Məhkəmə qərarları › İş №2(067)-467/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-467/2021

22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-467/2021 22.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi lə, məhkəmə katibi X4 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 nümayəndəsi X2 iştirakları ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, onların adlarına verilmiş JN-368 nömrəli, 30209087 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə, o cümlədən övladları olan ərizəçilərə Xaçmaz rayonunun Arzu kəndində cəmi 1,40 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-368 seriyalı 30209087 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. Lakin Dövlət Aktında oğlu Vüsalın soyadı səhvən Abbasov, qızı İlahənin adı səhvən İlhamə kimi, digər qızı Mailənin adı səhvən Maisə kimi qeyd edilmişdir. Torpaq sahələri onlara təhkim olunandan bəri istifadələrində olmuşdur və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahələrindən övladlarının paylarını ayırmaq istəyirlər, bunun üçün DƏDRX-nin 5 saylı X10 müraciət etmişlər, lakin mülkiyyət sənədlərində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 nümayəndəsi X6 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq torpaq sahəsinin ötən müddət ərzində istifadələrində olduğuna görə Dövlət aktındakı yanlışlıqlara fikir vermədiklərini, ərizədə göstərilən faktları ərizəçilərin qonşuları olan şahidlərin təsdiq edə biləcəyini qeyd edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 izahatında göstərmişdir ki, ərizəçilərin həmkəndlisi və qonşususudur, münasibətləri yaxşıdır. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçilərə və onların ailə üzvlərinə Xaçmaz rayonunun Arzu kəndində cəmi 1,40 ha pay torpaq sahəsi verilmişdir. Lakin torpaq sahəsinə mülkiyyət hüququna dair verilmiş JN-368 seriyalı 30209087 kodlu Dövlət Aktında Ərizəçi1 soyadı səhvən Abbasov kimi, Ərizəçi3 adı səhvən İlhamə kimi, Ərizəçi2 adı isə səhvən Maisə kimi qeyd edilmişdir. Torpaq sahəsi 1997-ci ildən ərizəçilərin və onların ailə üzvlərinin istifadəsindədir. JN-368 seriyalı 30209087 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ərizəçilərə və onların ailə üzvlərinə məxsus olduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 izahatında göstərmişdir ki, ərizəçinin qonşusudur, onunla qohumluğu yoxdur. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçilərə və onların ailə üzvlərinə Xaçmaz rayonunun Arzu kəndində cəmi 1,40 ha pay torpaq sahəsi verilmişdir. Lakin torpaq sahəsinə mülkiyyət hüququna dair verilmiş JN-368 seriyalı 30209087 kodlu Dövlət Aktında Ərizəçi1 soyadı səhvən Abbasov kimi, Ərizəçi3 adı səhvən İlhamə kimi, Ərizəçi2 adı isə səhvən Maisə kimi qeyd edilmişdir. Torpaq sahəsi 1997-ci ildən ərizəçilərin və onların ailə üzvlərinin istifadəsindədir. JN-368 seriyalı 30209087 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ərizəçilərə və onların ailə üzvlərinə məxsus olduğunu təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 rayonunun Arzu kəndində ailə üzviləri X9, Ərizəçi3, Ərizəçi2, Ərizəçi1 ilə birlikdə yaşayır. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-368 seriyalı 30209087 kodlu Dövlət Aktından müəyyən olunur ki, X2 və ailə üzvləri olan X3, Ərizəçi3, Ərizəçi2, Ərizəçi1 mülkiyyətinə Xaçmaz rayonunun Arzu kəndində cəmi 1,40 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçiər tərəfindən ərizənin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, JN-368 seriyalı 30209087 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi sübuta yetdiyindən, bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. JN-368 seriyalı 30209087 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar