Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-414/2025 07.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən, Xaçmaz rayonu, Kənd Xudat kəndində yerləşən fərdi yaşayış evinə, 07 mart 2024-cü il tarixdə tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* №-li AKT-a əsasən əsassız olaraq cərimə kimi hesablanmış 4847 manat 04 qəpik məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Kənd Xudat kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evi, ona məxsusdur və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Yaşadığı ünvana, tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” № ******* saylı AKT-da göstərilir: “Abonent sayğacdan kənar, qeyri qanuni təbii qazdan istifadə etdiyi aşkar olundu. Qeyri-qanuni qaz xətti ləğv edilsin və dəymiş ziyan hesablanaraq ödənilsin.” Həmin aktın harada, nə vaxt tərtib olunduğu da göstərilməmişdir. İstehlakçının nümayəndəsi qrafasında onun adı yazılsa da, imza yerində “imtina” yazılmışdır. Halbuki həmin aktın tərtib olunmasından onun xəbəri də olmayıb. Ancaq, “dəymiş ziyanın bərpası” üzrə hesablama sənədində ziyanın hesablanmasına əsas kimi “xx.xx.2024-cü il tarixli AKT № 0391157” göstərillmişdir. Qeyd edir ki, həmin tarixdə o, evə gələndə görmüşdür ki, Xaçmaz RQİİ-nin əməkdaşları, qaz xəttinə baxış keçirmiş və qaz xəttində, sayğacdan kənar xətt müəyyən edib bu barədə akt tərtib ediblər. O, orada bildirmişdir ki, müəyyən olunmuş, qaz xəttinin üzərində keçmişdən qalma, paslı, işlənilməyən “sosok” yeri olub, ondan da birinci dəfədir sacaltına qoşmaqla istifadə etmişdir. Tərtib edilmiş Aktda da rezin boru ilə sacaltına qoşulmasını qeyd ediblər. Bundan sonra o, Xaçmaz Qİİ-də olaraq məsələ ilə maraqlananda ona həmin idarənin rəisi Azər Abbasovun imzası ilə “dəymiş ziyanın bərpası” üzrə hesablama sənədi təqdim edilmiş, həmin sənəddə göstərilir ki, “PQ- 3-nin maksimal saatlıq qaz sərfi 0,8 m/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, qeyri-standart istilik sistemi maksimal saatlıq qaz sərfi 3,5 m3/saat, orta günlik iş rejimi 12 saat və hesabat müddəti 360 gün, axımlı su qızdırıcısının maksimal saatlıq qaz sərfi 2,25 m3/saat, orta günlik iş rejimi 12 saat və hesabat müddəti 360 gün, sacın maksimal saatlıq qaz sərfi 2 m3/saat, orta günlik iş rejimi 12 saat və hesabat müddəti 360 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 0,8 x 12 x 360= 3456, 0,8 x 12 x 360 =3456, 2 x 12 x 360= 8640, 2,25 x 12 x 360 =9720, 3,5 x 12x360 = 15120. Cəmi: - 40392 m3. İtirilmiş qazın bərpası ilə əlaqədar tərtib olunmuş sənəddə 40392 m3 qaz sərfıyyatına görə 4847.04 manat qalıq borcu hesablanmışdır. Onun evində qeyd olunan cihazlardan yalnız PQ-3, sacaltı və QSİS, yeni qızdırıcı dəmir peçidir və başqa heç bir cihaz mövcud deyildir. Adına olan abonent saldosunda da cihazlar səhv qeyd olunmuşdur. Akt tərtib edilən gün 1-ci dəfə idi ki, tək sac altına qoşmuşdur. Qaz İdarəsi onun ünvanına cərimə "hesablayarkən əsassız olaraq evinə artıq cihazlar yazmaqla və bir il müddət müddətinə hesablamaqla ona qarşı haqsızlıq ediblər. Onu da qeyd edir ki, Qaz idarəsinin əməkdaşları həmin vaxtı ünvanına qazın verilməsini də dayandırıblar və hal-hazırda o, qazdan "Smart” tipli sayğac vasitəsilə istifadə edir. Həmin vaxta qədər qaz sərfıyyatına görə vaxtlı-vaxtında ödənişləri etmişdir və Qaz İdarəsindən əldə etdiyi abonentin saldosu adlanan sənəddən də görünür ki, ödənişlər vaxtlı-vaxtında edilmişdir. Əraziyə baxan qaz nəzarətçisi də ayda bir neçə dəfə sayğacın göstəricilərini yazır, əgər kənar xətdən istifadə etsəydi bu barədə bildirərdi. Ona görə də, hesab edir ki, itirilmiş qazın bərpası üzrə əsassız hesablanmış məbləğ silinməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ona əsassız olaraq yazılmış 4847 manat cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, kənar xətdən istifadə olunub. Bunu iddiaçı özü də etiraf edir. Başqa əlavəsi yoxdur. İddianın rədd edilməsini xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Agentliyinin Xaçmaz filialının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən həmin mülki iş üzrə mütəxəssis rəyinin verilməsi X2 Agentliyinin Xaçmaz filialına həvalə edilmişdir. O, rəyin hazırlanması məqsədilə təqdim edilmiş sənədləri (materiallar) təhlil etmiş, kənar xəttə qoşulma təsdiqini tapmış, lakin hesablama yüksək aparılıb. Təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin X6 İstismar İdarəsinin nümayəndələri tərəfindən abonentə məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii X4nın pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq 40392 m3 qaz sərfıyyatına görə 4847.04 manat məbləğində borc abonentin hesabına daxil edilmişdir. Belə ki, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı “X4”nın 6.5.4-cü bəndinə əsasən “Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxın yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə qeydə alınır. İstehlakçı izahat və aktın məzmunu barəsdinə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.” Cavabdeh İB Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən dəymiş ziyan hesablanan zaman hazırda qüvvədə olan Qaydaların 6.5-1.1-ci, 6.5-1.3-cü və 6.5-3-cü bəndlərinin tələbləri nəzərə alınmayıb. Beləliklə, İddiaçı aid abonent saldosuna baxan zaman 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi və 1 ədəd kombi tipli su qızdırıcısı Xaçmaz RQİİ-nin kompüter qeydiyyatında olduğu müəyyən olunmuşdur, lakin hesabat təqdim olunan materiallarda həqiqətən bu qaz qurğularını işlətməsi sübuta yetirilmədən başqa cihazlar üzrə də aparılmışdır. Təqdim olunan materiallara baxış zamanı isə abonentin kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə etdiyi dövrdə hansı qaz qurğularından istifadə etdiyini müəyyənləşdirmək mümkün olmadı. Həmçinin dəymiş ziyanın hesablanması zamanı qaz qurğularının real işləmə müddəti və ilin mövsümü nəzərə alınmamışdır. Son baxış yoxdursa son 3 ay hesablanır. Hesablama yalnız saldoda qeyd olunan cihazlar əsasında aparılır. - xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, abonent İddiaçı tərəfindən Cavabdeh İB-yə məişət tipli PQ-3 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 0,8 m3 x 8 saat x 90 gün = 576 m3 x 0,12 qəpik = 69,12 manat, sacın saatlıq qaz sərfi 2,0 m3 x 6 saat x 90 gün = 1080 m3 x 0,12 qəpik = 129,6 manat, qeyri-standart istilik sisteminin saatlıq qaz sərfi 3,5 m3 x 8 saat x 90 gün = 2520 m3 x 0,12 qəpik = 302,4 manat, cəmi 501,12 manat ziyan vurulmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii X4nın pozulması haqqında ******* №-li AKT-a əsasən “Abonentin sayğacdan kənar, qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olundu. Qeyri-qanuni qaz xətti ləğv edilsin və dəymiş ziyan hesablanaraq ödənilsin” qeyd olunmuşdur. - Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 0,8 x 12 x 360= 3456, 0,8 x 12 x 360 =3456, 2 x 12 x 360= 8640, 2,25 x 12 x 360 =9720, 3,5 x 12x360 = 15120. Cəmi: - 40392 m3. İtirilmiş qazın bərpası ilə əlaqədar tərtib olunmuş sənəddə 40392 m3 qaz sərfiyyatına görə 4847.04 manat qalıq borcu hesablanmışdır. - İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçıya 4847.04 manat cərimə (pul) hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz xəttinə baxış keçirmiş, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi barədə xx.xx.2024-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında ona 4747.04 manat cərimə hesablanmışdır. İddiaçı sayğacdan kənar qoşulmanı etiraf edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. - Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. - Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: - 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. - Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. - Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “X4”: - 3.2.1 və 3.2.2-ci bənd- qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. - 4.2-ci bənd- məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bənd- fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-ci bənd- istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. - 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. - 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana aid qaz xəttinə baxış keçirmiş, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə xx.xx.2024-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 4847.04 manat cərimə hesablanmışdır. İddiaçı sayğacdan kənar qoşulmanı etiraf edir. İş materialları ilə həqiqətən də iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktı təsdiqini tapır, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq Aktlar tərtib etmişdir. Mübahisənin bu hissəsi iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə (dəymiş ziyanın bərpasına dair tələbnamə və aktla) sübut olunur. Lakin məhkəmə dəymiş ziyanın 4847.04 manat məbləğində olması ilə razılaşmır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin hansı əsasdan 360 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, PQ4-ün maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır. Həmin Təlimata uyğun olaraq İddiaçı Cavabdehə 90 gün üçün xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə (0,8 m3 x 8 saat x 90 gün = 576 m3 x 0,12 qəpik = 69,12 manat, sacın saatlıq qaz sərfi 2,0 m3 x 6 saat x 90 gün = 1080 m3 x 0,12 qəpik = 129,6 manat, qeyri-standart istilik sisteminin saatlıq qaz sərfi 3,5 m3 x 8 saat x 90 gün = 2520 m3 x 0,12 qəpik = 302,4 manat cəmi 501,12 manat ziyan vurması müəyyən edilir ki, bu məbləğ abonentdən tutulmalı, iddia tələbinin 4847,04 manat olmasına görə 4345,92 manat borc abonentin hesabından silinməli, beləliklə də iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkanverən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, qanunvericiliyin tələbinə əsasən 35.55 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Xaçmaz rayonu, Kənd Xudat kəndində yerləşən fərdi yaşayış evi üzrə hesablanmış 4847,04 manat puldan 4345,92 manat pul abonentin hesabından silinməli, eyni zamanda göstərilən dövr ərzində sayğacdan kənar keçən və dəyəri ödənilməyən təbii qaz istehlak edildiyindən, ümumilikdə 501,12 manat borc abonent İddiaçı düzgün tətbiq edildiyindən, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İddianın verilməsinə görə 61.39 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu-**********12840) xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcdan 4345,92 manat silinsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 61,39 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-414/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-414/2025
07.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver