Məhkəmə qərarları › İş №2(067)-516/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-516/2024

30.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-516/2024 30.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Xaçmaz rayon Məhkəməsinə ərizə ilə müraсiət edərək, 26 aprel 1977-ci il təvəllüdlü bacısı Qəribova (Bayramova) Gülçimə Böyükağa qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 26 aprel 1977-ci il tarixdə anadan olmuş bacısı Qəribova (Bayramova) Gülçimə Böyükağa qızı “F20 Şizofreniya, Paranoid şizofreniya, fasiləsiz gedişli, ağır psixi qusur halı Ağırlaşma F20.0 Paranoid şizofreniya, fasiləsiz gedişli, ağır psixi qüsur halı, özünə qulluq bacarmır, Kənar şəxsin köməyinə və nəzarətinə ehtiyacı var” diaqnozu ilə 2-ci qrup əlildir. Bacısı əvvəllər sağlam olmuş, 2000ci ildən xəstədir, onda xəstəlik hamiləlikdən sonra baş vermiş, demək olar ki, həmin vaxtdan ağır xəstədir. Xəstəliyi ilə bağlı müxtəlif xəstəxanalarda müalicələr alsa da heç bir nəticəsi olmamış, əksinə vəziyyəti getdikcə pisləşmiş, Xaçmaz MRX-da həkim psixiatrın qeydiyyatında olmaqla, Quba rayonlararası X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər, “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı” diaqnozu ilə stasionar müalicələrdə olmuşdur. Bacısın hal-hazırda 46 yaşı var, xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir, onun üzərində daim nəzarət lazımdır və bu günə kimi bacısına o baxır. Faktiki olaraq əməyə qadir deyil. Onun kənar şəxsin qulluğuna və nəzarətə ehtiyacı vardır. Ona qulluq edir və nəzarət edir. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. TSEK-nin müvafiq xx.xx.2023-cü il tarixli, sonuncu müayinə rəyindən görünür ki, bacısı Qəribova (Bayramova) Gülçimə Böyükağa qızı “F20 Şizofreniya, Paranoid şizofreniya, fasiləsiz gedişli, ağır psixi qusur halı Ağırlaşma F20.0 Paranoid şizofreniya, fasiləsiz gedişli, ağır psixi qüsur halı, özünə qulluq bacarmır, Kənar şəxsin köməyinə və nəzarətinə ehtiyacı var” diaqnozu ilə 2 qrup əlildir, əmək qabiliyyətsizdir, əlavə köməyə və nəzarətə ehtiyacı vardır. Hazırda bacısına 2-ci dərəcə əlillik verilmiş, ancaq birinci qrup əlillik müdətsiz verilməli idi. İdarə və təşkilatlarda sənədləşmənin aparılmasında bacısı Gülçimənin də imzası tələb olunur. Lakin o, xəstə olduğuna görə müvafiq sənədləri dərk edərək imzalaya bilmir. Bu səbəbdən də hazırki ərizə ilə müraciət olmuşdur. Odur ki, ərizəsinin təmin edilməsini, 26 aprel 1977-ci il təvəllüdlü bacısı Qəribova (Bayramova) Gülçimə Böyükağa qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş edir. Məhkəmə baxış iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Xaçmaz rayonunun Vasilyevka kəndində anadan olmuşdur. İş materiallarında olan Vİİİ-JQ seriyalı 290251 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Xaçmaz rayonunun Vasilyevka kəndində doğulmuşdur. Onun atası X7, anası X5r. İş materiallarında olan İV-JQ seriyalı 475066 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1977-ci ildə Xaçmaz rayonunun Vasilyevka kəndində doğulmuşdur. Onun atası X7, anası X5r. İş materiallarında olan ambulator stasionar xəstənin tibb kartasından çıxarışdan müəyyən olunur ki, X3 paranoid şizofreniya diaqnozu qoyulub. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X1 xx.xx.2023-cü il tarixli 1505 saylı məktubundan görünür ki, Xaçmaz rayonunun Ağçay kəndində yaşayan, xx.xx.1977-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Quba rayon PNRM-də stasionar müalicədə olmuşdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetməni Birliyi” X16 “Xaçmaz rayon Mərkəzi” X14 Şəxsin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1977-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdən Psixiatrik kabinetdə “Paranoid Şizofreniya, fasizləsiz gedişli” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 1272 saylı rəyindən müəyyən olunur ki, xx.xx.1977-ci il təvəllüdlü X4 şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil, psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar