişdir. AZ-İİ seriyalı 427890 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X28 21 yanvar 2024-cü ildə vəfat etmişdir. 01 mart 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0368 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evinin hüquqi sahibləri X28 - fərdi yaşayış evindən 1/6 hissə, Cavabdeh2 - fərdi yaşayış evindən 1/6 hissə, Cavabdeh3 Sədi qızı - fərdi yaşayış evindən 1/6 hissə və X23r - torpaq sahəsi tam hissədə. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD-də nümayəndəsinin 04 mart 2016-cı il tarixli, 50 №-li arayışından müəyyən edilir ki, mərhum X31 həqiqətən ünvan 4 ünvanda yaşamış və 28 fevral 1991-ci il tarixdə vəfat etmişdir. İƏD üzrə nümayəndəlikdə olan məlumata görə aşağıdakı ailə tərkibi qalmışdır: X28, Cavabdeh2 və Cavabdeh5. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD-də nümayəndəsinin 04 mart 2016-cı il tarixli, 51 №-li arayışından müəyyən edilir ki, mərhumə Cavabdeh3 Sədi qızı həqiqətən ünvan 4 ünvanda yaşamış və 08 fevral 1995-ci il tarixdə vəfat etmişdir. İƏD üzrə nümayəndəlikdə olan məlumata görə aşağıdakı ailə tərkibi qalmışdır: X28, Cavabdeh2 və Cavabdeh5. Cavabdeh5 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 09 mart 2016-cı il tarixli, 7E-4361 nömrəli ərizədən müəyyən edilir ki, Cavabdeh5 X2nun 28 fevral 1991-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Cavabdeh5 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 09 mart 2016-cı il tarixli, 7E-4362 nömrəli ərizədən müəyyən edilir ki, Cavabdeh5 anası Cavabdeh3 Sədi qızının 08 fevral 1995-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Cavabdeh2 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 09 mart 2016-cı il tarixli, 7E-4363 nömrəli ərizədən müəyyən edilir ki, Cavabdeh2 anası Cavabdeh3 Sədi qızının 08 fevral 1995-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Cavabdeh2 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 09 mart 2016-cı il tarixli, 7E-4364 nömrəli ərizədən müəyyən edilir ki, Cavabdeh2 X2nun 28 fevral 1991-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 2016-cı il tarixli, reyestrdə 2V-181 nömrə ilə qeyd edilmiş, vərəsə nömrəsi 168/2016 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş Cavabdeh3 Sədi qızının vərəsəsi ünvan 5 ünvanında yaşayan X13r. Şəhadətnamə verilən miras əmlak Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə Cavabdeh3 Sədi qızına verilmiş **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümümi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evinin 4/6 hissəsindən ibarətdir (yəni Cavabdeh3 Sədi qızına aid olan hissəsi). Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 2016-cı il tarixli, reyestrdə 2V-182 nömrə ilə qeyd edilmiş, vərəsə nömrəsi 169/2016 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi ünvan 5 ünvanında yaşayan X13r. Şəhadətnamə verilən miras əmlak Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X24 verilmiş **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsindən ibarətdir. 13 sentyabr 2021-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0368 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evinin hüquqi sahibləri Cavabdeh2 - fərdi yaşayış evindən 1/6 hissə və X13r - fərdi yaşayış evindən 5/6 hissə və torpaq sahəsi tam hissədə. Cavabdeh3 və Cavabdeh4 Xaçmaz Notariat kontoruna verdiyi 22 iyul 2024-cü il tarixli ərizədən müəyyən edilir ki, Cavabdeh3 və Cavabdeh4 22 yanvar 2024-cü il tarixdə vəfat etmiş ataları X5 irs qalmış mirası - ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini və 0.04 hektar torpaq sahəsini qəbul edirlər və bu barədə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edirlər. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 22 iyul 2024-cü il tarixli, reyestrdə 2V-679 nömrə ilə qeyd edilmiş, vərəsəlik işinin nömrəsi V-404/2024 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 vərəsələri: -uşaqları - ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh3 və ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh4dur və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: 13 sentyabr 2021-ci il tarixdə X29 verilmiş ********* qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət olan, ümumi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evi X10 çatan 5/6 hissədən və 13 sentyabr 2021-ci il tarixdə X29 verilmiş ********* qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.04 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən ibarətdir. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 11 oktyabr 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, X31 ilə Cavabdeh3 Sədi qızının birgə nikahlarından doğulmuş övladları barədə Azərbaycan Respublikası ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onların 7 (yeddi) övladları olması barədə məlumat aşkar olunmuşdur.1. X16, 2. X17, 3. X32, 4. X34, 5. X27, 6. Cavabdeh5, 7. X28. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ MƏCƏLLƏSİNİN: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ VƏ GƏLDİYİ NƏTİCƏ: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.2.-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Cavabdeh3 Sədi qızından və X7 miras qalmış əmlaklar, yəni miras kütləsi – 01 mart 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0368 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evindən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məhkəmə araşdırması zamanı miras qoyanın yəni, X9 və Cavabdeh3 Sədi qızının birinci dərəcəli vərəsələri - 1. X16, 2. X17, 3. X32, 4. X34, 5. X27, 6. Cavabdeh5, 7. X28 olduğu müəyyən edilmişdir (Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 11 oktyabr 2024-cü il tarixli məktubu). Məhkəmə araşdırması zamanı tərərflərin izahatları və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh3 Sədi qızından və X9 birgə nikahından yeddi övladları olmuşdur. X31 28 fevral 1991-ci ildə vəfat etdikdən sonra, həyat yoldaşı Cavabdeh3 Sədi qızı, oğlu - X28, qızı - Cavabdeh2 onun qanun üzrə vərəsələri kimi tanınmışlar və miras paydan (ünvan 6 ünvanında yerləşən ümümi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evi) 1/2 hissədə Cavabdeh3 Sədi qızı, 1/6 hissədə X28 və 1/6 hissədə Cavabdeh2 pay almışlar. Bu barədə Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunun həmin vaxt dövlət notariusu işləmiş Ə.Qasımov tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 25 may 1992-ci il tarixli, reyestrdə 1M-102 nömrə ilə qeyd edilmiş şəhadətnamə tərtib olunmuşdur. Bundan sonra Cavabdeh3 Sədi qızı 08 fevral 1995-ci ildə vəfat etmiş və birinci dərəcəli vərəsə X28 onun qanun üzrə vərəsəsi kimi tanınmış, miras paydan - Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə Cavabdeh3 Sədi qızına verilmiş **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümümi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evinin 4/6 hissəsindən (yəni Cavabdeh3 Sədi qızına aid olan hissəsi) pay almışdır. Bundan əlavə birinci dərəcəli vərəsə X28 28 fevral 1991-ci ildə vəfat etmiş X2nun qanun üzrə vərəsəsi kimi tanınmış və Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X24 verilmiş **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsindən pay almışdır. Bu barədə Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 2016-cı il tarixli, reyestrdə 2V-181 nömrə ilə qeyd edilmiş, vərəsə nömrəsi 168/2016 olan şəhadətnamə və Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 2016-cı il tarixli, reyestrdə 2V-182 nömrə ilə qeyd edilmiş, vərəsə nömrəsi 169/2016 olan şəhadətnamə tərtib olunmuşdur. Bundan sonra X28 21 yanvar 2024-cü ildə vəfat etmiş və Cavabdeh3 və Cavabdeh4 onun qanun üzrə vərəsəsi kimi tanınmış, miras paydan (13 sentyabr 2021-ci il tarixdə X29 verilmiş ********* qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət olan, ümumi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evi X10 çatan 5/6 hissədən və 13 sentyabr 2021-ci il tarixdə X29 verilmiş ********* qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.04 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi) 1/2 pay almışlar. Bu barədə Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 22 iyul 2024-cü il tarixli, reyestrdə 2V-679 nömrə ilə qeyd edilmiş, vərəsəlik işinin nömrəsi V-404/2024 olan şəhadətnamə tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisənin yarandığı vaxt deyil, münasibətlərin yarandığı vaxta görə tənzimlənməlidir. Məhkəmə hesab edir ki, hazırkı məsələdə tətbiq ediləcək maddi hüquq norması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisənin yarandığı vaxt deyil, münasibətlərin yarandığı vaxta görə tənzimlənməlidir. Bu halda, tərəflər arasındakı hüquq münasibətlərinin baş verdiyi zaman qüvvədə olmuş Azərbaycan SSRİ Mülki Məcəlləsinin hüquq normalari tətbiq olunmalıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin baş verdiyi zaman (1992-ci il) qüvvədə olmuş Azərbaycan SSRi Mülki Məcəlləsinin 72-ci maddəsində göstərilir ki, müddət, hər hansı hərəkəti etmək üçün təyin edilmişdirsə, bu hərəkətlər müddətin axırıncı günündə saat iyirmi dördə qədər edilə bilər. Lakin bu hərəkət təşkilatda edilməli olduqda, müddət həmin təşkilatda müəyyən edilmiş qayda üzrə müvafiq əməliyyatlar qurtaran saatda qurtarır. Müddətin axırıncı günündə saat iyirmi dördə qədər poşt və teleqrafa təqdim edilən bütün lazımı ərizə və bildirişlər vaxtında verilmiş sayılır. Həmin Məcəllənin 73-cü maddəsində göstərilir ki, hüququ pozulmuş şəxsin iddiası üzrə, onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və sair kooperativ və ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Cavabdeh4 qanuni nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh3 02 dekabr 2024-cü il tarixdə “iddia müddətinin tətbiqi barədə” məhkəməyə ərizə verərək, İddiaçı “xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 2V- 181 saylı və 2V-182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum X31 və Cavabdeh3 Sədi qızından qalmış miras əmlakdan payların müəyyən edilərək bölüşdürülməsi” barədə iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunun həmin vaxt dövlət notariusu işləmiş Ə.Qasımov tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 25 may 1992-ci il tarixli, reyestrdə 1M-103 nömrə ilə qeyd edilmiş şəhadətnamə tərtib olunan vaxt notariat ofisi Azərbaycan SSRi Mülki Məcəlləsinin maddələrini rəhbər tutaraq tərtib etmişdir. Həmin dövrün qanunvericiliyində şikayət müddəti üç il ərzində irəli sürülməsi nəzərdə tutulsa da, İddiaçı bu müddəti ötürmüşdür. Belə ki, sözügüdən qanun üzrə vərəsəlik şəhadətnaməsi 25 may 1992-ci i tarixdə tərtib olunmuş və İddiaçı bu tarixdən sonra üç il müddətində bu hüququndan istifadə etməmişdir. Bu da onu göstərir ki, İddiaçı iddia müddətini ötürmüşdür. Belə olan halda iddia tələbi bu hissə də təmin edilməməlidir. Məhkəmə iddiaçının digər tələbi ilə bağlı hesab edir ki, Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 2016-cı il tarixli, reyestrdə 2V-181 və 2V-182 nömrə ilə qeyd edilmiş, vərəsə nömrəsi 169/2016 olan şəhadətnamələrin etibarsız hesab edilməsi tələbində tətbiq ediləcək maddi hüquq norması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisənin yarandığı vaxt deyil, münasibətlərin yarandığı vaxta görə tənzimlənməlidir. Bu halda, tərəflər arasındakı hüquq münasibətlərinin baş verdiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin hüquq normalari tətbiq olunmalıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin baş verdiyi zaman (2016-cı il) qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (26 dekabr 2023-cü il tarixədək qüvvədə olan) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsindən görünür ki, mirası istər qanun üzrə istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsindən görünür ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsindən görünür ki, mirasın qəbul edildiyi müddəti vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1262-ci maddəsindən görünür ki, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsindən görünür ki, əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1273-1-ci maddəsindən görünür ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə iddiaçının Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 2016-cı il tarixli, reyestrdə 2V-181 və 2V-182 nömrə ilə qeyd edilmiş, vərəsə nömrəsi 169/2016 olan şəhadətnamələrin etibarsız hesab edilməsitələbinə münasibətdə onu qeyd edir ki, mərhumə Cavabdeh3 Sədi qızının birinci dərəcəli vərəsələri olan İddiaçı və digər vərsəslər - X16, X32, X34, X27 və Cavabdeh5 analarından qalan mirasın faktiki qəbulu ilə bağlı və ya həmin mirasdan imtina ilə bağlı hər hansı hərəkətləri etməmişlər. Belə ki, sonuncunlar (vərəsələr) mirası o vaxt qəbul edilmiş sayılardılar ki, miras əmlakı faktiki olaraq idarə etməyə başlasınlar və ya notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə ilə müraciət etsinlər. Göstərilən hərəkətlər mirasın açıldığı gündən 6 ay ərzində icra edilməli, mirasdan imtina isə 3 ay ərzində olmalı idi. Əgər imtina yoxdursa susma imtinaya bərabərdir. Bundan əlavə faktiki mirasın qəbulu ilə bağlı mərhumə Cavabdeh3 Sədi qızının birinci dərəcəli vərəsələri olan İddiaçı və digər vərsəslər - X16, X32, X34, X27 və Cavabdeh5 məhkəməyə heç bir əsaslı sübut təqdim edə bilməmişlər. Belə ki, birinci dərəcəli vərəsələrdən İddiaçı, Cavabdeh2, Cavabdeh5 və X19 məhkəmə iclasında analarının vəfatından sonra həmin evdə yaşadığlarını iddia etsələr də, tərəflərin izahatları və şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, həmin evdə daimi yaşamamış, ailə həyatı qurduqdan sonra valideynlərinin yaşadığları eve ziyarət və xəstə qardaşlarına qulluq etmək üçün getmişlər. Bundan başqa Cavabdeh2 və Cavabdeh5 09 mart 2016-cı il tarixdə Xaçmaz Notariat kontoruna ərizə yazaraq 08 fevral 1995-ci il tarixdə vəfat etmiş anası Cavabdeh3 Sədi qızından qalan mirasdan imtina etsələr də, məhkəmə həmin ərizənin miras açıldığı gündən 3 ay müddət ərzində yazılmadığına görə hüquqi əhəmiyyətinin olmadığının qənaətinə gəlmişdir. Məhkəmə Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 22 iyul 2024-cü il tarixli, reyestrdə 2V-679 nömrə ilə qeyd edilmiş, vərəsəlik işinin nömrəsi V-404/2024 olan şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə münasibətdəı onu qeyd edir ki, 22 yanvar 2024-cü il tarixdə vəfat etmiş X6 iki vərəsəsi vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh3 və Cavabdeh4 Xaçmaz Notariat kontoruna verdiyi 22 iyul 2024-cü il tarixli ərizədən müəyyən edilir ki, X6 vərəsələri olan Cavabdeh3 və Cavabdeh4 atalarının ölümündən sonra qalmış faktiki mirası qəbul etmişlər. Belə olan halda məhkəmə, Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 22 iyul 2024-cü il tarixli, reyestrdə 2V-679 nömrə ilə qeyd edilmiş, vərəsəlik işinin nömrəsi V-404/2024 olan şəhadətnaməsinin qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğunun və etibarsız hesab edilməsi üçün heç bir əsasın müəyyən olunmadığının qənaitinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 26 dekabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə Cavabdeh2 25 aprel 2025-ci il tarixdə iddianın etiraf edilməsi barədə məhkəməyə verdiyi ərizəsinə münasibət bildirərək, hazırki iddiada bir cavabdehin etirafı digər cavabdehlərin qanunla qorunan mənafeyini pozduğundan, həmin etirafı qəbul etməmiş və məsələyə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq və işin hallarını araşıdraraq hesab edir, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülkiyyət hüququna dair çıxarışın və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mirasdan payların müəyyən edilərək bölüşdürülməsi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülkiyyət hüququna dair çıxarışın və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mirasdan payların müəyyən edilərək bölüşdürülməsi tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar