Məhkəmə qərarları › İş №2(067)-451/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-451/2024

16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-451/2024 16.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh səlahiyyətli nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «Əsassız hesablanmış pul məbləğinin silinməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz X5ı idarəsi tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 dekabr 2017-ci il tarixli, ******* nömrəli akt və “dəymiş ziyanın bəpasına dair tələbnamə” əsasında ona əsassız olaraq hesablanmış 329 manat 40 qəpik məbləğində pulun və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 may 2022-ci il tarixli, ******* nömrəli akt və “dəymiş ziyanın bəpasına dair tələbnamə” əsasında hesablanmış 518 manat 40 qəpik məbləğində pulun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh Xaçmaz X5 İdarəsinin əməktaşları tərəfindən ünvan 1 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair 29 dekabr 2017-ci il tarixli Tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və ünvanına 1647m3, bu da 0.20 qəpikdən hesablandığı üçün 329 manat 40 qəpik borc ünvanına yazılmışdır. Aktda qeyd olunmuşdur ki, guya onun tərəfindən sayğaca müdaxilə olunaraq sayğacın zavod qurğuşun plombu kəsici alətlə kəsilmişdir, lakin onun tərəfindən sayğaca heç bir müdaxilə olmamışdır. Başqa bir tarixdə- xx.xx.2022-ci il tarixdə Cavabdeh Xaçmaz X5 İdarəsinin əməktaşları tərəfindən ünvan 1 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair 31 may 2022-ci il tarixli Tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və ünvanına 4320m3, bu da 0.12 qəpikdən hesablandığı üçün 518 manat 40 qəpik borc ünvanına yazılmışdır. Aktda qeyd olunmuşdur ki, guya onun tərəfindən sayğaca müdaxilə olunaraq sayğacın mexanizminin qoruyucu plastmas qapağı kənar təsir nəticəsində gövdədən tamamilə aralanıb, lakin onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Digər tərəfdən bildirir ki, sayğac küçədə yerləşir. Sayğacın təhlükəsizliyinə o, cavabdeh deyildir. Göstərilənlərə əsasən Cavabdeh Xaçmaz X5ı idarəsi tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 dekabr 2017-ci il tarixli, ******* nömrəli akt və “dəymiş ziyanın bəpasına dair tələbnamə” əsasında ona əsassız olaraq hesablanmış 329 manat 40 qəpik məbləğində pulun və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 may 2022-ci il tarixli, ******* nömrəli akt və “dəymiş ziyanın bəpasına dair tələbnamə” əsasında hesablanmış 518 manat 40 qəpik məbləğində pulun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmadığını və sayğacın küçədə yerləşdirildiyini bildirirərək iddiasının təmin edilməsini, Cavabdeh Xaçmaz X5ı idarəsi tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 dekabr 2017-ci il tarixli, ******* nömrəli akt və “dəymiş ziyanın bəpasına dair tələbnamə” əsasında ona əsassız olaraq hesablanmış 329 manat 40 qəpik məbləğində pulun və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 may 2022-ci il tarixli, ******* nömrəli akt və “dəymiş ziyanın bəpasına dair tələbnamə” əsasında hesablanmış 518 manat 40 qəpik məbləğində pulun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmıə iclasında iştirak edən Cavabdeh səlahiyyətli nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı yaşadığı evin qaz sayğacı Xaçmaz X5ı idarəsinin əməkdaşları tərəfindən hər iki halda ıxarılaraq ekspertizaya göndərilmiş və hər iki halda müəyyən olunmuşdur ki, sayğaca müdaxilə edilmişdir. Ekspertizanın nəticəsinə görə qüsur aktı tərtib edilmiş və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 29 dekabr 2017-ci il tarixli, ******* nömrəli akt əsasında tərtib olunmuş «İtirilmiş qazın bərpası üzrə» dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçıya 329 manat 40 qəpik və 27 may 2022-ci il tarixli, ******* nömrəli akt əsasında tərtib olunmuş «İtirilmiş qazın bərpası üzrə» dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 518 manat 40 qəpik ziyan hesablanmışdır. Hesab edir ki, sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyinə görə, dəymiş ziyanı da o, ödəməlidir. Həmçinin hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi tərtib olunmuş müvafiq sənədlərlə sübuta yetir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2017-ci il tarixli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı evə quraşdırılmış ******* saylı qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara savab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. RQİİ-nin iş tapşırığına əsasən yeni sayğac yararlı vəziyyətdə abonentə təhvil verilmişdir. İş materiallarında olan 29 dekabr 2017-ci il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktdan müəyyən olunur ki, İddiaçı yaşayış evinə quraşdırılmış mexaniki qaz sayğacı «sayğacın zavod qurğuşun plombu kəsici alətlə kəsilmişdir”. Dəymiş ziyan və yeni sayğacın dəyəri abonent tərəfindən ödənilməlidir. İş materiallarında olan 25 iyun 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair» hesablama sənədindən görünür ki, qeyd olunan sənədə əsasən iddiaçının yaşaıdğı ünvana 1647 kub metr qaz sərfiyyatına görə qalıq borcu hesablanmışdır. Əsas: 29 dekabr 2017-ci il tarixli, ******* nömrəli akt. İş materiallarında olan Azəriqaz İB-nin abonent İddiaçı adına tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, İddiaçı dəymiş ziyana görə 2017-ci il üzrə 329 manat 40 qəpik məbləğində pul hesablanmışdır. iş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı evə quraşdırılmış 10344744 saylı qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara savab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. RQİİ-nin iş tapşırığına əsasən yeni sayğac yararlı vəziyyətdə abonentə təhvil verilmişdir. İş materiallarında olan 27 may 2022-ci il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktdan müəyyən olunur ki, İddiaçı yaşayış evinə quraşdırılmış mexaniki qaz sayğacı «sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı kənar təsir nəticəsində gövdədədn tamamilə aralanıb və işləməsi mümkünsüzdür. Dəymiş ziyan və yeni sayğacın dəyəri abonent tərəfindən ödənilməlidir. İş materiallarında olan 31 may 2022-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair» hesablama sənədindən görünür ki, qeyd olunan sənədə əsasən iddiaçının yaşaıdğı ünvana 4320 kub metr qaz sərfiyyatına görə qalıq borcu hesablanmışdır. Əsas: 27 may 2022-ci il tarixli, ******* nömrəli akt. İş materiallarında olan Azəriqaz İB-nin abonent İddiaçı adına tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, İddiaçı dəymiş ziyana görə 2022-ci il üzrə 518 manat 40 qəpik məbləğində pul hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, isra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə vuraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məsmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh Xaçmaz X5ı idarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 29 dekabr 2017-ci il tarixli, ******* nömrəli akt və “dəymiş ziyanın bəpasına dair tələbnamə” əsasında ona hesablanmış 329 manat 40 qəpik məbləğində, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 may 2022-ci il tarixli, ******* nömrəli akt və “dəymiş ziyanın bəpasına dair tələbnamə” əsasında hesablanmış 518 manat 40 qəpik məbləğində pul onun abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X5ı idarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 29 dekabr 2017-ci il tarixli, ******* nömrəli akt və “dəymiş ziyanın bəpasına dair tələbnamə” əsasında ona hesablanmış 329 manat 40 qəpik məbləğində, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 may 2022-ci il tarixli, ******* nömrəli akt və “dəymiş ziyanın bəpasına dair tələbnamə” əsasında hesablanmış 518 manat 40 qəpik məbləğində pul onun abonent hesabından silinsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar