Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3973/2025 06.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «Əsassız hesablanmış pul məbləğinin silinməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz X6 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt və həmin tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarı əsasında əsassız olaraq abonent hesabına yazılmış 330,48 manat məbləğin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh nümayədəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Cavabdeh nümayədəsi elektron kabinet vasitəsi ilə ərizə göndərərək iddianı qəbul etmədiklərini, işlərin çoxluğu ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə, işə iştirakları olmadan baxılaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının fikrini dinləyib, cavabdehin nümayəndəsinin ərizəsini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərmişdir ki, 2024-cü ilin mart ayında Cavabdeh Xaçmaz X6 İdarəsinin işçiləri Xaçmaz şəhəri, Ə.Şıxlinski küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə gələrək evdə olan avadanlıqları yoxlayıb sənədləşmə aparmışlar. Bir neçə ay bundan əvvəl əraziyə baxan qaz nəzarətçisi evinə gəlib bildirmişdir ki, qaz sərfıyyatına görə 330 manat qalıq borcu vardır və həmin pulu ödəməlidir. Ondan həmin borcun nə ilə əlaqədar olduğunu soruşduqda məsləhət bilmişdir ki, qaz idarəsinə gedib müvafiq sənədləri alsın. O, Xaçmaz RQİİ-nə getmiş və ona müəyyən sənədlər təqdim edilmişdir. Belə ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 mart 2024-cü il tarixli ******* Aktda qeyd olunmuşdur ki, İddiaçı məxsus Ə.Şıxlinski ev 3 ünvanında 4 adda qaz cihazları- islik sobası KOMBİ, qaz pilitəsi, su qızdırıcısı və sac mövcuddur. Abonenetin mənzilində quraşdırılan qaz cihazlarının gücü sayğacın maksimal qaz sərfindən çoxdur, guya sərfiyyatda aşma mövcuddur. Dəymiş ziyan hesablanmasına dair tələbnamə əsasında ona 330,48 manat borc hesablanmışdır. Hesab edir ki, cavabdeh təşkilatın onun abonent hesabına 330,48 manat məbləğində aktlar üzrə pul hesablaması əsassızdır. Belə ki, onun yaşadığı ünvanda ümumiyyətlə sac mövcud olmadığı halda heç bir əsas və sübut olmadan akta sacı əlavə etmişlər. Sonuncu dəfə evinə qaz sayğacı quraşdırılarkən evində yalnız kombi, qaz plitəsi və su qızdırıcısı cihazları olmuşdur. Əgər həqiqətən də qaz sayğacı evdə işlədilən qaz cihazlarının maksimal gücünə uyğun quraşdırılmalıdırsa, cavabdeh idarə evinə qaz sayğacını müvafiq gücünə malik quraşdırmalı idi. Digər tərəfdən evinə quraşdırılmış qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saatdırsa, həmin sayğac göstərilən həcmdən artıq təbii qaz buraxmayacaqdır. O, istehlakçı olaraq sayğacın göstəricilərinə uyğun ödəniş edir. Evində quraşdırılmış qaz cihazlarının ümumi saatlıq maksimal sərfinin qaz sayğacının maksimal ölçmə həddindən artıq olması heç də o demək deyildir ki, həmin cihazların hamısı eyni vaxtda işlənilsə qaz sayğacı 6 m3/saat həcmindən artıq qaz buraxsın. Ona görə də hesab edir ki, cavabdehin hesablamaları tamamilə absurd və əsassızdır. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini və əsassız olaraq hesablanmış 330,48 manat məbləğin abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı yaşadığı ünvana Cavabdeh Xaçmaz X6 İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı abonentin mənzilində quraşdırılan qaz cihazlarının gücünün sayğacın maksimal sərfindən çox olması- 3,5 m3 + 0,8 + 2,25 +2 = 8,55. 2,55 m3 sərfiyyat aşmanın mövcud olması aşkar olunmuş və bu səbəbdən də müvafiq akt tərtib edilməklə abonentin hesabına 330.48 manat məbləğində cərimə hesablanmışdır. Ona görə də iddianı əsassız hesab edir və təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 mart 2024-cü il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktdan müəyyən olunur ki, abonent kodu **********00000 olan İddiaçı yaşadığı ünvana Cavabdeh Xaçmaz X6 İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı abonentin mənzilində quraşdırılan qaz cihazlarının gücünün sayğacın maksimal sərfindən çox olması- 3,5 m3 + 0,8 + 2,25 +2 = 8,55. 2,55 m3 sərfiyyat aşmanın mövcud qeyd edilməklə akt tərtib edilmişdir. «Dəymiş ziyanın bərpasına dair» həmin tarixli tələbnamədən müəyyən olunur ki, Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.5-ci bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 8.55 m3saat, hesabat müddətinin 30 gün otduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması aşağıdakı kimi aparılmışdır: 8.55-6=2.55x12x90=2754 m3 Cəmi: 2754 m3. İş materiallarında olan Azəriqaz İB-nin abonent İddiaçı adına tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, İddiaçı abonent hesabına 2024-cü il qalıq və aktlar üzrə 330.48 manat cərimə hesablanmışdır. Məhkəmənin müvafiq sorğu məktubu əsasında Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının aparıcı müfəttişi Ruhəddin Məmmədov tərəfindən verilmiş 09 fevral 2026-cı il tarixli rəydən görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh İB-nin X7 istismar İdarəsinin nümayəndələri tərəfindən ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində əlavə qaz cihazlarının qoşulması ilə bağlı əmələ gəlmiş güc artımına görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən 2754 m3 (330,48 manat) hesabat aparılaraq abonentin hesabına daxil edilmişdir. Təhlil zamanı tərtib edilmiş aktda İddiaçı məxsus fərdi yaşayış evində istifadə olunan qaz cihazlarının adları və sayları abonent saldosunda qeyd edilən qaz cihazlarına uyğun gəlmədiyi müəyyən olunmuş, aktlarda qeyd edilən qaz cihazlarının həqiqətən qeyd edilən fərdi evdə eyni vaxtda iştifadə olunmasını, G-4 markalı qaz sayğacından saatda 8,55 m3 təbii qazın keçdiyini və 6 m3 qaz həcmindən artıq keçən 2,55 m3 qaz həcminin sayğac tərəfindən qeyd etmədiyini sübut edən heç bir sənəd və yaxud video disk təqdim olunmamışdır. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı “Azəriqaz" İB-nin Xaçmaz RQİİ tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"na 2 nömrəli əlavənin Qaz payiayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqaviləsinin 2.2 4-cü bəndinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələbləri pozulmuşdur. Həmin Qaydaların 4.1,-ci bəndinə əsasən Qaz payiayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 5.2,-ci bəndinə əsasən 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6 5-3-cu bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məlumat üçün bildirirlər ki, “Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanunu" və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarında sərfiyyataşma və yaxud güc artımı ilə bağlı dəymiş ziyanın hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən 09 fevral 2026-cı il tarixli rəyi vermiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının aparıcı müfəttişi X2 verdiyi rəyə uyğun ifadə verməklə göstərmişdir ki, tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İB-nin X7 istismar İdarəsinin nümayəndələri tərəfindən ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində əlavə qaz cihazlarının qoşulması ilə bağlı əmələ gəlmiş güc artımına görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən 2754 m3 (330,48 manat) hesabat aparılaraq abonentin hesabına daxil edilmişdir. Təhlil zamanı tərtib edilmiş aktda İddiaçı məxsus fərdi yaşayış evində istifadə olunan qaz cihazlarının adları və sayları abonent saldosunda qeyd edilən qaz cihazlarına uyğun gəlmədiyi müəyyən olunmuş, aktlarda qeyd edilən qaz cihazlarının həqiqətən qeyd edilən fərdi evdə eyni vaxtda iştifadə olunmasını, G-4 markalı qaz sayğacından saatda 8,55 m3 təbii qazın keçdiyini və 6 m3 qaz həcmindən artıq keçən 2,55 m3 qaz həcminin sayğac tərəfindən qeyd etmədiyini sübut edən heç bir sənəd və yaxud video disk cavabdeh tərəfindən təqdim olunmamışdır. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı “Azəriqaz" İB-nin Xaçmaz RQİİ tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"na 2 nömrəli əlavənin Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinin 2.2 4-cü bəndinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələbləri pozulmuşdur. Odur ki, tərəflərindən Cavabdeh İB-nin X7 istismar İdarəsinin nümayəndələri tərəfindən tərtib edilmiş akt və digər sənədlər heç bir sübutu olmayan sənədlər olduğu üçün əsassız hesab edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3.-cü bəndinə əsasən qaz sayğacları Agentlik tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4.-cü bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya aid ünvan 4 ünvanda Cavabdeh İB-nin X7 istismar İdarəsinin nümayəndələri tərəfindən baxış keçirilərkən əlavə qaz cihazlarının qoşulması ilə bağlı əmələ gəlmiş güc artımına görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən 2754 m3 (330,48 manat) hesabat aparılaraq abonentin hesabına daxil edilmişdir. Lakin iddiaçının izahatı, iş üzrə alınmış mütəxəssis rəyi və rəyi vermiş mütəxəssisin izahatı ilə və mütəxəssinin izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evində istifadə olunan qaz cihazlarının adları və sayları abonent saldosunda qeyd edilən qaz cihazlarına uyğun qeyd edilməmiş, ümumiyyətlə iddiaçının yaşadığı ünvanda sac mövcud olmamışdır. Cavabdeh tərəf aktlarda qeyd edilən qaz cihazlarının həqiqətən həmin fərdi evdə eyni vaxtda iştifadə olunmasını, G-4 markalı qaz sayğacından saatda 8,55 m3 təbii qazın keçdiyini və 6 m3 qaz həcmindən artıq keçən 2,55 m3 qaz həcminin sayğac tərəfindən qeyd etmədiyini sübut edən heç bir sənəd və yaxud video diski təqdim etmmişlər. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı “Azəriqaz" İB-nin Xaçmaz RQİİ tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"na 2 nömrəli əlavənin Qaz payiayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinin 2.2 4-cü bəndinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələbləri pozulmuşdur. Məhkəməyə verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanunu" və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarında sərfiyyataşma və yaxud güc artımı ilə bağlı dəymiş ziyanın hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması zamanı da İddiaçı məxsus evdə digər qaz cihazlarından başqa sacdan istifadə olunması və iddiaçının yaşadığı ünvandakı G-4 markalı qaz sayğacından 6 m3 qaz həcmindən artıq qazın keçməsi halı öz təsdiqini tapmamış və cavabdeh tərəf bunun əsasını təşkil edən sənədi və sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduqunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatdar sübutlar hesab olunur. Bu məlumatlar yazılı, və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayyinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci və 14.2.7-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən əsassız varlanmadan yaranır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması öz təsdiqini tapdığından və cavabdeh təşkilat tərəfindən öz etirazının əsasını təşkil edən sənəd və sübut məhkəməyə təqdim etmədiyindən, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamış, iddiaçıya mübahisələndirilən borc məbləği əsassız hesablanmışdır. Ona görə də mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməklə Cavabdeh Xaçmaz X6 İdarəsi tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 mart 2024-cü il tarixli, ******* nömrəli akt və «Dəymiş ziyanın bərpasına dair» həmin tarixli tələbnamə əsasında istehlakçı olaraq İddiaçı hesablanmış 330.48 manat məbləğində pul silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Xaçmaz X6 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 mart 2024-cü il tarixli, ******* nömrəli akt və «Dəymiş ziyanın bərpasına dair» həmin tarixli tələbnamə əsasında istehlakçı olaraq İddiaçı hesablanmış 330.48 manat (üç yüz otuz manat qırx səkkiz qəpik) məbləğində pul silinsin. İddiaçının azad edildiyi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə müəyyən olunmuş 30 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-3973/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3973/2025
06.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver