Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-385/2024 12.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin X4 Şəbəkəsi MMC-nə aktın ləğv edilməsi və əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq "xxxx" ASC tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2022-ci il tarixdə 246856 saylı akta əsasən 521 manat, xx.xx.2022-ci il tarixli 262079 saylı akta əsasən 274 manat, xx.xx.2022-ci il tarixli 262460 saylı akta əsasən 357 manat, xx.xx.2021-ci il tarixli 219724 saylı akta əsasən 152 manat, xx.xx.2021-ci il tarixli 238336 saylı akta əsasən 97,50 manat, xx.xx.2021-ci il 223779 saylı akta əsasən 178,01 manat, cəmi 1579,51 manat pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən ev ona məxsusdur. Kommunal xərclər onun adına gəlir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən müxtəlif illərdə onun xəbəri olmadan xx.xx.2022-ci il tarixdə 246856 saylı akta əsasən 521 manat, xx.xx.2022-ci il tarixli 262079 saylı akta əsasən 274 manat, xx.xx.2022-ci il tarixli 262460 saylı akta əsasən 357 manat, xx.xx.2021 -ci il tarixli 219724 saylı akta əsasən 152 manat, xx.xx.2021 -ci il tarixli 238336 saylı akta əsasən 97, 50 manat, xx.xx.2021 -ci il 223779 saylı akta əsasən 178,01 manat yazaraq onu cəmi 1579,51 manat cərimə ediblər. Hansı ki, onun heç nədən xəbəri olmayıb. Və əlavə olaraq hər hansı bir müdaxilə olunmayıb. Bunu işıq idarəsinin nəzarətçiləri də bilir. Onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə "xxxx" ASC-yə müraciət etmiş, hər dəfə bir bəhanə gətirərək yayınmışlar, ona haqsız yerə qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırıblar, hətda küçənin nəzarətçilərinə də dəfələrlə bildirmiş, onda hər ay istifadə etdiyi işıq sərfiyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. Akt yazılarkən onun xəbəri olmayıb. Evə bildiriş gəlmişdir ki, onun "xxxx" ASC-yə 1579.51 manat borcu var. Halbuki onun borcu yoxdur, evinə baxış keçirilsə evində olan sayğacın düzgün işlədiyini həmin sayğaca heç nə qoşulmadığını sübut edə bilər, heç bir əlavə istifadə olunmayıb. Bu borcla bağlı "xxxx" ASC -yə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi "xxxx" ASC-nin əməkdaşları tərəfindən yazılan aktlar cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Halbuki o hər ay nəzarətçinin dediyi borcu vaxtı-vaxtında ödəmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, Azərişıq” ASC-nin işçiləri prinsipial aktlar yazmışlar. Onlar müraciət edib smart sayğac qoydurmuşlar. Buna baxmayaraq, dəfələrlə olub ki, bir ay ərzində bir neçə akt tərtib ediblər. Heç bir aktdan da məlumatları olmayıb, aktları onlara imzalatmamışlar. Akt tərtib olunarkən iştirak etməmişlər. Heç bir kənar xətdən istifadə etməmişlər və sayğaca müdaxilə etməmişlər. İş üzrə cavabdeh rəsmi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 31 mart 2021-ci il tarixli 219724 nömrəli aktdan müəyyən olunur ki, «sayğacı sxemdən kənarlaşdıraraq mənzilə birbaşa kənar xətt çəkilmişdir». İş materiallarında olan 06 aprel 2022-ci il tarixli 246856 nömrəli aktdan müəyyən olunur ki, «abonent sayğacdan kənar olaraq 2x4mm mis kabel vasitəsilə kənar xətdən istifadə edir və sayğacı sxemdən kənarlaşdırmışdır». İş materiallarında olan 06 iyul 2022-ci il tarixli 262079 nömrəli aktdan müəyyən olunur ki, «sayğacı giriş xəttindən əlavə naqil vasitəsilə mənzilə birbaşa kənar xətt çəkilmişdir». İş materiallarında olan 15 avqust 2022-ci il tarixli 262460 nömrəli aktdan müəyyən olunur ki, «sayğacdan kənar əlavə naqil vasitəsilə mənzilə birbaşa kənar xətt çəkilmişdir». İş materiallarında olan 15 avqust 2022-ci il tarixli 262460 nömrəli aktdan müəyyən olunur ki, «sayğacdan kənar əlavə naqil vasitəsilə mənzilə birbaşa kənar xətt çəkilmişdir». İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli 238336 nömrəli aktdan müəyyən olunur ki, «abonent pilləkən meydançasında quraşdırılmış sayğaclar lövhəsində qoruyucunun alt hissəsindən mənzilə aid qoruyucunun alt hissəsinə kənar xətt çəkərək sayğacə dövrədən kənarlaşdırmışdır». İş materiallarında olan 21 avqust 2021-ci il tarixli 223779 nömrəli aktdan müəyyən olunur ki, «sayğac sxemdən kənarlaşdırılaraq mənzilə birbaşa kənar xətt çəkilmişdir». İş materiallarında olan abunə haqqında çıxarışdan müəyyən olunmuşdur ki, İddiaçı 1577,94 manat manat pul hesablanmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enercitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enercisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enercisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirak ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan mənzildə elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır. Elektrik sayğacı mənzildən kənarda quraşdırıldığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik enercisindən istifadə qaydalarının 7.11-ci və 8.32-ci bəndlərinə əsasən evin mülkiyyətçisi sayğaca və ya qoşulma sxeminin dəyişdirilməsinə və müdaxilə edilməsinə görə cavabdehlik daşımır. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizat müəssisəsi cavabdehlik daşıyır. Bundan əlavə cavabdeh tərəf akt tərtib olunarkən digər təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2022-ci il tarixdə 246856 saylı akt əsasında hesablanmış 521 manat, xx.xx.2022-ci il tarixli 262079 saylı akta əsasən 274 manat, xx.xx.2022-ci il tarixli 262460 saylı akta əsasən 357 manat, xx.xx.2021-ci il tarixli 219724 saylı akta əsasən 152 manat, xx.xx.2021-ci il tarixli 238336 saylı akt əsasında hesablanmış 97,50 manat, xx.xx.2021-ci il 223779 saylı akt əsasında hesablanmış 178,01 manat məbləğində pul (borc) İddiaçı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-385/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-385/2024
12.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver