Məhkəmə qərarları › İş №2(067)-3286/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3286/2021

10.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3286/2021 10.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı Salayeviçin cavabdehlər Cavabdeh3, X1, Cavabdeh2, Bakı şəhəri, 46 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı Salayeviçin cavabdehlər Cavabdeh3, X1, Cavabdeh2, Bakı şəhəri, 46 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddia iki müstəqil bir-biri ilə əlaqəli tələblər, bağışlama müqavilələrinin və çıxarışların etibarsızlığı barədədir. Lakin, iddiaçı tərəfindən qiymətləndirilməyən iddialardan birinə uyğun 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Dövlət rüsumu haqqında Aərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. Hazırda iddia iki müstəqil tələbdən ibarət olduğu üçün hər tələb üzrə ayrıca dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin iddia ərizəsində iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Salayeviçin cavabdehlər Cavabdeh3, X1, Cavabdeh2, Bakı şəhəri, 46 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar