Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-477/2022 29.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon XDS rəyasət heyətinin 31.08.1994-cü il tarixli 42 nömrəli protokolunda onun adı Ərizəçi yerinə səhvən X1 qeyd olunmuş və eyni zamanda qeyd olunan torpaq sahəsinə dair ərizəsinə əlavə olunmuş Xaçmaz rayon Dövlət arxivinin 13.10.2021-ci il tarixli 1051 nömrəli arxiv çıxarışında da onun adı Ərizəçi yerinə səhvən X1 səhvən yazılmış Ərizəçi ilə X2 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəmə müraciət edərək Xaçmaz rayon XDS Rəyasət Heyətinin 31 avqust 1994-cü il tarixli iclasının 42 saylı protokol çıxarışının və Xaçmaz rayon dövlət arxivinin 13 oktyabr 2021-ci il tarixli 1051 saylı arxiv çıxarışının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, daşınmaz əmlaka dair hüquqularını həyata keçirmək istəyir. Lakin Daşınmaz Əmlaka təqdim etdiyi sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı 0.04 ha torpaq sahəsinə dair Xaçmaz rayon XDS rəyasət heyətinin 31.08.1994-cü il tarixli 42 nömrəli protokolunda onun adı Ərizəçi yerinə səhvən X1 qeyd olunmuşdur. Eyni zamanda qeyd olunan torpaq sahəsinə dair ərizəsinə əlavə olunmuş Xaçmaz rayon Dövlət arxivinin 13.10.2021-ci il tarixli 1051 nömrəli arxiv çıxarışında da onun adı Ərizəçi yerinə səhvən X1 qeyd olunmuşdur. Onun adı səhvən Gülpəri kimi yazıldığı üçün hüquqlarını həyata keçirə bilmir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayon XDS Rəyasət heyətinin 31.08.1994-cü il tarixli 42 saylı protokolu ilə ona mənzil tikintisi üçün 400 kv.metr torpaq sahəsi ayrılıb, lakin həmin sənəddə onun adı səhvən Gülpəri kimi qeyd edilib. Sonradan Xaçmaz rayon Dövlət Arxivi də 13 oktyabr 2021-ci il tarixli 1051 saylı arayışında adını səhvən Gülpəri kimi qeyd edib. Bu səbəbdən o, həmin torpağa dair adına mülkiyyət sənədi ala bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. 400 kv.metr torpaq sahəsi ötən müddət ərzində istifadəmdə olduğuna görə sənədlərdəki yanlışlıqlara fikir verməmişdir. Sənədlərdə düzəliş edilməsi ona evə dair mülkiyyət sənədi almaq üçün zəruridir. Bununla bağlı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir, lakin sənədlərdəki uyğunsuzluğa görə müraciəti müsbət həll olunmayıb və ona ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunub. Ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 13.10.2021-ci il tarixli 1051 saylı Arxiv çıxarışından müəyyən olunur ki, Ərizəçi adı “Hürüpəri” əvəzinə səhvən “Gülpəri” kimi qeyd edilmişdir. İş materiallarında olan İ-ИЕ seriyalı 138649 saylı doğum haqqında şəhadətnamənin surətindən və AZE seriyalı 0******* saylı surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956cı il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. İş materiallarında olan 10.04.2013-cü il tarixli Torpaq sahəsinin plan və ölçüsünə dair çıxarışından müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayonunun, Xudat şəhəri ərazisindən mənzil tikintisi üçün 400 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin 10.11.2021-ci il tarixli, **********06 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi bildirilmişdir ki, Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 13.10.2021-ci il tarixli 1051 saylı Arxiv arayışında hüquq sahibinin (onun) adındakı uyğunsuzluqla bağlı düzəlişlərin edilməsi onların səlahiyyətlərinə aid deyildir və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə hesab edir ki, Xaçmaz rayon Dövlət arxivinin 13.10.2021-ci il tarixli 1051 nömrəli arxiv çıxarışı hüquqmüəyyənedici sənəd hesab olunmadığından iddia həmin hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Xaçmaz rayon XDS rəyasət heyətinin 31.08.1994-cü il tarixli 42 nömrəli protokolunun Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə qismən təmin edilsin. Xaçmaz rayon XDS rəyasət heyətinin 31.08.1994-cü il tarixli 42 nömrəli protokolunun Ərizəçi məxsus olması faktı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-477/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-477/2022
29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver