Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-336/2025 20.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X6 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT-a əsasən dəymiş ziyanın bərpası üçün hesablanmış 1078 manat 20 qəpik məbləğin abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 14 dekabr 2018-ci il tarixdə Cavabdeh İB-nin X11 İstismar İdarəsinin əməkdaşları tərəfindən ünvan 1i ünvanında yerləşən evinə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və ünvanına 10782 m3 görə 10 qəpikdən hesablandığı üçün 1078.20 manat borc yazılmışdır. Onun tərəfindən həmin ünvanda heç bir qoşulma halı olmamışdır və onun tərəfindən heç bir qeyri-qanuni xətt çəkilərək qazdan qeyri-qanuni istifadə halı olmamışdır. Bu halı X11 İstismar İdarəsinin əməkdaşları da görmüşlər. Onun tərəfindən heç bir neqativ hallar olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, onda olan, evə çəkilən qaz xəttinə görə akta imza etmişdir. Kənar xəttin birləşən yeri, haradan gəlib, hara birləşirsə o da yoxdur. Evdə 4 gözlü qaz sobası, kombi var, dəmir soba və su qızdırıcısı yoxdur. Ona heç vaxt sayğaca müdaxilə və ya kənar xəttin olması barədə cavabdeh tərəfdən xəbərdarlıq gəlməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, dekabr ayında olduğuna görə 4,3x90x18 vurulmuşdur. Həmin dövrdə video-çəkiliş olmamışdır. Foto-şəkillər isə əlində olan şəkillərdir. Məhkəmə iclasında iştirak edən Mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X4 bildirmişdir ki, foto-şəkillərdən heçnə müəyyən etmək mümkün deyil. Abonenetin saldosunda 4 gözlü qaz plitələri, qızdırıcı radiator peçi, 2 gözlü qaz plitələri və su qızdırıcıların olması qeyd olunmuşdur. Həmin məbləğ 3 ildir silinməli idi. Onlara müraciət edilməmişdir. 2018-ci ildə video-çəkiliş, faktla bağlı foto-şəkil mövcud deyil. 3313 m3m qazdan istifadə olunmuşdur. Lakin qaz idarəsi 1078 m3-a qədər yazılmışdır. 3 ay ərzində 3313 m3 sərfiyyat nəzərə alınmalıdır. Sayğaca müdaxilə və sayğacdan kənar xətt video və foto-şəkillərlə müəyyən oluna bilər. Həmin video-çəkiliş də mövcud deyil. İddiaçı əgər kənar xəttdən istifadə etsəydi, aylıq sərfiyyat hesablanmazdı. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 14 dekabr 2018-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus ünvan 1indəki fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» 27 dekabr 2018-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 dekabr 2018-ci il tarixli, ******* №-li akta əsasən cəmi 10782 kub.metr həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyinə görə 1005.90 manat məbləğində ziyan hesablanmışdır. Mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X2 28 yanvar 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh İB-nin X11 İstismar İdarəsinin nümayəndələri tərəfindən ünvan 1i ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq 1078,20 manat məbləğində borc (10782 m3 ) abonent hesabına işlənmişdir. İddiaçı aid abonent saldosuna baxan zaman 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi, 1 ədəd qızdırıcı radiator peçi, 1 ədəd PQ-2 qaz pilitəsi, 1 ədəd açıq havada izolə edilmiş su qızdırıcı kolonka və 1 ədəd kamın Xaçmaz RQİİ-nin kompüter qeydiyyatında olduğu müəyyən olunmuşdur. Təqdim olunan materiallara baxış zamanı abonentin kənar xett vasitəsilə qazdan qanunsuz istifadə etdiyini sübut edən foto şəkil (sənədlərə əlavə edilmiş foto şəklin vətəndaşa aid olduğunu müəyyənləşdirmək mümkün olmadı) və ya video görüntü təqdim olunmamışdır. Eyni zamanda “Azəriqaz İB” Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən dəymiş ziyan hesablanan zaman qanunvericiliyin tələblərinə əməl olunmamış, əvvəlki ilin eyni dövrünün qaz sərfiyyatı üzrə müqayisə aparılmamış və dəymiş ziyan düzgün hesablanmamışdır. Belə ki, əvvəlki ilin eyni dövründə vətəndaşın saldosunda cəmi qaz sərfiyyatı 3313 m3 olduğu halda hesabat 10782 m3 -ə görə aparılmışdır. Odur ki, “Azərqaz” İB-nin Xaçmaz RQİİ-i tərəfindən vətəndaşın hesabına yazılmış dəymiş ziyanın sübuta yetirilmədiyini nəzərə alaraq həmin məbləğin vətəndaşın hesabından silinməsini məqsədə müvafiq hesab edir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X10 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 13-cü maddəsinin 8-1.-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 1078.20 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid ünvan 1ində fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 14 dekabr 2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu fakt mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X2 28 yanvar 2025-ci il tarixli rəyi ilə öz təsdiqini tapır. Belə ki, həmin rəydə əvvəlki ilin eyni dövründə vətəndaşın saldosunda cəmi qaz sərfiyyatı 3313 m3 olduğu halda hesabat 10782 m3 -ə görə aparılması qeyd olunmuşdur. Bundan əlavə, qeyd olunan qanunsuz qoşulma iş materialları ilə işin mübahisəsiz halına çevrilmişdir. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar ilə bu qanunsuz qoşulma, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin 242.50 manat olması müəyyən edilmişdir ((3313 kub metr x 0,10 manat (tarif) = 331.30 manat, 22.20+35.80+30.80=88.80, 331.30-88.80=242.50)). Məhkəmə mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X2 28 yanvar 2025-ci il tarixli rəyini nəzərə alaraq hesab edir ki, mübahisəli 1078.20 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 242.50 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və 14 dekabr 2018-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış cərimənin tam silinməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1 -ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli, Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən 14 dekabr 2018-ci il tarixli, ******* saylı akta əsasən hesablanaraq iddiaçının abunə koduna (**********10840) köçürülmüş 835.70 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 835.70 manata görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddia tələbi qismən təmin olunduğundan, Cavabdehndən iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən 14 dekabr 2018-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanaraq İddiaçı abunə koduna (**********10840) köçürülmüş 835.70 manat borc hesabdan silinsin. Cavabdeh İB-dən 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-336/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-336/2025
20.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver