Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-516/2022 09.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-132 seriyalı, 30214028 kodlu dövlət aktında adları qeyd olunan digər hüququ sahibləri ilə birlikdə mərhum anası xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1965-ci il tarixdə Xaçmaz rayonunun Molla-Yalama kəndində anadan olmuşdur. Rayonlarda aparılan Aqrar İslahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarına əsasən ona, digər hüquq sahibləri ilə birlikdə mərhum X2nın mülkiyyətinə Xaçmaz rayonunun Molla-Burhan kəndi ərazisindən 1.65 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adına torpağa mülkiyyət hüququna dair JN-132 seriyalı, 30214028 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında mərhum anası xx.xx.2006-cı il tarixdə vəfat etmiş X3 ata adı “Qulamhüseyin qızı” olduğu halda səhvən “Qulam qızı” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişdir. Yaxın vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpağa mülkiyyət, hüququna dair JN-132 seriyalı, 30214028 kodlu dövlət aktında mərhum X2nın ata adı səhv yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yaranmış uyğunsuzluğu diğər qaydada aradan qaldırmaq mümkün deyildir. Ona ğörə də sənədin şəxsə məxsus olması faktının müyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Mərhum anası X1, adının və ata adının səhv yazılması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının İƏD nümayəndəsidə müafıq arayış vermişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə ona və ailə üzvlərinə Xaçmaz rayonunun Molla-burhan kəndində 1,65 ha pay torpaq sahəsi ayrılıb. Həmin pay torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-132 seriyalı 30214028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. X21 mərhum X2nın ata adı səhvən Qulam qızı kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verməmişlər. Bu yaxınlarda torpaq sahələriylə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin JN-132 seriyalı 30214028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıq olduğundan, yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini xahiş edir. X2 xx.xx.2006-cı ildə vəfat edib. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə Dövlət Aktındakı yalnışlığa fikir verməmişlər. Torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında “Torpağa mülkiyyət hüququna dair” JN-132 saylı, 30214028 kodlu dövlət aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə X13, X10, X11, X15 və X7 Xaçmaz rayonunun Mollabürhan kəndindən cəmi 1.65 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan doğum haqqında şəhadətnamədən və AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Xaçmaz rayonun, Molla-Burhan kəndində anadan olmuşdur. Onun atası X12, X2dır. İş materiallarında olan Az-İ seriyalı 223932 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Qımılqışlaq İƏD Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 730 saylı arayışından müəyyən olunur ki, JN-132 saylı, 30214028 dövlət aktında X3 ata adı səhv olaraq X8 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN-132 seriyalı, 30214028 kodlu dövlət aktının adları qeyd olunan digər hüququ sahibləri ilə birlikdə xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-132 seriyalı, 30214028 kodlu dövlət aktının adları qeyd olunan digər hüququ sahibləri ilə birlikdə xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-516/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-516/2022
09.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver