Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-505/2021 03.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi X10, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6, X2, X3 və X4 adına verilmiş JN- 941 nömrəli, 30213018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN-166A nömrəli 30213018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin paylı mülkiyyətçilər X11, X5 və X7 ilə yanaşı ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə Xaçmaz rayonunun Qusarçay kəndində cəmi 0,25 ha pay torpaq sahəsi və 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onlara 0,25 ha pay torpaq sahəsinə mülkiyyət hüququna dair JN-941 seriyalı 30213018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququna dair JN-166A seriyalı 30213018 kodlu topağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim edilmişdir. Lakin Dövlət Aktında və şəhadətnamədə onun soyadı səhvən Tayıbova, adı səhvən Əzizə kimi, cinsiyyəti qadın kimi göstərilməklə, ata adı səhvən Şıxməmməd qızı kimi qeyd edilmişdir. Torpaq sahələri onlara təhkim olunandan bəri istifadələrində olub və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahələrini satmaq üçün yeni mülkiyyət sənədləri almaq məqsədi ilə DƏDRX-nin 5 saylı X19 müraciət etmişlər, lakin mülkiyyət sənədlərində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. O, göstərmişdir ki, qonşuları olan şahidləri ərizədə göstərdiyi halları təsdiq edə bilərlər. Maraqlı şəxs DƏDRX-nin 5 saylı X19 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 izahatında göstərmişdir ki, ərizəçinin qonşusudur, qohumluq əlaqələri yoxdur. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçiyə və ailə üzvlərinə Xaçmaz rayonunun Qusarçay kəndində 0,25 ha pay torpaq sahəsi və 0,07 ha həyətyanı torpaq sahəsi verilib, həmin torpaq sahəsi AİK tərəfindən ayrılan vaxtdan ərizəçinin və onun ailə üzvlərinin istifadəsindədir. Lakin Dövlət Aktında və şəhadətnamədə ərizəçinin soyadı səhvən Tayıbova, adı səhvən Əzizə kimi, cinsiyyəti qadın kimi göstərilməklə, ata adı səhvən Şıxməmməd qızı kimi qeyd edilib. Təsdiq edir ki, JN-941 seriyalı 30213018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN-166A seriyalı 30213018 kodlu torpağın mülkiyyətə verilməsinə şəhadətnamə Ərizəçi və onun ailə üzvlərinə məxsusdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 izahatında göstərmişdir ki, ərizəçinin qonşusudur, qohumluq əlaqələri yoxdur. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçiyə və ailə üzvlərinə Xaçmaz rayonunun Qusarçay kəndində 0,25 ha pay torpaq sahəsi və 0,07 ha həyətyanı torpaq sahəsi verilib, həmin torpaq sahəsi AİK tərəfindən ayrılan vaxtdan ərizəçinin və onun ailə üzvlərinin istifadəsindədir. Lakin Dövlət Aktında və şəhadətnamədə ərizəçinin soyadı səhvən Tayıbova, adı səhvən Əzizə kimi, cinsiyyəti qadın kimi göstərilməklə, ata adı səhvən Şıxməmməd qızı kimi qeyd edilib. Təsdiq edir ki, JN-941 seriyalı 30213018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN-166A seriyalı 30213018 kodlu torpağın mülkiyyətə verilməsinə şəhadətnamə Ərizəçi və onun ailə üzvlərinə məxsusdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 15376968 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 rayonunun Qusarçay kəndində anadan olmuşdur və həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuşdur və həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan JN-941 nömrəli, 30213018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon X9 xx.xx.2001-ci il tarixli 01 nömrəli qərarı ilə X6, X2, X4, X3 mülkiyyətinə Xaçmaz rayonunun Qusarçay kəndində cəmi 0,25 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-166A seriyalı 30213018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon X9 xx.xx.2001-ci il tarixli 01 nömrəli qərarı ilə X6, X2, X4, X3 mülkiyyətinə Xaçmaz rayonunun Qusarçay kəndində 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-941 nömrəli, 30213018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından və JN-166A nömrəli 30213018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi soyadı səhvən Tayıbova, adı səhvən Əzizə kimi, cinsiyyəti qadın kimi göstərilməklə, ata adı səhvən Şıxməmməd qızı kimi qeyd edilib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, JN-941 nömrəli, 30213018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN-166A nömrəli 30213018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi sübuta yetdiyindən, bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. JN-941 nömrəli, 30213018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN-166A nömrəli 30213018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov..
Məhkəmə qərarları › İş №2(067)-505/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-505/2021
03.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver