Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3740/2025 25.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu İddiaçı Cavabdehnə qarşı “Əsassız hesablanmış pul məbləğinin silinməsi tələbi”nə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən ünvan 1 ünvanda yerləşən evinə abonent hesabına yazılmış 216 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edilməklə məhkəməyə verilmişdir. Belə ki, iddiaçı iddia tələbində onun abonent hesabına 216 manat pulun yazılmasını göstərsə də bunun əsasını təşkil edən lazımi zəruri sənədləri və sübutları tam şəkildə iddia ərizəsinə əlavə etməmiş, iddia ərizəsinə əlavə edilmiş akt və digər sənədlər başqa şəxs- Zahidə Abidovanın adına tərtib edilmiş sənədlər olmaqla, həmin ünvana abonentliyinin rəsmiləşdirilməsinə dair abonent müqaviləsi və cərimə məbləğinin abonent hesabına yerləşdirilməsinə dair “abonentin saldosu” iddia materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2, 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutlar və sənədlər əlavə edilmədiyindən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “Əsassız yazılmış pul məbləğinin silinməsi tələbi”nə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən noqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə eyni iddia tələbi ilə müraciət etmək hüququ saxlanılır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-3740/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3740/2025
25.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver