Məhkəmə qərarları › İş №2(067)-417/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-417/2025

19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-417/2025 19.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 saylı qərarına əsasən Xaçmaz rayon Dövlət Arxivinin arxiv çıxarışının mərhum X1na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 saylı qərarına əsasən X1na yaşadığı binanın qarşısında qaraj tikmək üçün 24 m2 torpaq sahəsi satın almışdır. Həmin bələdiyyə sənədində X9 olduğu halda, Xaçmaz rayon Dövlət Arxivinin arxiv çıxarışında səhvən X4 yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda qeyd olunan əmlakı adına rəsmiləşdirərkən atasının ata adının yazılışında səhvə yol verildiyinə görə çətinlik yaranmışdır. X1 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsində və nikah haqqında şəhadətnaməsində də soyadı, adı, atasının adı X9 olması qeyd olunur. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişlər. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçinin atasına məxsus olan qarajı atasından almışdır. Sənədləşdirmək istədikdə isə ərizəçinin atasının ata adı səhvən “Camal” kimi yazıldığı üçün sənədləşdirə bilməmişlər. X10 adında şəxsi tanımır, ərizəçinin atasının X9 olduğunu bilir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X1 kimi qeyd edilmişdir. -Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. -Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 1003 nömrəli arxiv çıxarışından müəyyən olunur ki, Xaçmaz şəhəri N. Nərimanov küçəsi 62a saylı evin sakini X7 yaşadığı binanın qarşısında qaraj tikmək üçün 24 kv.m torpaq sahəsi satılmışdır. -Xaçmaz Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 11 saylı qərarının surətindən görünür ki, Xaçmaz şəhəri N. Nərimanov küçəsi 62a/34 saylı evin sakini X6 qaraj tikmək üçün Xaçmaz bələdiyyəsinin ərazisindən 24 kv.m torpaq sahəsinin satılmasına icazə verilməsi qərara alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinin ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar oiunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi 0.0024 ha torpaq sahəsinə dair Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 saylı qərarında və torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nin Xaçmaz rayon şöbəsinin rəyində ata adı "Zeynal" kimi qeyd olunmuşdur. Eyni zamanda ərizəyə əlavə olunmuş Xaçmaz rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli 1003 nömrəli Xaçmaz bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 saylı protokolundan arxiv çıxarışında ata adı "Camal” qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, qeyd olunmuş hüquq sahibinin ata adında yaranmış uyğunsuzluğun aradan qaldırması və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X5 atası kimi X11 qeyd edilmişdir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Xaçmaz Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 111 saylı məktubundan görünür ki, X5 adına qaraj tikilməsi üçün 24 kv.m torpaq sahəsinin satılmasına dair Xaçmaz bələdiyyəsinin 18 sentyabr 2003-cü il tarixli 11 nömrəli qərarı barədə həmin dövrə aid müvafiq sənədlər X16 Arxivinə təhvil verildiyinə görə halhazırda Xaçmaz bələdiyyəsində heç bir məlumat yoxdur. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışından müəyyən olunur ki Xaçmaz bələdiyyəsinin 18 sentyabr 2003-cü il tarixli 11 saylı protokolunun təsdiqlənmiş kserosurəti məhkəməyə göndərilmiş, lakin,vətəndaşa aid digər torpaqayırma sənədləri protokola əlavə edilməmişdir. -Xaçmaz bələdiyyəsinin 18 sentyabr 2003-cü il tarixli 11 saylı protokolundan görünür ki, Xaçmaz şəhəri N. Nərimanov küçəsi 62a saylı evin sakini X7 qaraj tikmək üçün Xaçmaz bələdiyyəsinin ərazisindən 24 kv.m torpaq sahəsinin satılmasına icazə verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 saylı qərarına əsasən ərizəçinin X1 yaşadığı binanın qarşısında qaraj tikmək üçün 24 m2 torpaq sahəsi satın almışdır. Həmin bələdiyyə sənədində X9 olduğu halda, Xaçmaz rayon Dövlət Arxivinin arxiv çıxarışında səhvən X4 yazılmışdır. Sənədlərdə vətəndaşın adının X10 qeyd olunması səbəbindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin atasına məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 1.3-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı, məhkəmə tərəfindən verilmiş sorğular əsasında əldə edilmiş sənədlərin tədqiqi nəticəsinə müəyyən olundu ki, Xaçmaz şəhəri N. Nərimanov küçəsi 62a/34 saylı evin sakini X6 Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 saylı qərarına əsasən qaraj tikmək üçün 24 m2 torpaq sahəsinin satılmasına icazə verilmişdir, lakin Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 saylı protokolunda və Xaçmaz rayon Dövlət Arxivinin çıxarışında yanlışılığa yol verilərək, şəxsin soyadı ,adı, ata adı X9 olduğu halda, X4 qeyd edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər nəzərə alınaraq, ərizə təmin edilməli, Xaçmaz rayon Dövlət Arxivinin arxiv çıxarışının X6 aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 saylı qərarına əsasən verilmiş Xaçmaz rayon Dövlət Arxivinin arxiv çıxarışının X6 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar