Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3627/2024 27.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlu, X2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı miras qalmış əmlaklardan payının müəyyən olunması və pay bölgüsünün aparılması tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 ərizə ilə məhkəməyə müraciət edərək, 95 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə mərhum atası Xaçmaz rayonunun Qımılqışlaq kəndində mülkiyyətində olmuş yaşayış sahəsi 80 kv.m-dən ibarət fərdi yaşayış evindən miras payının, Xaçmaz rayonun Qımılqışlaq kəndində torpağın mülkiyyətə verilməsinə dair JN-189 F nömrəli Şəhadətnaməsinə əsasən verilmiş 0,28 hektar torpaq sahəsindən mərhum atası X3 və mərhum anası X1 miras qalmış paylarından öz miras payına düşən torpaq sahəsini plan cizgisindən 891 BB sayla qeyd edilmiş bələdiyyə mülkiyyəti olan torpaq sahəsi tərəfindən yol istiqamətindən uzununa şəkildə yanaşı və Xaçmaz rayonun Qımılqışlaq kəndində JN-188 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən plan cizgisindən 188 sayla qeyd edilmiş 1 hektar, plan cizgisindən 188 C sayla qeyd edilmiş 0,30 hektar torpaq sahəsindən mərhum atası X3 və mərhum anası X1 miras qalmış paylarından öz payına düşən miras torpaq sahəsini hər iki ərazidə JN -189 mömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə verilmiş torpaq sahələri ilə bitişik olan tərəfdən naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddia ərizəsində iddiaçı cavabdehlərdən Cavabdeh1 vəfat etməsini qeyd etmişdir. Bu fakt həmçinin Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qımılqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 531 nömrəli arayışda da öz əksini tapmışdır. Azərbaycan Respublikasının MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizə ərizəçinin, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), maraqlı şəxs və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, maraqlı şəxs və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Cavabdeh1 və qeyrilərinə qarşı miras qalmış əmlaklardan payının müəyyən olunması və pay bölgüsünün aparılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-3627/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3627/2024
27.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver