Məhkəmə qərarları › İş №2(067)-510/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-510/2022

11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-510/2022 11.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-142 seriyalı, 30216018 kodlu dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-055 F seriyalı, 30216018 kodlu şəhadətnamənin hüquq sahibinin mərhum anası xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Xaçmaz rayonunun Nabran kəndində anadan olmuşdur. Rayonlarda aparılan Aqrar İslahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarına əsasən mərhum anası X4 mülkiyyətinə Xaçmaz rayonunun Nabran kəndi ərazisindən 0.19 ha həyətyanı torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsinə dair adma JN-055 F seriyalı, 30216018 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Eyni zamanda Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarına əsasən mərhum anası X4 mülkiyyətinə Xaçmaz rayonunun Nabran kəndi ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə dair adına JN- 142 seriyalı, 30216018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin şəhadətnamədə və dövlət aktında mərhum anası xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 adı "Saymat” olduğu halda səhvən “Sayimət” ata adının isə “Ağakərimovna” olduğu halda səhvən “Ağakərim qızı” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişdir. Yaxın vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpağa mülkiyyət hüququna dair JN-132 seriyalı, 30214028 kodlu dövlət aktında mərhum anası X2 ata adı səhv yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yaranmış uyğunsuzluğu diğər qaydada aradan qaldırmaq mümkün deyildir. Ona görə də sənədin şəxsə məxsus olması faktının müyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Mərhum anası X4 soyadının, adının və ata adının səhv yazılması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının İƏD nümayəndəsidə müafıq arayış vermişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, mərhum anası X6 JN- 142 seriyalı 30216018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0,25 ha pay torpaq sahəsi və JN-055F seriyalı 30216018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0,19 ha həyətyanı torpaq sahəsi verilib. Lakin şəhadətnamədə və Dövlət Aktında mərhum anasının soyadı səhvən Yarəliyeva, adı səhvən Sayimət, ata adı isə səhvən Ağakərim qızı kimi qeyd edilib. O qeyd olunan torpaq sahələrinə dair adına yeni mülkiyyət sənədləri almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən Dövlət Aktında və şəhadətnamədə səhvlərin mövcudluğunu öyrənmişdir, həmin səhvlərə görə ona mülkiyyət sənədlərinin verilməsi mümkün olmadı və bununla bağlı məhkəməyə ərizə verməsini tövsiyə etdilər. Ona görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. JN-142 seriyalı 30216018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,25 ha pay torpaq sahəsindən və JN-055F seriyalı 30216018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş 0,19 ha həyətyanı torpaq sahəsindən anasının vəfatından sonra o istifadə edir. Həmin torpaq sahələri ilə bağlı heç bir mübahisə yoxdur. Anası xx.xx.2012-ci ildə vəfat edib. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında JN-142 seriyalı 30216018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə X3 Xaçmaz rayonunun Nabran kəndində cəmi 0.25 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan JN-055F seriyalı 30216018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə X3 Xaçmaz rayonunun Nabran kəndində cəmi 0.19 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan XİV-ЖГ seriyalı 442288 saylı doğum haqqında şəhadətnamədən və AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Xaçmaz rayonun, Nabran kəndində anadan olmuşdur. Onun atası X8, anası X5. İş materiallarında olan AZ-İ seriyalı 520657 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Nabran İƏD Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 358 saylı arayışından müəyyən olunur ki, JN-055F saylı 30216018 kodlu şəhadətnamədə və JN-142 30216018 kodlu dövlət aktında X4 adı mexaniki səhv olaraq X1 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN-142 seriyalı, 30216018 kodlu dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-055 F seriyalı, 30216018 kodlu şəhadətnamənin xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-142 seriyalı, 30216018 kodlu dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-055 F seriyalı, 30216018 kodlu şəhadətnamənin xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar