Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-35/2025 31.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X21, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4nun xx.xx.2003-cü il tarixdə vəfatından sonra miras qalmış ünvan 2ində yerləşən yaşayış evindən, 0,31 ha həyətyanı torpaq sahəsində və 1,19 ha kənd təsərrüfatlı torpaq sahəsində ona məxsus olmuş paydan ibarət mirasın nənəsi X8 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, sonuncunun xx.xx.2006-cı il tarixdə vəfatından sonra miras qalmış yaşayış evinin, 0,3 ha həyətyanı torpaq sahəsində və 1.19 ha kənd təsərrüfatlı torpaq sahəsində ona məxsus olmuş paylardan ibarət miras əmlakın ona düşən, tərəfindən vəsiyyətnamə üzrə qəbul edilmiş payın müəyyən edilməsi və onun naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, xx.xx.1990-ci ildə ünvan 1ində anadan olmuş, valideynləri olan atası X27 ilə anası X16 13 iyun 1988-ci ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, həmin tarixdə də anası Zərifə ata babası olan X17 məxsus ünvan 1ində yerləşən evə gəlin köçmüşdür. Valideynləri ailə həyatı qurarkən atası daimi Rusiya Federasiyasında yaşamış, ona görə də ailə həyatı qurduqdan sonra da atası Rusiya Federasiyasına qayıtmışdır. Evdə babası Məlik, nənəsi X8, anası X16 və onlar yaşamışlar. X4 27 fevral 2003-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış Xaçmaz rayonu, Yegüc kəndində yerləşən yaşayış evi, evin yerləşdiyi həyətyanı torpaq sahəsində və kənd təsərüfatı təyinatlı torpaq sahəsindəki paylardan ibarət mirası 1-ci dərəcə vərəsə olaraq həyat yoldaşı olan (yəni nənəsi) X8 faktiki olaraq idarə etrməklə qəbul etmişdir. X35 10 mart 2006-cı il tarixdə vəfat etmişdir. O, vəfat etməzdən əvvəl, yəni 01 mart 2006-cı il tarixdə qanuni təsdiq edilmiş vəsiyyətnamə ilə ünvan 2ində yerləşən yaşayış evini, həyətyanı və özəl pay torpaq payını əmanət kassasında olan pullarını və bütün əmlakını ona vəsiyyət etmişdir. Vəsiyyət üzrə vərəsə olaraq mərhum nənəsindən miras qalmış əmlakı faktiki olaraq idarə etməklə və ona yiyələnməklə qəbul etmişdir və bu günə kimu həmin əmlakı idarə edir. Cavabdehlərdən Cavabdeh onun doğma əmisidir. O, hələ babasının və nənəsinin sağlığında evdən köçüb getmiş, ünvan 1ində özünə məxsus evdə yaşamışdır. O, nənəsinin ölümündən təxminən 1 il keçdikdən sonra özünə məxsus evini, meyvə bağlarını sataraq onların yaşadığı, yəni X35dan miras qalmış evə köçərək 1-ci mərtəbəsində məskunlaşmışdır. Həmin vaxt anası Zərifə Hüseynova etiraz etməmişlər ki, cavabdeh əmisidir, özünə başqa yaşayış yeri əldə edənə kimi miras evdə müvəqqəti yaşasın. Bu yaxınlarda cavabdeh əmisi onların evdə olmamalarından istifadə edərək miras evin 2-ci mərtəbəsindəki əmlakları özbaşına olaraq oradan çıxarıb evin 1-ci mərtəbəsinə ataraq özü ailəsi ilə birllikdə evin 2-ci mərtəbəsinə köçüb yaşamağa başlamışdır. Bu zəmində aralarında mübahisələr yaranmışdır. Hesab edir ki, Cavabdeh bu cür hərəkətlər etməsi tamamilə qanunsuzdur, miras əmlakla bağlı onun hər hansı hüququ yaranmamışdır. Əksinə o vəsiyyət üzrə vərəsə olaraq mərhum X35dan miras qalmış əmlakı qəbul etmişdir. Miras əmlaka dair hüquqlarını qanunamüvafiq rəsmiləşdirilməsi üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, notariat ofisinin notariusu F.S.Məmmədovun 30 iyun 2020-ci il tarixli 336 saylı məktubu ilə ona cavab verilmişdir ki, X2 vəfatından sonra miras qalmış ünvan 1i ünvanında yerləşən torpaq sahəsi və evə dair vərəsəlik işi mübahisə xarakteri daşıyır. Bu səbəbdən notariat əməliyyatının aparılması qeyri-mümkündür və məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunur. Beləliklə X4nun ölümündən sontra yaşayış evindən, həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində ona məxsus olmuş paylardan ibarət mirası həyat yoldaşı (nənəsi) X8 faktiki olaraq qəbul etmişdir. Nənəsi isə yuxarıda qeyd edildiyi kimi vəsiyyətnamə ilə özünəməxsus bütün əmlakı ona vəsiyyət etmişdir. Nənəsinin öldüyü vaxt onun 16 yaşı olmuşdur. O, miras evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Xaçmaz rayonu, İcra Hakimiyyətinin Başçısının Yergüc kənd İƏD nümayəndəsinin arayışı ilə təsdiq olunur ki, miras qoyan X2 ölümündən sonra evi və təsərrüfatı İddiaçı idarə edir. Cavabdeh miras əmlakı qanunda nəzərdə tutulmuş qaydada və müddətdə qəbul etməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 göstərmişdir ki, ilk dəfə bu iddia ilə 2020-ci ildə Xaçmaz rayon məhkəməsinə müraciət etmişlər. Həmin vaxt cavabdeh və onu qardaşının onlara qarşı tələbləri ilə mülki işlər Ali Məhkəməyədək getmiş və baxılmışdır. Onların iddia ərizələri də baxılmamış saxlanılmışdır. İddianın mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1990-cı ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olub. Onun valideynləri xx.xx.1988-ci ildə evləniblər. Anası ərinin atasının Yergüc kəndindəki evinə gəlin köçüb. Sonra iddiaçının atası Bəhmən RF-na gedib. Yergüc kəndindəki evdə, iddiaçı, babası Məlik, nənəsi Çiçək, anası Zərifə və bacısı ilə birlikdə qalıblar. Cavabdehin və digər övladların öz evləri olub. xx.xx.2003-cü ildə iddiaçının babası Məlik ölüb. Miras evi və torpaq sahələrini onun arvadı, iddiaçının nənəsi Çiçək qəbul edib. Çiçək özü xx.xx.2006-cı ildə vəfat edib. O, xx.xx.2006-cı ildə bütün əmlaklarını iddiaçıya vəsiyyətnamə ilə vəsiyyət edib. Həmin vəsiyyətnamə hazırda da qüvvədədir. İddiaçı evdən və digər miras əmlaklardan istifadə etməyə başlayıb. Cavabdeh valideynləri sağ ikən miras evdən çıxıb, öz evində yaşayıb. Cavabdeh anası öləndən 1 il sonra evini satıb və miras evə müvəqqəti yaşamaq üçün gəlib. Evin 1-ci mərtəbəsində cavabdeh, 2-ci mərtəbəsində isə həmişə olduğu kimi iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayıblar. Sonra iddiaçını evdən çıxarıblar. Onlar əvvəlcə iddiaçının X4ndan miras qalan Xaçmaz rayonunun Yergüc kəndində yerləşən yaşayış evindən, 0,31 ha həyətyanı torpaq sahəsindən və 1,19 ha pay torpaq sahəsindən ona düşən payların iddiaçının nənəsi X8 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini, iddiaçının nənəsinin vəfatından sonra miras qalmış qeyd olunan miras əmlakların vəsiyyət üzrə iddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş edir, naturada bölgünü istəmirlər. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə göstərmişdir ki, iddia 2020-ci ilin əvvəllərində icraata qəbul edilib. Həmin ərəfədə iddiaçı 16 il idi ki, miras evdə yaşamamışdır və mirası faktiki qəbul etməmişdir. Cavabdeh atasının vəfatından əvvəl miras evdə yaşayıb, atası vəfat edəndən sonra da orada yaşayıb, atasını dəfn edib, ləyaqətli vərəsə olub. Qarşı tərəfə də bu məlumdur. Vəsiyyətnamə qoyan Çiçək öz hərəkətlərinin mənasını dərk etməmiş, iddiaçı özü iştirak etməmiş, şahidlər qohumlardır. Bundan başqa Çiçək əri Məlikdən qalan mirası dövlət qeydiyyatına aldırmamışdır. Məhkəmə tərəflərin izahatlarını, vəkilin çıxışıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X22 ilə X5 arasında nikah 19 iyun 1963-cü ildə bağlanmışdır. Nikahdan sonra qadın Hüseynova soyadını qəbul etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 ilə X10 arasında nikah xx.xx.1988-ci ildə bağlanmışdır. Nikahdan sonra qadın Hüseynova soyadını qəbul etmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 2766 saylı 30209018 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən X13, X7, X3, X14 və İddiaçı mülkiyyətinə 1,19 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 2766 saylı 30209018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən X13, X7, X3, X14 və İddiaçı mülkiyyətinə 0,31 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2i ünvanında yerləşən 1,19 ha torpaq sahəsi ümumi birgə X13, X7, X3, X11 və İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayon notariat ofisinin iddiaçıya ünvanladığı 30 iyun 2020-ci il tarixli 336 nömrəli məktubundan görünür ki, vərəsəlik işi mübahisə xarakteri daşıdığından notariat əməliyyatının aparılması qeyri mümkündür. İş materiallarında olan 01 mart 2006-cı ildə tərtib edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, X12 vəfat edəcəyi günə özünə məxsus olan bütün əmlakını, onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq, o cümlədən ünvan 2ində yerləşən xüsusi yaşayış evini, həyətyanı və özəl torpaq payını, əmanət kassasında olan pulunu və bütün əmlakını doğma nəvəsi İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Xaçmaz rayon Yergüc kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 942 nömrəli arayışından müəyyən olunur ki, X12 1932-ci il tarixdən xx.xx.2006-cı ilədək ünvan 2ində yaşamış və orada da xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. X20, X28, X27, X23, Cavabdeh, X15. Ölümündən sonra evi və təsərrüfatı oğlu Cavabdeh idarə edir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X12 xx.xx.2006-cı ildə vəfat etmişdir. İş materiallarında olan Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1ində 2 otaqlı, cəmi 154.4 kv.m sahəsi olan fərdi yaşayış evi X13 adına xx.xx.1988-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarının 2-ci bəndinə əsəsən Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Məhkəmə ilk öncə İddiaçı miras əmlakın X8 tərəfindən faktiki qəbul etməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının 1-ci və 3-cü bəndlərini rəhbər tutaraq, qərara alır ki, hazırki mülki iş məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olduğundan, bu mülki iş Qərarın 3-cü bəndinin təsiri altına düşür. Belə olan halda isə, İddiaçı iddia tələbinin miras əmlakı faktiki qəbul etməsinə dair hissəsi əsassızdır və rədd edilməlidir. Lakin, İddiaçı X35nın vəsiyyət üzrə vərəsəsi olduğundan, nənəsindən qalan miras payları aşağıdakı kimi, müəyyən edilməlidir: Belə ki, X13 xx.xx.2003-cü il tarixdə vəfatından sonra miras qalmış ünvan 1ində yerləşən fərdi yaşayış evi X8 ilə birgə nikah dövründə əldə olunduğundan həmin evdən Çiçək Hüseynovanın ½ pay və Məlik Hüseynovun ½ payı müəyyən edilir. 2003-cü ildə Məlik Hüseynovun ölümündən sonra, 2006-cı ildə Çiçək Hüseynova nəvəsi, hazırki İddiaçı bütün əmlakını vəsiyyətnamə üzrə vəsiyyət etmişdir. Lakin həmin vəsiyyətnamə ilə hansı əmlakın və hansı payda vəsiyyət edilməsi göstərilməmişdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, sözügedən vəsiyyətnamə məhkəmə qaydasında mübahisələndirilsə də, məhkəmə qətnaməsi ilə qüvvəsində saxlanılmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda 10 mart 2006-cı il tarixli Çiçək Hüseynovanın nəvəsi İddiaçı verdiyi vəsiyyətnamə qüvvədə olan hesab edilir. X30 rayonu, Yergüc kəndində yerləşən fərdi yaşayış evinə dair ½ payı olduğundan, o, vəsiyyətnaməsi üzrə vəsiyyətinin yalnız həmin pay üzrə sərəncam vermək hüququna malik olmuşdur. Lakin miras qoyanın digər birinci dərəcəli vərəsələri də mövcud olduğundan, onların da məcburi pay almaq hüquqları təmin edilməlidir. Mülki qanunvericiliyinin tələblərinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Bu o deməkdir ki, Çiçək Hüseynova özünə məxsus olan ½ payın yalnız yarısını, yəni ¼ payını vəsiyyətnamə üzrə nəvəsi İddiaçı vəsiyyət edə bilərdi. Bundan başqa, Çiçək Hüseynovanın vəfat edən ərindən (Məlik Hüseynovdan) qalan ½ paydan da payı mövcud idi. Məlik Hüseynovun ölən gününə 7 vərəsəsi (1 arvadı və 6 övladı) mövcud idi. Bu o deməkdir ki, Çiçək Hüseynovanın ərinin ½ payından ona çatası miras payı 1/14 pay təşkil edir. Yuxarıda qeyd olunan payları riyazı hesablama nəticəsində toplayarkən nəticə çıxır ki, X8 fərdi yaşayış evindən nəvəsi İddiaçı 9/28 pay vəsiyyət etmək hüququna malik idi. Daha sonra, torpaqlarla bağlı məhkəmə qeyd edir ki, 0,31 ha və 1,19 ha torpaq sahələri Aqrar İslahatlar Komissiyasının qərarları ilə X22, X8, X16, İddiaçı və X18 verilmişdir. Göründüyü kimi, hər iki torpaq sahələri 5 nəfərin adına verildiyindən, X2 həmin torpaq sahələrindən 1/5 payının mövcud olması mübahisəsiz haldır. Lakin burada da, məcburi pay ilə bağlı hüquq norması tətbiq edilməli və X8 öz 1/5 payından yalnız 1/10 payını nəvəsində vəsiyyət edə bilər. Daha sonra, Çiçək Hüseynovanın əri Məlik Hüseynovdan da qalan 1/5 payından payını müəyyən etmək lazımdır. Yuxarıda göstərilən kimi, Məlik Hüseynovun 7 vərəsəsi olduğundan, onun torpaq sahələrində olan 1/5 payı 7 vərəsə arasında bölündükdə hər vərəsəyə 1/35 pay düşür. Yuxarıda qeyd olunan payları riyazı hesablama nəticəsində toplayarkən nəticə çıxır ki, X8 0,31 ha və 1,19 ha torpaq sahələrindən nəvəsi İddiaçı 9/70 pay vəsiyyət etmək hüququna malik idi. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. X1 adına xx.xx.1988-ci ildə qeydiyyata alınmış ünvan 1ində 2 otaqlı, cəmi 154.4 kv.m sahəsi olan fərdi yaşayış evindən mərhum X6 çatası miras payından sonuncunun vəsiyyət üzrə vərəsəsi İddiaçı vəsiyyətnamə əsasında 9/28 payı müəyyən edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN 2766 saylı 30209018 kodlu şəhadətnaməsinə əsasən ünvan 1ində yerləşən 0,31 ha torpaq sahəsindən mərhum X6 düşən miras payından İddiaçı vəsiyyətnamə əsasında 9/70 payı müəyyən edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 1,19 ha torpaq sahəsindən mərhum X6 düşən miras payından İddiaçı vəsiyyətnamə əsasında 9/70 payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-35/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-35/2025
31.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver