Məhkəmə qərarları › İş №2(067)-476/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-476/2020

16.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-476/2020 16.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,Torpağın Mülkiyyətə verilməsinə dair JN1306 A kod 30202004 olan Şəhadətnamənin ona yəni Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki,Xaçmaz Rayon X2 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə ona yaşadığı Xaçmaz rayonunun Xudat şəhərində 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-1306A seriyalı 30202004 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamə işlənib hazırlanmışdır. Şəhadətnamədə onun ata adı Xalıq olduğu halda Xalid kimi göstərilib. Mülkiyyətinə verilmiş həmin torpaq sahəsinə dair yeni mülkiyyət sənədi məqsədilə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət edərkən sənəddə yanlışlığın olması aşkar edilmişdir. Ona görə də qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ötən müddət ərzində istifadəsində olduğuna görə və torpaq sahəsi ilə bağlı hər hansı bir notarial əməliyyat keçirilməsi zərurəti olmadığına görə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki yanlışlığa fikir verməmişdir. Həyətyanı torpaq sahəsindən hazırda da o, özü istifadə edir. Məhkəməyə təqdim etdiyi şahidlər ərizəsində göstərdiyi halları təsdiq edə bilərlər. Ona görə də, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçinin şahid qismində təqdim etdiyi X1 bildirmişdir ki,ərizəçi dayısıdır, münasibətləri yaxşıdır. Xaçmaz rayon X2 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə Ərizəçi yaşadığı Xaçmaz rayonunun Xudat şəhərində 0.09 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə JN-1306A seriyalı 30202004 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamə işlənib hazırlanmışdır. Şəhadətnamədə ərizəçinin ata adı Xalıq olduğu halda Xalid kimi göstərilib. JN-1306A seriyalı 30202004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ərizəçiyə məxsus olduğunu təsdiq edir Məhkəmə iclasında ərizəçinin şahid qismində təqdim etdiyiQədimov Gülbuba Ağabubayeviç dindirilərkən bildirmişdir ki, ərizəçinin dostudur, onunla qohumluq əlaqələri yoxdur. Xaçmaz rayon X2 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə Ərizəçi yaşadığı Xaçmaz rayonunun Xudat şəhərində 0.09 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə JN-1306A seriyalı 30202004 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamə işlənib hazırlanmışdır. Şəhadətnamədə ərizəçinin ata adı Xalıq olduğu halda Xalid kimi göstərilmişdir. JN-1306A seriyalı 30202004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçiyə məxsus olduğunu təsdiq edir. İş üzrə maraqlı şəxs DƏDRX-nin 5 saylı X6 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, DƏDRX-nin 5 saylı X5 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən iş üzrə maraqlı tərəf DƏDRX-nin 5 saylı X5 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN1306 A kod 30202004 olan Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon X2 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə Ərizəçi yaşadığı Xaçmaz rayonunun Xudat şəhərində 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-1306A seriyalı 30202004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi ata adı Xalıq olduğu halda səhvən Xalid kimi göstərilmişdir. İş materiallarında olan DƏDRX-nın 5 saylı ərazi idarəsinin xx.xx.2019-cu il tarixli məkubundan müəyyən olunur ki, Ərizəçi müraciətində göstərdiyi məsələnin həlli idarənin slahiyyətlərinə aid deyidir, bununla bağlı ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN1306 A kod 30202004 olan şəhadətnamənin Ərizəçi məxsuis olması faktı sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə verilməsinə dair JN1306 A kod 30202004 olan şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar