Məhkəmə qərarları › İş №2(067)-348/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-348/2024

08.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-348/2024 08.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə Fikrət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT-a əsasən dəymiş ziyanın bərpası üçün hesablanmış 4127.20 manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla saslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “Azəriqaz" X2 X6 İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın həcmi hesablanmış və ünvanına 34560m3, buda 0.12 qəpikdən hesablandığı üçün 4127 manat 20 qəpik borc yazılmışdır. Onun tərəfindən həmin ünvanında qaz xəttinə heç bir qoşulma halı olmamışdır və onun tərəfindən heç bir qeyri qanuni xətt çəkilərək qazdan qeyri-qanuni istifadə edilməmişdir. Bu halı Xaçmaz X6 İdarəsinin əməkdaşları özləri də gördülər. Bundan əlavə, "Qazdan istifadə Qaydaları”nın haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarına əsasən 2023-cü ildən etibarən qeyri-qanuni qoşulma hallarında hesabat mövsümü olaraq hesablanır. Yəni bu hesabat 3 aya uyğun olaraq hesablanmalıdır. Hesabat aparılarkən bu məbləğ itirilmiş qaz sərfiyyatının bərpası üçün hüsablanır. Amma Cavabdeh İB tərəfindən elə bir hesabat aparılmışdır ki, bu hesabat həmin qanuna tam olaraq ziddir. Mənzilində 1 odun sobası, hamamda 1 odun sobası var, evdə isə 2 nəfər yaşayırlar. Cavabdeh İB isə mənzilində və hamamda olan odun sobalarını də qazla işləyən avadanlıq kimi hesabata yazmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onun evində kənar qaz xətti yoxdur. Azəriqazın işçiləri özləri gəlib sayğacı dəyişiblər. Dəyişilən zaman özləri xətti mişar ilə kəsib, xətti elə də qoyub gediblər. O, qaz xəttinə heç bir müdaxilə etməmişdir. Bir müddət sonra isə gəlib kənar xəttin olduğunu ona bildirmiş və bunu aktlaşdırmışlar. Onlar evdə iki nəfər yaşayırlar. Onun kənar xəttə ehtiyacı da yoxdur. Üstəlik heç o kənar qaz xətti də deyil. Odur ki, xahiş edir qaz sərfiyyatına görə əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Ünvanda əməkdaşlar tərəfinən kənar xətt müəyyənləşdirilib. Bununla bağlı akt tərtib edilib. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktda “sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur” qeyd olunmuşdur. - Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4x24x360 qəbul edilməklə 34560 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. - İş materiallarından olan abonentin saldosundan görünür ki, akt əsasında 4127,20 manat borc müəyyən edilmişdir. - Məhkəmə iclasında nümayiş etdirilən cavabdehin təqdim etdiyi CD-dən görünür ki, iddiaçının istifadəsində olan sayğacdan kənar qaz xəttinə qoşulma olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 4147.20 manat cərimə hesablanmışdır. İddiaçı sayğacdan kənar qoşulmanı qəbul etmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 8-ci bəndinin əvvəlki redaksiyasına əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktdan görünür ki, abonent tərəfindən sayğaca qanunsuz qoşulma halı aşkar edilmiş və itirilmiş qazın həcmi hesablanmışdır. Eyni zamanda, qanunvericiliyə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi qaz paylayıcı tərəfindən hər ay istehlak edilmiş qazın miqdarı müəyyən edildiyindən, qaz sayğacının evdən kənar yerləşdiydən, evdən kənar yerləşmiş qaz sayğacına hər hansı müdaxilə edilməsi hər ay göstəriciləri qeydə alan qazpaylayıcının əməkdaşları tərəfindən növbəti ay üçün göstəriciləri qeydə alınan zaman aşkarlanmalı, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X5 Reyestrinə daxil edilməsidir. X3 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X5 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X5 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. İddiadan və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün 360 gün hesabat müddəti qəbul edilmiş və iddiaçıdan həmin dövr ərzində vurulmuş ziyan tələb edilmişdir. Belə ki, tərtib edilmiş tələbnamələrdə abonentin gün ərzində 24 saat ərzində qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, iddiaçının Birliyə xx.xx.2023-cü il tarixli akt üzrə 72 manat (4 x 6 x 30 = 720 kub.metr) məbləğində ziyan vurması məlum olur. Eyni zamanda abonentin saldosundan görünür ki, xx.xx.2023-cü il tarixli akt əsasında 4147.20 manat borc hesablana qədər iddiaçının 2022-ci il üçün il ərzində ən yüksək sərfiyyatı 221 m3, akt tərtib edildikdən sonra isə aprel ayı üçün 34560 m3 hesablanmışdır. İl ərzində istifadə edilmiş sərfiyyat aylar üzrə ən yüksək hesablanmış sərfiyyatla, yəni 221 m3 ilə hesablansa belə il ərzində istifadə edilmiş sərfiyyatın həcmi aktda qeyd edildiyi kimi 34560 m3 həcmində müəyyən edilməsi ağlabatan hesab edilə bilməz. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, itirilmiş təbii qazın bərpası ən çox ödənişin 30 günə (1 aya) müvafiq hesablanması məqsədəmüvafiqdir. Məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan qaydada hesablanmaqla iddiaçının cavabdehə vurduğu ziyan 72 manat (4x6x30=720 kub/metr) təşkil edir. Bundan başqa qanunvericiliyin tələblərinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı tərəfindən qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırması və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməsi nəzərdə tutulsa da cavabdeh təşkilat sayğacı şəbəkədən ayırmamış, iddiaçıya qarşı zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməmiş, hətta hazırki iddia ərizəsinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə iddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğac iddiaçının yaşadığı evdən kənarda yerləşdiyindən, sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edilməsi sübuta yetirilmədiyindən sayğaca kənar xətt qoşulma ilə əlaqədar itirilmiş qazın həcminin 34560 m3 müəyyən edilməsi və itirilmiş qazın bərpası məqsədilə iddiaçının abunə koduna 4147.20 manat borcun hesablanması əsassız olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Xaçmaz rayon, Xudat şəhəri, 28 May küçəsi ev 27 ünvanına hesablanmış 4055.20 manat borc silinməli, eyni zamanda göstərilən dövr ərzində sayğacdan keçən və dəyəri ödənilməyən təbii qaz istehlak edildiyindən ümumilikdə 72 manat borc abonent İddiaçı düzgün tətbiq edildiyindən, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Xaçmaz rayon, Xudat şəhəri, 28 May küçəsi ev 27 ünvanına hesablanmış 4055.20 manat borc silinsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar