Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-432/2021 10.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «Enerji sərfiyyatına hesablanmış borcun silinməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinə dair “İşıqdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli akt əsasında həmin idarə tərəfindən tərtib olunmuş komissiya qərarının ləğv edilməsi, həmin sənədlər əsasında istehlakçı kimi onun adına hesablanmış 522 manat 05 qəpik məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun barəsində ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinə dair tərtib olunmuş “İşıqdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli akt əsasında əsassız olaraq hesablanmış 449 manat 27 qəpik məbləğində qalıq borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etirazını göndərərək “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulması haqqında tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli, SQUN 000750 nömrəli akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə İddiaçı İmran oğluna itirilmiş enerji sərfiyyatı olaraq 454,85 manat məbləğində hesablaşma aparıldığını, iddiaçının «xxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2021-ci il tarixə 449,27 manat məblğıində borcu olduğunu, iddiaçının heç bir əsas olmadan 522,05 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etdiyini bildirməklə iddia əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının fikrini dinləyərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 saylı ünvanda yerləşən evinə quraşdırılmış işıq sayğacına cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin işçiləri baxış keçirmiş və baxış zamanı guya işıq sayğacına tərəfindən müdaxilə olunduğunu müəyyən edərək “İşıqdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli akt tərtib etmişlər. Həmin akta əsasən ona itirilmiş elektrik enerjisinuin bərpası olaraq 454,85 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, həmin akt əsassızdır. O, enerji sərfiyyatına görə hər hansı qanun pozuntusuna yol verməmiş və ödənişləri vaxtlı-vaxtında aparmışdır. İşıq sayğacına isə onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Digər tərəfdən həmin ünvanda yaşayış yoxdur. Bundan başqa işıq sayğacı yaşayış evinin hasarından kənarda yerləşdirilməklə küçəyə qoyulmuşdur. Belə olduqda istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Evin çölündə quraşdırılmış sayğaca görə abonent olaraq o, məsuliyyət daşımır. Buna görə məsuliyyəti barədə işıq idarəsi ilə hər hansı müqaviləsi də yoxdur. Sayğaca baxış keçirilərkən qanunvericiliyin tələblərinə əsasən hal şahidləri dəvət edilməmiş, sayğac qanunvericiliyin tələblərinə uyğun olaraq qablaşdırılaraq möhürlənməmiş, adi qaydada çıxarılaraq götürülüb aparılmışdır. Hesab edir ki, sayğaca hər hansı müdaxilə olmadan barəsində əsassız olaraq işıq sərfiyyatı hesablanmışdır. Göstərilənlərə əsasən iddiasının hazırki həcmdə təmin edilməsini, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun barəsində ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinə dair tərtib olunmuş “İşıqdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli akt əsasında əsassız olaraq hesablanmış 449 manat 27 qəpik məbləğində qalıq borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, İddiaçı ilə qonşuluqda yaşayır. Onların qonşuluğunda, yəni ünvan 1 saylı ünvanda iddiaçıya məxsus yaşayış evi vardır. Lakin iddiaçı uzun müddətdir ki, həmin ünvanda yaşamır. 2019-cu ilin oktyabr ayında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin işçiləri iddiaçıya məxsus, həmin ünvanda yerləşən evinə quraşdırılmış işıq sayğacına baxış keçirmiş və baxış zamanı işıq sayğacına müdaxilə olunması barədə akt tərtib edərək işıq sərfiyyatı hesablamışlar. Onun və digər qonşuların, eləcə də iddiaçının yaşadığı ünvanlarda işıq sayğacı həyətdən kənarda hasarın üstündə küçə tərəfdə quraşdırılmışdır. Sayğac çöldə yerləşdiyindən evdə yaşayanlar tərəfindən elektrik sayğacına heç bir müdaxilə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının digər qonşuları X2 və X1 şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan «xxxx» ASC-nin əməkdaşlarının tərtib etdikləri xx xxxxxxx 2019-cu il tarixli, SQUN 000750 №-li aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacının alt qapaq möhürü yoxdur. İş materiallarında olan cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə göndərdiyi etiraz ərizəsindən və etiraza əlavə edilmiş İddiaçı adına yazılmış Abunə haqqında elektron çıxarışdan müəyyən olunur ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulması haqqında tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli, SQUN 000750 nömrəli akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə İddiaçı İmran oğluna itirilmiş enerji sərfiyyatı olaraq 454,85 manat məbləğində hesablaşma aparılmış, iddiaçının «xxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2021-ci il tarixə 449,27 manat məbləğində borcu vardır. İddiaçı heç bir əsas olmadan 522,05 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının silinməsini tələb etdiyi məbləğin ona hesablanmış məbləğə və ya faktiki borcuna hər hansı uyğunluğu yoxdur. Ona görə də iddia tələbinin əsassız olduğundan təmin edilməməsi haqqında qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən İstifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirak ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatından, şahid ifadəsindən və iş materiallarından müəyyən olunmuşdur ki, ünvan 1 saylı saylı ünvanda yerləşən, iddiaçı İddiaçı məxsus fərdi yaşayış evində elektrik sayğacı həyətdə deyil, evin hasarının küçə tərəfində quraşdırılmışdır. Elektrik sayğacı evdən kənarda küçə tərəfində quraşdırıldığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik enerjisindən istifadə qaydalarının 7.11-ci və 8.32-ci bəndlərinə əsasən evin mülkiyyətçisi sayğaca və ya qoşulma sxeminin dəyişdirilməsinə və müdaxilə edilməsinə görə cavabdehlik daşımır. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizat müəssisəsi cavabdehlik daşıyır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh «xxxx» AÇİQ Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli, SQUN 000750 №-li akt əsasında iddiaçı İddiaçı yaşadığı ünvana itirilmiş işıq sərfiyyatı olaraq hesablanmış 449,27 manat məbləğ silinməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinə dair tərtib olunmuş “İşıqdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli akt əsasında itirilmiş işıq sərfiyyatı olaraq hesablanmış 449 (dörd yüz qırx doqquz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində qalıq borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. HAKİM XİDİR QULİYEV.
Məhkəmə qərarları › İş №2(067)-432/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-432/2021
10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver