Məhkəmə qərarları › İş №2(067)-3912/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3912/2024

23.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3912/2024 23.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki içə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və X1 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini geri götürülməsini xahiş etmişdir. İddiaçının məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, iddiaçı ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi AR MPM-nin 152.1.9-cu maddəsinə əsasən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 152.2-152.4 və 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və X1 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar