Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-341/2025 10.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Ərizəçi, maraqlı tərəflər Maraqlı şəxs2 və Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçi maraqlı tərəflər qismində Xaçmaz rayon 1 saylı Notariat ofisini, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 cəlb etdiyi notariat hərəkətlərinin aparılmasından imtina tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı tərəflər qismində Xaçmaz rayon 1 saylı Notariat ofisini, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 cəlb etdiyi notariat hərəkətlərinin aparılmasından imtina tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinin və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin ərizənin qaytarılması barədə vəsatəti təmin olunmalı və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Ərizəçi maraqlı tərəflər qismində Xaçmaz rayon 1 saylı Notariat ofisini, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 cəlb etdiyi notariat hərəkətlərinin aparılmasından imtina tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-341/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-341/2025
10.02.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver