Məhkəmə qərarları › İş №2(067)-39/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-39/2021

22.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-39/2021 22.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 22 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh zəbt olunmuş torpaq sahəsindən çıxarılması, özbaşına tikilmiş hasarın və tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və vurulmuş 5000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq ona verilməsi və tikinti və söküntü işlərinin cavabdehin hesabına aparılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xudat şəhəri Muxtadır küçəsi 3 nömrəli e iddiaçının xüsusi mülkiyyətindədir. Qonşuluqda olan Muxtadır küçəsi 5 nömrəli ev cavabdehin xüsusi mülkiyyətindədir. Eyni zamanda Muxtadır küçəsi 3 nömrəli evin yerləşdiyi 0,1363 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. Bundan başqa Muxtadır küçəsi 5 nömrəli ünvanda cavabdehin istifadəsində 0,0694 ha torpaq sahəsi var. Cavabdehin istifadəsində 0,024191 ha zəbt olunmuş torpaq sahəsi vardır. Zəbt olunmuş ərazidə «B» literli tikilnin 12,7 kv.metr tikinti altı sahəsi yerləşir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********07 nömrəli, 24.01.2019-cu il qeydiyyat tarxli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında fərdi yaşayış evinin ¼ hissəsi və evin yerləşdiyi 0,1363 ha torpaq sahəsinin ¼ hissəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********81 nömrəli, 24.04.2019-cu il qeydiyyat tarxli çıxarışın surətindən müəyyən olunur ki, Xudat şəhəri Muxtadır küçəsi 5 ünvanındakı fərdi yaşayış evinin və evin yerləşdiyi 0,0694 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.03.2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, DƏDRX tərəfindən İddiaçı və ailə üzvlərinə verilmiş **********07-10301 reyestr nömrəli çıxarışa əsasən 0,1363 ha torpaq sahəsinin 10 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə edilir. (sxem tərtib edilib) DƏDRX tərəfindən İddiaçı və ailə üzvlərinə verilmiş **********07-10301 reyestr nömrəli çıxarışa əsasən 0,1363 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilən 10 kv.metrinin 2 kv.metr hissəsində köməkçi tikili mövcuddur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 07.06.2021-ci il tarixli 10/2366 nömrəli ekspert rəyindən müəyyən olunur ki, JN-0098 kod 30213078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən DƏDRX tərəfindən İddiaçı və ailə üzvlərinə verilmiş **********07-10301 reyestr nömrəli çıxarışa əsasən 0,1363 ha torpaq sahəsinin 10 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə edilir. (sxem tərtib edilib) DƏDRX tərəfindən İddiaçı və ailə üzvlərinə verilmiş **********07-10301 reyestr nömrəli çıxarışa əsasən 0,1363 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilən 10 kv.metrinin 2 kv.metr hissəsində köməkçi tikili mövcuddur. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC-nin hesabına 300 manat məbləğində pul ödəmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehdən müəyyən məbləğdə maddi ziyan tələb etsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəfin izahatını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. RX seriyalı ******* saylı qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********07- 10301 olan, qeydiyyat tarixi 24.01.2019-cu il olan daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və digər şəxslərin mülkiyyətində olan 0,1363 ha torpaq sahəsinin 10 kv.metr hissəsi (sxem tərtib edilib) Cavabdeh qanunsuz istifadəsindən alınaraq o, həmin hissədən çıxarılsın. RX seriyalı ******* saylı qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********07- 10301 olan, qeydiyyat tarixi 24.01.2019-cu il olan daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və digər şəxslərin mülkiyyətində olan 0,1363 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilən 10 kv.metrinin 2 kv.metr hissəsində inşa edilən köməkçi tikili (sxem tərtib edilib) cavabdehin hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilsin, 15 manatı isə cavabdehdən alınaraq iddiaçıya verilsin. İş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 300 manat məbləğində pulun 135 manatı iddiaçıya aid edilsin, 165 manatı isə cavabdehdən alınaraq iddiaçıya verilsin. Mütəxəssis rəyinin dəyəri olan 95 manat məbləğində pulun 47,50 manatı Cavabdeh, 47,50 manatı isə iddiaçıdan alınaraq Kapitalbank ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı Cavabdeh, 50 manatı isə iddiaçıdan alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar