Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-483/2021 10.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 0073 saylı 30225038 kodlu dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN 785A saylı 30225018 kodlu şəhadətnamənin xx.xx.2012-ci ildə vəfat etmiş X5na və xx.xx.2018ildə vəfat etmiş anası X3 məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon X7 xx xxxxxx 1998-ci il tarixli 14 saylı qərarı ilə valideynlərinə 0,49 ha pay torpaq sahəsi və 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahələrinə dair dövlət aktı və şəhadətnamə verilmişdir. Atası xx.xx.2012-ci ildə, anası xx.xx.2018-ci ildə vəfat etmişlər. Valideynlərinin ölümündən sonra miras qalmış torpaq sahələrini vərəsəlik qaydasına öz adına keçirmək məqsədilə notariat ofisinə müraciət etdikdə təqdim edilmiş sənədlərdə valideynlərinin ad və ata adlarında uyğunsuzluqların olması müəyyən edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0073 saylı 30225038 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon X7 xx xxxxxx 1998-ci il tarixli 14 nömrəli qərarına əsasən X8 və X4 mülkiyyətinə 0,49 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 785A saylı 30225018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon X7 xx xxxxxx 1998-ci il tarixli 14 nömrəli qərarına əsasən X9 və X1 mülkiyyətinə 0,08 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X12 xx.xx.2012-ci ildə, X6 xx.xx.2018-ildə vəfat etmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1969-cu ildə anadan olmuşdur. X5, anası X6 qeyd edilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 0073 saylı 30225038 kodlu dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair JN 785A saylı 30225018 kodlu şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notapriat ofisinin xx.xx.2021-ci il tarixli 83 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.2012-ci il və xx.xx.2018-ildə vəfat etmiş X12 və X2 miras əmlaka dair vərəsəlik işi açılmışdır. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, mərhum X10 adı Kaflan və X2 ata adı Bidimulla kimi qeyd edilmişdir. Bu səbəbdən vərəsəlik işinin aparılması mümkün olmamışdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Ərizəçi torpağa mülkiyyət hüququna dair JN 0073 saylı 30225038 kodlu dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair JN 785A saylı 30225018 kodlu şəhadətnamədə adları qeyd olunmuş hüquq sahibləri ilə qohumdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 0073 saylı 30225038 kodlu dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN 785A saylı 30225018 kodlu şəhadətnamənin X11 və X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-483/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-483/2021
10.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver