Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-511/2022 21.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 21 fevral 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək JN 0039 seriyalı 30202007 kodlu dövlət aktının onlara- Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, rayonlarda aparılan Aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli, 08 saylı qərarına əsasən mülkiyyətlərinə Xaçmaz rayonu Xudat ŞTQ adlanan ərazisindən 0,79 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi dövlət aktı ilə rəsmiləşdirilmişdir. Bildirmək istəyirəm ki, o-Ərizəçi2 2006-cı ildə atalıq faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etmiş, müraciəti əsasında 11 iyul 2006-cı il tarixli, 2-439/2006 N°-li qətnaməsinə əsasən 18 noyabr 2001-ci il tarixdə vəfat etmiş X13 ilə faktiki nikah münasibətlərindən xx xxx 1991-ci il tarixdə anadan olmuş X6 atası olması faktı müəyyən edilmişdir. O-Ərizəçi2 soyadı Kalmıkova olmuşdur, lakin 26.10.2006-cı il tarixdə X7 ilə rəsmi nikah münasibətlərinə daxil olduğundan ər soyadı Ağayeva soyadını qəbul etmişdir. Ailə həyatı qurandan sonra həyat yoldaşı X7 məhkəməyə müraciət edərək uşağın övladlığa götürülməsinə dair məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmənin 31 oktyabr 2006cı il tarixli 2-644/2006 Ne-li qətnaməsinə əsasən xx xxx 1991-ci li tarixdə anadan olmuş X1 Bahadır Hacıbaba oğlunun övladlığına verilməsi qət edilmişdir. X8 adına verilmiş doğum şəhadətnaməsi etibarsız hesab edilərək Ərizəçi1 adına yeni şəhadətnamə verilmişdir. Bu səbəbdən torpaq sahəsinə dair dövlət aktı işlənərkən onların soyadı aktda Kalmıkova, Kalmıkov, Nuranin ata adı İmran kimi yazılmışdır. Verilmiş dövlət aktında Ərizəçi2 adı “Yelena” olduğu halda səhvən “Elena”, Ərizəçi1 adı “Nuran” olduğu halda səhvən “Nurlan” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Yaxın vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Lakin JN-0039 seriyalı, 30202007 kodlu şəhadətnamədə səhvən yazıldığından müraciətlərinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən onlara uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yaranmış uyğunsuzluğu diğər qaydada aradan qaldırmaq mümkün deyildir. Məhkəmə iclasında ərizəçilər ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişlər. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərn izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0039 saylı 30202007 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən X4 və X5 mülkiyyətinə 0,79 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xudat bələdiyyəsinin 19.11.2021-ci il tarixli 395 nömrəli arayışından müəyyən olunur ki, CN 0039 saylı 30202007 kodlu dövlət aktında 0,79 ha torpaq sahəsi X9 və X10 məxsusdur. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 26.10.2021-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 0039 saylı 30202007 kodlu dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 31 oktyabr 2006-cı il tarixli 2- 644/2006 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, X3 xx xxx 1991-ci ildə Xudat şəhərində anadan olmuş X8 onun övladlığına verilməsi tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 11 iyul 2006-cı il tarixli 2- 439/2006 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, 18 noyabr 2001-ci ildə vəfat etmiş X11 X12 ilə faktiki nikah münasibətlərindən xx xxx 1991-ci il tarixdə anadan olmuş X6 atası olması faktı müəyyən edilmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər qeyd olunan hüquqmüəyyənedici sənədin onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişlər. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 0039 seriyalı 30202007 kodlu dövlət aktının Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-511/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-511/2022
21.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver