Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-338/2023 15.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X24, iddiaçılar Abasova Feridanın və X13, iddiaçılar X25, İddiaçı2 və Ferida Abasovanın nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, tərcüməçi X15 iştirakı ilə, iddiaçılar X25, İddiaçı2 və Ferida Abasovanın Cavabdeh2 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın bölünməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X25, İddiaçı2 və Ferida Abasova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək reyestrdə 2V-1344 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Abasova Zöhrədən miras qalmış Xaçmaz rayonu, Ləcət kəndində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində X25 4,4/10 pay, X13 - 4,4/10 pay və Abasova Feridanın 1,1/10 pay hissədə pay hüququ müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışlar ki, miras qoyan Abasova Zöhrə babaları İddiaçı2 Abbas oğlu ilə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahdan aşağıdakı uşaqları doğulmuşdur. X11, X8, X9, X16. Bundan öncə Abasova Zöhrənin birinci nikahından X4 və X3 anadan olmuşdur. X1 Ferida ilə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından X32 və X21 anadan olmuşlar. Miras qoyan Abasova Zöhrənin adına ünvan 1ində 0,17 ha torpaq sahəsi və üzərində fərdi yaşayış evi mövcud olmuşdur. O, xx.xx.2012-ci ildə Xaçmaz rayonu 1 saylı Notariat Kontorunda vəsiyyətnamə qoyaraq mülkiyyətində olan torpaq sahəsini və yaşayış evini bərabər hissələrlə nəvələri - X32 və X18 bağışlamışdır. Miras qoyan Abasova Zöhrə mülkiyyətində olan - Xaçmaz rayonunun Ləcət kəndində yerləşən fərdi yaşayış evində oğlu X17 və onun ailəsi ilə birlikdə yaşamışdır. Abasova Zöhrəyə məxsus fərdi yaşayış evində onunla birlikdə vəfatından əvvəl və sonra mərhum Əlikram Abasov və onun ailəsi yaşamışlar. Miras qoyan Abasova Zöhrə xx.xx.2015-ci il tarixdə ölmüşdür. X19 vəfat edəndən sonra ona məxsus Xaçmaz rayonunun Ləcət kəndində yerləşən fərdi yaşayış evində oğlu X17 vəfat edən günə qədər ailəsi ilə birlikdə yaşamış və təsərrüfatı idarə etmişdir. Miras qoyan Abasova Zöhrənin xx.xx.2015-ci il tarixdə ölümündən sonra ondan miras qalan əmlak - Xaçmaz rayonu, Ləcət kəndində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi faktiki olaraq onunla birlikdə yaşayan və onun ölümündən sonra miras əmlakı idarə edən vərəsələri - qanun üzrə X17, vəsiyyət üzrə X32 və X22 qəbul etmişlər. Bu səbəbdən onlar sözügedən miras əmlakın qanuni yolla qəbulu üçün hər hansı bir hərəkət etməyi lazım bilməmişlər. Qanun üzrə vərəsə - X17 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra da övladları - X32 və X22 (vəsiyyət üzrə vərəsələr) və həyat yoldaşı Abasova Ferida yaşamışlar. Belə olan halda yeni miras qoyan - X5 miras payı - qanun üzrə onun 1-ci dərəcəli vərəsələrinə - övladları - X32 və X18 və həyat yoldaşı Abasova Feridaya keçmişdir. Xaçmaz rayon notariat ofisi 20 oktyabr 2021-ci il tarixdə Xaçmaz RİH Başçısının Ləcət İƏD üzrə nümayəndələyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 349 saylı arayışa əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Arayışda vəfat etmiş şəxsin ölümündən sonra ailə tərkibində ancaq Cavabdeh2 qaldığını və ölümündən sonra evi və təsərrüfatı Cavabdeh2 tərəfindən idarə etdiyi qeyd edilmişdir.Verilən arayış saxtadır,halbuki miras qoyan Abasova Zöhrənin xx.xx.2015-ci il tarixdə ölümündən sonra ondan miras qalan əmlak - Xaçmaz rayonu, Ləcət kəndində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi faktiki olaraq onunla birlikdə yaşayan və onun ölümündən sonra miras əmlakı idarə edən vərəsələri - qanun üzrə X12, vəsiyyət üzrə X32 və X22 qəbul etmişlər. Belə olan halda Xaçamz rayon notariat ofisi tərəfindən verilən 20 oktyabr 2021-ci il tarixli reyestrdə 2V-1344 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilıməlidir. Miras qoyan Abasova Zöhrədən miras qalmış ünvan 1ində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin qəbulu ilə bağlı Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etsələr də müsbət nəticə olmamış və Xaçmaz rayon 1 saylı Notariat Ofisi xx.xx.2022-ci il tarixli məktubu ilə onlara qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Miras qoyan Abasova Zöhrədən miras qalmış - Xaçmaz rayonu, Ləcət kəndində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi faktiki olaraq tərəflərindən qəbul edilmiş və sözügedən miras əmlak 10 ilə yaxın müddətdir ki, istifadələrində və sərəncamlarında olmuşdur. Hesab edirlər ki, Abasova Zöhrədən miras qalmış ünvan 1ində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində vərəsələrin aşağıdakı qaydada pay hüququ tanınmalıdır. X10 (qanun üzrə vərəsəlik) 2/4 pay, X30 (vəsiyyət üzrə vərəsəlik) ¼ pay, X18 (vəsiyyət üzrə vərəsəlik) ¼ pay, X17 vəfat etdiyi üçün onun 2/4 hissədə payı aşağıdakı qanun üzrə vərəsələrinə keçməlidir. X30 (qanun üzrə vərəsəlik) 1/3 pay, X18 (qanun üzrə vərəsəlik) 1/3 pay, Abasova Ferida (qanun üzrə vərəsəlik) 1/3 pay. Nəticə etibarı ilə Abasova Zöhrədən miras qalmış ünvan 1ində 0,17 ha torpaq sahəsi və üzərində fərdi yaşayış evi üzərində aşağıdakı vərəsələrin müəyyən edilmiş pay hüququ tanınmalıdır. X30 (qanun və vərəsəlik üzrə vərəsəlik) 44,3% (4,4/10 pay), X18 (qanun və vərəsəlik üzrə vərəsəlik) 44,3% (4,4/10 pay), Abasova Ferida (qanun üzrə vərəsəlik) 11,3% (1,1/10 pay). Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və Ferida Abasova iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Zöhrə Abasova xx.xx.2012-ci il tarixdə nəvələri X30 və İddiaçı2 vəsiyyətnamə verib. Zöhrə Abasova xx.xx.2015-ci ildə vəfat edib. 2012-ci ildə vəsiyyətnamə veriləndə oğlu Balakərim arvadı ilə birlikdə orada yaşamışdır, nəvələri də onlara köməklik göstərirdi, birlikdə yaşamışlar. O, öləndən sonra həmin əmlakı Əlikram, Ferida, Zamin və Bədirxan idarə etmişlər, onlar tərəfindən təmir-tikinti işləri aparılmış, evdə faktiki yaşamışlar, ev faktiki onlar tərəfindən idarə olunmuşdur. Həqiqətən evin onlar tərəfindən idarə olunmasına dair sənədlər iş materiallarına əlavə olunmuşdur. Həmin aktlarla sübutlarla sübut olunur ki, həmin evi Zamin, Bədirxan və Ferida idarə etmişlər. Əlikram 2020-ci ildə oktyabr ayında vəfat etmişdir. 31 oktyabr 2020-ci il tarixdə Cavabdeh2 evə daxil olaraq, qonşulardan Əlikram vəfat etdiyinə görə evdə təmizlik işləri aparmaq adı ilə qonşu tərəfindən açarların təqdim edilməsini istəmişdir. Lakin həmin qonşu bildirmişdir ki, evin açarları Ferida Abasova tərəindən ona verilib və ona baxır, açarları təqdim edə bilməz. Lakin buna baxmayaraq Cavabdeh2 və oğlu Adıgözəl zirzəmidən evə daxil olaraq, oradan müəyyən əşyaları oğurlamaqla oradan bütün əşyaları götürmüşdür. Ferida Abasova bununla bağlı Xanımağaya irad bildirmiş, sahə müvəkkilinin zəngindən sonra Xanımağadan evin açarları götürülüb qonşuya qaytarılmışdır. RF-dan qayıdandan sonra Ferida Abasova oğurluqla bağlı Yalama PB-nə müraciət etmiş, orada araşdırma aparılıb, bunun nəticəsi olaraq cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərar qəbul edib, həmin qərarı elektron sistemə yerləşdirmişdir. Həmin qərarla da sübut olunur ki, ev Ferida, Zamin və Bədirxan tərəfindən idarə olunmuşdur. Ev Cavabdeh2 tərəfindən heç vaxt idarə olunmayıb. O, Zöhrə ilə küsülü olub, münasibətləri olmayıb. Çünki həqiqətən də oranı idarə edən Əlikram və onun ailə üzvləri olublar. Belə nəticəyə gəlmək olar ki, Cavabdeh2 Əlikramın ölümünü gözləyib. O, ölən kimi notariusa müraciət edib. Notariusa müraciət etməsinin əsas səbəblərindən biri o olub ki, kənd icra nümayəndəliyinə gedib, oradan arayış verilib. Vərəsələrin 6 nəfər olmasına baxmayaraq, orada 1 nəfər vərəsənin göstərilməsi dəlalət edir ki, həmin arayış düzgün deyil. Belə olan halda hesab edirlər ki, düzgün arayış təqdim olunsa idi, həmin şəxs vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməzdi. Ona görə iddia ərizəsində qeyd olunduğu kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 göstərmişdir ki, iddia ərizəsində göstərilən hallar həqiqətə uyğun deyildir. MM-nin tələblərinə uyğun olaraq istər vəsiyyət üzrə, istər qanun üzrə vərəsə mirası qəbul etməlidir. Mirasın qəbul edilməsi üçün müddət var, mirasın açıldığı gündən 3 ay ərzində vərəsə mirası qəbul etməlidir. MM-nin tələblərinə görə mirasın qəbul edilməsinin 2 yolu var, biri miras əmlaka faktiki yiyələnməklə həmin əmlakın idarə edilməsi, ikincisi isə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verilməsi. Hazırkı iş üzrə iddiaçılar nə miras əmlaka faktiki yiyələnməklə həmin əmlakın idarə edilməsi yolu ilə, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verilməsi yolu ilə mirası qəbul etməmişlər. MM-nin digər tələbi də ondan ibarətdir ki, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbul edilməsinə yol verilmir. Hesab edir ki, iddia ərizəsinin tərtibi düzgün deyil. Miras 2015-ci ildə açılıb, 2022-ci ildə iddiaçılar məhkəməyə müraciət ediblər, yəni 7 il keçəndən sonra iddiaçılar məhkəmədə hazırkı iddianı qaldırmışlar. Hesab edir ki, əgər həqiqətən iddiaçıların adına vəsiyyətnamə vardırsa, onlar mirası qəbul etməli idilər. Hesab edir ki, cavabdeh mirası qanunda nəzərdə tutulmuş qaydada düzgün qəbul etmişdir, Ləcət kənd İƏD nümayəndəliyinin arayışından da müəyyən olunur ki, həqiqətən miras qoyan Zöhrə Abasovanın ölümündən sonra mirası qızı Cavabdeh2 idarə etmişdir. Ona görə də hesab edir ki, iddia əsassızdır, təmin olunmamalıdır. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X14 xx.xx.1997-ci ildə, Xalidova (Allahverdiyeva) Simnara İslamali qızı xx.xx.2008-ci ildə, Abasova Zöhrə xx.xx.2015-ci ildə, X23 xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. İş materiallarında olan 15 avqust 2012-ci ildə tərtib edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, X37 rayonu Ləcət kəndi ünvanındakı 0,17 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini bərabər hissələrlə X30 və X18 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il qeydiyyat tarixli, **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayonunun Ləcət kəndində 0.17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Zöhrə Abasovanın adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-1344 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş Abasova Zöhrənin vərəsələri Cavabdeh2dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ərazi idarəsi tərəfindən xx.xx.2021-ci ildə Abasova Zöhrəyə verilmiş **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 0,17 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 349 nömrəli arayışından müəyyən olunur ki, Abasova Zöhrə xx.xx.1928-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Xaçmaz rayon Ləcət kəndində yaşamış, orada da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Qızı Cavabdeh2. Ölümündən sonra evi və təsərrüfatı qızı Cavabdeh2 idarə edir. İş materiallarında olan Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 87 nömrəli arayışından müəyyən olunur ki, Abasova Zöhrə 1945-ci il tarixdən 2015-ci il tarixədək Xaçmaz rayon Ləcət kəndində yaşamış və orada da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. X2, qızı X3, oğlu X11, oğlu X8, qızı X9, qızı X16. Ölümündən sonra evi və təsərrüfatı nəvələri X32 və X22 idarə etmişdir. İş materiallarında olan sorğuya əsasən alınmış Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 09 nömrəli məktubundan müəyyən olunur ki, Ləcət kənd İƏD üzrə nümayəndə müavini R.Aslanova tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 349 saylı arayış verilərkən, Ləcət kənd İƏD üzrə nümayəndə məzuniyyətdə olmuşdur. Cavabdeh2 tərəfindən əvvəl həmin arayışın verilməsi üçün nümayəndəyə müraciət olunmuş və onun istədiyi formada arayışın verilməsinə imtina olunmuşdur. Məlum olduğu kimi, Cavabdeh2 qanun üzrə vərəsəlik şəhadətnaməsini alarkən, Notariat Ofisinə Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 349 nömrəli arayışını təqdim etmişdir. Həmin arayışa əsasən Abasova Zöhrə xx.xx.1928-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Xaçmaz rayon Ləcət kəndində yaşamış, orada da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Qızı Cavabdeh2. Ölümündən sonra evi və təsərrüfatı qızı Cavabdeh2 idarə edir. Lakin iş materiallarında olan Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin digər xx.xx.2022-ci il tarixli 87 nömrəli arayışından müəyyən olunur ki, Abasova Zöhrə 1945-ci il tarixdən 2015-ci il tarixədək Xaçmaz rayon Ləcət kəndində yaşamış və orada da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. X2, qızı X3, oğlu X11, oğlu X8, qızı X9, qızı X16. Ölümündən sonra evi və təsərrüfatı nəvələri X32 və X22 idarə etmişdir. Göründüyü kimi, Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəliyi tərəfindən eyni məsələ ilə bağlı iki tamamilə fərqli və bir-birinə zidd olan arayışlar verilmişdir. Bu isə neqativ halların baş verməsinə səbəb olmuşdur. Hazırki iddia ilə mübahisələndirilən Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilən Qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xüsusi notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsini rəhbər tutaraq, Qanun üzrə vərəsəlik şəhadətnaməsini vermişdir. Halbuki, iş materialları ilə sübuta yetirilir ki, Zöhrə Abasovanın bir neçə vərəsəsi vardır, Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 349 nömrəli arayışı isə qərəzli şəkildə tərtib edilmiş və həqiqətə uyğun deyil. Bundan başqa, iş materiallarında olan xx.xx.2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, Abasova Zöhrə həmin vəsiyyətnamə ilə mülkiyyətində olan əmlakları X30 və X18 vəsiyyət etmişdir. Vəsiyyətnamənin arxasında olan qeyddən görünür ki, Xaçmaz rayon Notariat Ofisinin xüsusi notariusu Firdovsi Məmmədov xx.xx.2021-ci il tarixdə “vəsiyyətnamədə heç bir dəyişiklik yoxdur. Vəsiyyətnamə qüvvədədir” qeydi apararaq, möhürlə təsdiq etmişdir. Buna baxmayaraq, sözügedən vəsiyyətnaməyə zidd olaraq xx.xx.2021-ci ildə Cavabdeh2 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ziddiyətli arayış əsasında verildiyindən, habelə miras qoyan tərəfindən iddiaçıların adına verilmiş vəsiyyətnamə mövcud olsa da, notarius tərəfindən buna heç bir əhəmiyyət verilmədiyindən Xaçmaz rayon Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə iddianın ikinci tələbi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. İlk öncə məhkəmə belə hesab edir ki, tələbdə göstərilən paylar qeyri-müəyyən göstərilib (4,4/10, 4,4/10 və 1,1/10). Bundan başqa iddiaçılar iddia ərizəsində qeyd edirlər ki, Abasova Zöhrədən miras qalmış Xaçmaz rayonu, Ləcət kəndində 0,17 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində paylar iddiaçılar arasında həm vəsiyyət üzrə vərəsəlik, həm də qanun üzrə vərəsəlik qaydasında müəyyən edilməlidir. Halbuki, iş materiallarında iddiaçılar tərəfindən Zöhrə Abasovanın vəsiyyətnaməsi təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçılardan X32 və İddiaçı2 adına vəsiyyətnamə mövcud olduğundan və hazırki iş üzrə Cavabdeh2 adına verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, iddiaçılar bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün Notariat Ofisinə müraciət edə bilərlər. İşin yuxarıda sadalanan hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən göründüyü kimi, iddiaçılar ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etməmişlər. Belə olan halda, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Xaçmaz rayon 1 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-1344 nömrə ilə qeyd edilmiş Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-338/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-338/2023
15.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver