Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-367/2022 03.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi Sifi-X1 şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli 669 saylı Arxiv çıxarışı sənədləri olan 25.05.1991-ci il tarixli iclasın 5 saylı Protokolundan şıxarışın, ayrılmış torpaq sənədlərinin sxematik planının, X4 Bürosunun 16.02.1994-cü il tarixli Müqaviləsinin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Xudat şəhəri XDS İcraiyyə Komitəsinin 25.05.1991-ci il tarixli iclasının 5N-li protokolundan çıxarışa və qərarına əsasən ona fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində o, Xaçmaz RİH-nin tikinti və Memarlıq şöbəsinin verdiyi layihəyə əsasən tikinti işləri aparmaqla yaşayış evini də inşa etmişdir. Həmin tikiliyə və tikilinin yerləşdiyi torpaq sahəsinə öz adına dövlət qeydiyyat sənədi Çıxarış almaq istəyir. Bu məqsədlə o, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə təqdim edilmiş sənədlərdə bəzi uyğunsuzluqların olması müəyyən edilmişdir. Belə ki, Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli 669 saylı Arxiv arayışında onun adı Azəri əvəzinə, səhvən Azər yazılmışdır. Halbuki, adı ona məxsus pasport və doğum haqqında şəhadətnamədə Azəri kimi qeyd olunur. O, qeyd olunan sənədlərdə adına dair düzəlişin edilməsi üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə və X5 müraciət etmişdir ki, sənədlərdə adının düzəliş edilməsinə ona köməklik olunsun. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin 10.11.2021-ci il tarixli, **********19 saylı məktubunda ona cavab verilmişdir ki, Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 17.07.2021-ci il tarixli 669 saylı Arxiv arayışında hüquq sahibinin (onun) adındakı uyğunsuzluqla bağlı düzəlişlərin edilməsi onların səlahiyyətlərinə aid deyildir və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli 669 saylı Arxiv çıxarışından, 25.05.1991-ci il tarixli iclasın 5 saylı Protokolundan, X4 Bürosunun 16.02.1994-cü il tarixli Müqaviləsindən müəyyən olunur ki, Ərizəçi adı Azəri əvəzinə səhvən Azər kimi qeyd edilmişdir. İş materiallarında olan Vİİ-ЖГ seriyalı 310139 saylı doğum haqqında şəhadətnamənin surətindən və 65 № ******* saylı Rusiya Federasiyasının pasportunun surətindən müəyyən olunur ki, Ərizəçi 16.06.1963-cü il tarixdə Azərbaycan SSR, Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuşdur. İş materiallarında olan DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin 10.11.2021-ci il tarixli, **********19 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi bildirilmişdir ki, Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 17.07.2021-ci il tarixli 669 saylı Arxiv arayışında hüquq sahibinin (onun) adındakı uyğunsuzluqla bağlı düzəlişlərin edilməsi onların səlahiyyətlərinə aid deyildir və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli 669 saylı Arxiv çıxarışı sənədləri olan 25.05.1991-ci il tarixli iclasın 5 saylı Protokolundan şıxarış, ayrılmış torpaq sənədlərinin sxematik planı, X4 Bürosunun 16.02.1994-cü il tarixli Müqaviləsi Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli 669 saylı Arxiv çıxarışı sənədləri olan 25.05.1991-ci il tarixli iclasın 5 saylı Protokolundan çıxarış, ayrılmış torpaq sənədlərinin sxematik planı, X4 Bürosunun 16.02.1994-cü il tarixli Müqaviləsi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-367/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-367/2022
03.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver