Məhkəmə qərarları › İş №2(067)-528/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-528/2025

22.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-528/2025 22.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz rayon Qaz İdarəsinin tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və 31 mart 2022-ci il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 745.20 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanında yerləşən ev ona məxsusdur. Komunal xərclər onun adına gedir. Evdə guya smart sayğacın element yuvasının qapağının ətrafında kənar təsir izləri aşkar olunmuş, sayğac mənfiyə işləmişdir. Buna görə ona Azəriqazın əməkdaşları 31 mart 2022-ci il tarixdə ******* nömrəli akt yazaraq onu cəmi 745.20 manat cərimə ediblər. Hansı ki, onun sayğacı bayırda yerləşir və onun heç nədən xəbəri olmamışdır. Əlavə olaraq sayğaca hər hansı bir müdaxilə olunmamışdır. Bunu Qaz idarəsinin nəzarətçiləri də bilir. Onun qaz sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Cavabdeh İB-nə müraciət etmişdir. Onlar hər dəfə bir bəhanə gətirərək yayınmışlar, ona qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırmışlar, hətta o, küçənin nəzarətçilərinə də bu barədə dəfələrlə bildirmişdir. O, hər ay istifadə etdiyi qaz sərfiyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri də var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. 31 mart 2022-ci il tarixdə ******* nömrəli akt əsassız yazılıb. Akt yazılarkən onun xəbəri olmamışdır. Evə bildiriş gəlmişdir ki, onun “Azərqaz” İB-yə 745.20 manat borcu var. Halbuki onun borcu yoxdur, onun evinə baxış keçirilsə evində olan sayğacın duzgun işlədiyini, həmin sayğaca heç nə qoşulmadığını sübut edə bilər və heç bir əlavə istifadə olunmamışdır. O, bu borcla bağlı Cavabdeh İB X10 İstismar İdarəsinə müraciət etsə də hələdə əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi 31 mart 2022-ci il tarixdə Azəriqazın əməkdaşları tərəfindən yazılan ******* nömrəli akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Lakin qaz xəttindən hansı səbəbdən kənar qaz xəttinə qoşularaq qazdan istifadə edilməmiş və onun üçün əsassız borc hesablanmışdır. Bildirmək istəyir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduqunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatdar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayyinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin onun sayğacını açıb götürəndə bunların heç biri olmayıb. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, Azəriqazın əməkdaşları onun xəbəri olmadan sayğacı dəyişdirərək smart tipli quraşdırmışlar. Aktı oğlu imza edib, lakin nəyi imzaladığını bilməyib. Çöldə quraşdırılmış sayğaca görə vətəndaş məsuliyyət daşımır. O, radiator deyil, İran peçi işlədir. O, özü də Azəriqazın əməkdaşı olmuşdur. Cavabdeh tərəfindən aparılmış yoxlamanın nəticələrinə əsasında yazılmış 745.20 manat pulun silinmısi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh İB-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddianı qəbul etmir. iddiaçının qaz sayğacında kənar xətt olmamışdır, sadəcə sayğaca kənar təsir olmuş, buna görə də sayğac mənfiyə işləmişdir. Belə ki, akt 2019-cu ildə yazılmışdır. Labaratoriya rəyinə əsasən sayğaca müdaxilə akşar olunmuşdur. Sonradan smart tipli sayğac quraşdırılmışdır. Sayğac mənfiyə işləmişdir. G4 sayğacın keçiriciliyi sayğaca görə hesablama aparılmışdır. Məhkəmə iclasında iştirak edən mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X3 çıxışında bildirmişdir ki, iddiaçının istifadəsində olan sayğac elektron sayğacdır. PG4 cihazlarla hesablama aparılmamışdır. PG4 12 saat müddət işləyə bilməz. Küçədə quraşdırılmış sayğaclara hər 3 aydan bir baxış keçirilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 mart 2022-ci il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində smart sayğacın element yuvasının qapağının ətrafında kənar təsir izləri aşkar olunmuş, sayğac mənfiyə işləmişdir. «Dəymiş ziyanın bərpasına dair» 31 mart 2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2022-ci il tarixli, ******* №-li akta əsasən cəmi 4320 m3 həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 745.20 manat məbləğində ziyan hesablanmışdır. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X9 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 6.5-ci bəndinə əsasən Qanunsuz qoşulma hallan aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpayiayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyəti! nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpayiayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5- 1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5- 1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi: 6.5-1.3-istehlakçmın istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci bəndinə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma hallan aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 3.1.10-cu maddəsinə bu Qaydaların 2.11-1 -ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Lakin həmin dövrdə qüvvədə olan “Qaz təchizatı haqqında" qanunun 13-cü maddəsinin 8-1 bəndinin tələbləri nəzərə alınmamışdır. 13-cü maddəsinin 8-1.-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 745.20 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə smart sayğacın element yuvasının qapağının ətrafında kənar təsir izləri aşkar olunmuş, nəticədə sayğac mənfiyə işləmişdir. Bununla əlaqədar 31 mart 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Lakin, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 259.20 manat olması müəyyən edilmişdir ((1.2x12x90=1296 kub metr + 0.8x12x90=864 kub metr) = 2160 x 0,12 manat (tarif) = 259.20 manat). Belə ki, iddiaçının evinde iki cihaz – qaz peçi (PQ-4) və 1 ədəd qızdırıcı radiator (RD) aşkar edilmişdir. Sayğaca kənar təsir nəticəsində sayğacın mənfiyə işləməsi halı üçün zərər qaz qurğusuna sonuncu baxışın keçirildiyi 31 mart 2022-ci il tarixdən həmin tarixə qədər keçirilmiş 3 ay (90 gün) əvvəlki baxış dövrü nəzərə alınmaqla hesablanmalıdır. Bu mənada, mübahisəli 745.20 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 259.20 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və 31 mart 2022-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış cərimənin tam silinməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1 -ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli, Cavabdeh Xaçmaz X8 İdarəsi tərəfindən 31 mart 2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 486 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 486 manata görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddia tələbi qismən təmin olunduğundan, Cavabdehndən iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Xaçmaz X8 İdarəsi tərəfindən 31 mart 2022-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanaraq İddiaçı abunə koduna (**********10090) köçürülmüş 486 manat borc hesabdan silinsin. Cavabdeh İB-dən 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar