Məhkəmə qərarları › İş №2(067)-395/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-395/2021

19.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-395/2021 19.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyət hüququna dair JN 2476 saylı, 30209038 kodlu dövlət aktının özünə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə Xaçmaz rayonunun Padar kəndində cəmi 1,12 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə mülkiyyət hüququna dair bizə JN- 2476 seriyalı 30209038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. Lakin Dövlət Aktında adı səhvən Elmira kimi, ata adı səhvən Bəybala kimi qeyd edilmişdir. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olmuş və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahəsini satmaq üçün yeni mülkiyyət sənədi almaq məqsədi ilə DƏDRX-nin 5 saylı X6 müraciət etmişdir, lakin mülkiyyət sənədində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamış, ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq, torpaq sahəsinin ötən müddət ərzində istifadələrində olduğuna görə Dövlət aktındakı yanlışlıqlara fikir vermədiklərini, qonşuları olan şahidlərim ərizədə göstərdiyi halları təsdiq edə biləcəklərini bildirərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ərizəçinin qonşusu və qohumu olduğunu, münasibətlərinin yaxşı olduğunu, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçiyə və ailə üzvlərinə Xaçmaz rayonunun Padar kəndində 1,12 ha pay torpaq sahəsi verildiyini, lakin Dövlət Aktında ərizəçinin adının səhvən Elmira kimi, ata adının səhvən Bəybala kimi qeyd edildiyini, torpaq sahəsinin AİK tərəfindən ayrılan vaxtdan ərizəçinin və onun ailə üzvlərinin istifadəsində olduğunu təsdiq edərək, JN-2476 seriyalı 30209038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi və onun ailə üzvlərinə məxsus olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid X2 ərizəçinin qonşusu və qohumu olduğunu, münasibətlərinin yaxşı olduğunu, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçiyə və ailə üzvlərinə Xaçmaz rayonunun Padar kəndində 1,12 ha pay torpaq sahəsi verildiyini, lakin Dövlət Aktında ərizəçinin adının səhvən Elmira kimi, ata adının səhvən Bəybala kimi qeyd edildiyini, torpaq sahəsinin AİK tərəfindən ayrılan vaxtdan ərizəçinin və onun ailə üzvlərinin istifadəsində olduğunu təsdiq edərək, JN-2476 seriyalı 30209038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi və onun ailə üzvlərinə məxsus olduğunu göstərmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-2476 nömrəli, 30209038 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon X1 xx.xx.1996-cı il tarixli 12 nömrəli qərarı ilə Ərizəçi və ailə üzvlərinə Xaçmaz rayonunun Padar kəndində cəmi 1,12 ha pay torpaq sahəsi verilmişdir. Həmin Aktdan müəyyən olunur ki ərizəçinin adı səhvən “Elmira” kimi, ata adı səhvən “Bəybala” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Torpağın mülkiyyət hüququna dair JN 2476 saylı, 30209038 kodlu dövlət aktının Ərizəçi məxsus olması faktı sübuta yetdiyindən, bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağın mülkiyyət hüququna dair JN 2476 saylı, 30209038 kodlu dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar