Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-509/2022 17.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1970-ci təvəllüdlü qardaşı X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X5 əqli cəhətdən catışmamazlıqları olmuşdur. Bu səbəbdəndə onun qayğıya ehtiyacı olduğu üçün ona hal hazıradək o qulluq edir və o onun himayəsindədir. Tacəddin hazırda onun himayəsində olmaqla yuxarıda göstərdiyi ünvanda yaşayır o, özü öz hərəkətlərini idarə etmək iqtidarında olmayan fəaliyyət qabiliyyətsiz şəxsdir. Qardaşı Tacəddini bir cox müalicə müəssisələrinə aparsada bunun hec-bir müsbət nəticəsi olmamışdır. Həkimlərin gəldiyi nəticəyə görə onun normal həyata qayıtması qeyri mümkündür. Ona görə də qardaşı Tacəddini müvəqqəti olaraq Azərbaycan Respublikası səhiyyə Nazirliyinin Quba rayon X3 yerləşdirmişdir. Azərbaycan Respublikası səhiyyə Nazirliyinin Quba rayon X1 22 noyabr 2021-ci il tarixli, 2055 №-li məktubuna əsasən qardaşı “şizofreniya paranoid forma, fasiləsiz gedişi” diaqnozu qoyulmuşdur. Hazırda onun adından müəyyən sənədləşmə işlərinin aparılması zərurəti yaranmışdır. Lakin qardaşı Tacəddin özünü idarə edə bilmədiyindən onun üzərində qəyyum təyin edilmə zərurəti yaranmışdır ki, sənədləşmə işləri aparsın. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qardaşı Tacəddin Əhmədov əqli cəhətdən catışmamazlıqları olduğuna görə və qayğıya ehtiyacı olduğundan ona hal-hazıradək o qulluq edir. Tacəddin hazırda onun himayəsindədir və onunla birlikdə yaşayır. Onu bir çox müalicə müəssisələrinə aparsalarda da, bunun heç bir müsbət nəticəsi olmayıb. Həkimlərin gəldiyi nəticəyə görə onun normal həyata qayıtması qeyri mümkündür. Ona görə də qardaşı Tacəddini müvəqqəti olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayon X3 yerləşdirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayon X1 22 noyabr 2021-ci il tarixli, 2055 №-li məktubuna əsasən qardaşına “şizofreniya paranoid forma, fasiləsiz gedişi” diaqnozu qoyulub. Hazırda onun adından müəyyən sənədləşmə işlərinin aparılması zərurəti yaranıb, lakin qardaşı özünü idarə edə bilmədiyindən onun üzərində qəyyum təyin edilməyim zərurəti yaranıb ki, sənədləşmə işlərini aparsın. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Qardaşı hazırda da onunla yaşayır. Qardaşının adına olan torpaq sahəsini satmaq istəyirlər, o, isə psixi durumu ilə bağlı hərəkətlərini idarə edə bilmir. Ona görə qardaşı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, o onun adından imza edə bilsin. Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 653 saylı rəyinə etirazı olmadığını bildirdi. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından və AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 xx.xx.1970-ci il tarixdə Xaçmaz rayonunun Muxtadır qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan Quba rayon X1 xx.xx.2021-ci il tarixli 2055 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1970-ci təvəllüdlü X4 rayon X2 stasionar müalicədədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 653 saylı rəyindən müəyyən olunur ki, xx.xx.1970-ci il təvəllüdlü X6 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik müəyyən edilir. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 psixi vəziyyətinə görə səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vemir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1970-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-509/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-509/2022
17.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver