Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-549/2024 29.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva SəbinəCavanşir qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17 və X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasdan payların müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən Cavabdeh adına “Torpağın mülkiyyətə verilməsinə dair” X12 verilmiş JN-2693 saylı, 30209018 kodlu şəhadətnaməyə əsasən Yergüc kəndi ünvanında yerləşən 0.41 ha torpaq sahəsinin 7/12 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsindən payının, habelə X4 miras qalmış hissədə payların müəyyən edilməsi, Yergüc kəndi ünvanında yerləşən 1972-ci ildə tikilən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 169.4 kv.m olan fərdi yaşayış evinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə mirasdan paylarını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X21 iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum anası X8 birinci növbəli vərəsəsi olaraq ondan miras qalmış yaşayış evinə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün bu ilin iyun ayında Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciətinə cavab olaraq bildirmişdir ki, mərhum anasından miras qalmış evlə əlaqədar 2017-ci ildə Xaçmaz rayon 1 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və miras əmlaka cavabdehin adına vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra vəkil sorğusu ilə Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2017-ci il tarixli, 2V-54 nömrəli vərəsəlik işinin surətini əldə etmişlər. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, X-749 nömrəli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2017-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Cavabdeh adına verilmiş şəhadətnamə üzrə xx.xx.1999-cu il tarixdə X12 verilmiş qeydiyyat vəsiqəsinə əsasən Yergüc kəndi ünvanında yerləşən 1972ci ildə tikilən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 169.4 kv.m olan fərdi yaşayış evinin 7/12 hissəsinə Cavabdeh adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, evin 1/12-hissə olmaqla onun və üçüncü şəxslərin adına açıq saxlanılmış, üçüncü şəxslərdən X9 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2017-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Cavabdeh adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” X26ma verilmiş JN-2693 saylı, 30209018 kodlu şəhadətnaməyə əsasən Yergüc kəndi ünvanında yerləşən 0.41 ha torpaq sahəsinin 7/12 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, torpaq sahəsinin 1/12 hissə olmaqla onun və üçüncü şəxslərin adına açıq saxlanılmış, üçüncü şəxslərdən X9 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat Ofisi vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri tərtib edərkən yalnışlığa yol vermiş, bütövlükdə 0.41 ha torpaq sahəsini vəsiyyət üzrə vərəsəliyin predmeti kimi qəbul etmişdir. Halbuki qeyd olunan torpaq sahəsi mərhum anası X22 ilə bərabər altı nəfərin birgə mülkiyyətidir.“Torpağın mülkiyyətə verilməsinə dair” JN-2693 saylı, 30209018 kodlu şəhadətnaməyə və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, 5/1880 saylı arayışa əsasən mərhum anaları X22 ailə başçısı olmaqla X7, X5, X10, Cavabdeh və onun ümumi birgə mülkiyyətlərinə Xaçmaz rayonunun Yergüc kəndində 0.41 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsində mövcud olan 1972-ci ildə tikilmiş 2 mərtəbəli, 4 otaqlı, 169,4 kv.m ümumi sahəsi, 84,2 kv.m yaşayış sahəsi və 85,2 kv.m yardımçı sahəsi olan fərdi yaşayış evi tam olaraq mərhum anaları X8 adına qeydə alınmışdır. Torpaq sahəsində onun payı şəhadətnaməyə uyğun olaraq 0,068 ha təşkil edir. Mərhum anasından miras qalmış 1/12 hissəni də üstünə gəldikdə, yəni 0,034 ha hissəni üzərinə gəldikdə onun payı 0,10 ha təşkil edir. Habelə evdən, yəni 169,4 kv.m ümumi sahəsi olan evdən onun payı 1/12 hissədə 14,11 kv.m təşkil edir. Qeyd edir ki, torpaq sahəsinin özünə məxsus hissəsində yaşayış evi tikərək ailəsiylə birlikdə orada yaşayır. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən (mülkiyyət sənədinin alınıb-alınmaması ona məlum deyildir.) evin əsas mülkiyyətçisi olan Cavabdeh təklif etmişdir ki, evdən ona çatası 14,11 kv.m hissənin dəyəri olan 14000 (on dörd min) manat pulu rəsmi surətdə ona versin. Bu halda evdəki payından qanuna müvafiq olaraq imtina edəcək və yaxud bağışlama yolu ilə mülkiyyətindən çıxardacaqdır. Məlumat üçüncü şəxslərə də ünvanlanmışdır. Lakin heç bir cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iş üzrə izahatlarında göstərmişdir ki, o, atasından və anasından miras qalmış əmlak payından öz payına düşən əmlak barədə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdehlərlə bu barədə razılıq əldə olunmamışdır. Cavabdeh 0.41 ha torpaq sahəsindən ona 0.06 ha torpaq sahəsi təklif edir, lakin o, buna razı deyil. O, 2019-cu ildə həmin həyətyanı torpaq sahəsinin 0.01 ha hissəsində ev tikib oraya köçmüş, həmin evi bankdan kredit götürərək tikib hazırlamışdır. O, 0.06 sot həyətyanı torpaq sahəsini hasarlasada cəmi 0.01 ha hissəsində ev tikmişdir. Torpaq sahəsindən 0.10 ha ayrılıb verilərsə miras əmlakdan payına düşən evdən imtina edər. Onlar 6 uşaq olmuşlar, Şamil, Əsmər, Əsmirə, Arifə, Xuraman və o. Atası 2015-də vəfat etmişdir. 6 uşaq arasında 0.41 ha torpaq sahəsi bölünərsə torpaq sahəsinin yarı hissəsi onun payına düşür. Anasından miras qalmış ev bir bacısına vəsiyyət olunub. Vəsiyyətnamə düzgün yazılmamışdır, o, həmin vəsiyyətnaməni saxta hesab edir. İddia verməsinə səbəb odur ki, 2009-cu ildə anası evi Əsmirə ilə bölməsini demişdir. Ailədə 6 nəfər övlad olmuşlar, bacı-qardaşları onu əmlak payından məhrum ediblər. O, əsas əmlak payı olan 41 sot torpaq sahəsindəki payından məhrum olunmuşdur. Orada torpaq sahəsi ümumilikdə 41 sotdur. Anasının mirası Yergüc kəndində yaşayış evi və torpaq sahəsidir. Hamısı orada yaşamışlar. O, 2019-cu ildə həmin həyətdə yaşayış evi tikib çıxmışdır. 7 sot torpaq sahəsi ayırıb oradan çıxmışdır. Köhnə evdə Əsmərlə Əsmirə yaşayır. O, ümumiyyətlə vərəsəlik üzrə evdən və həyətyanı torpaq sahəsindən qanuna uyğun payının müəyyən olunmasını istəyir. Bacıları anasının başını aldadıb dərman verib nəsə yedirdərək notariusa apararıb sənədlərə imza etdiriblər. Həmin vaxt anası beyin xəstəsi idi, ağlı o dərəcədə yerində deyildi. Verdikləri dərmanlardan ağlını itirmişdi. Onu da əsassız olaraq polisə şikayət edərək 15 gün həbs etdiriblər. Anasının beyin xəstəsi olması barədə sənədləri yoxdur. Amma fakt elə olub. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsini əsasız hesab edir. İddiaçı dəfələrlə ona şər atır, guya onun anasına dərman verib onu ağılsızlaşdırıb notariusa apardığımızı bildirir. Bu əsassızdır. Onlar iddiaçını şər atıb tutdurmamışlar. İddiaçı anasının sağlığında ikən daim evdə münaqişələr yaradıb, anasını həmişə incitmiş, onu hədələyib, balta ilə üstünə gedib, anasını dəfələrlə məhkəməyə salıb, polisə müraciət edib. Torpaq sahəsində bir ev vardır. O, həmin evdə yaşamışdır, hazırda evlidir və Bakı şəhərində yaşayır. Orada isə Əsmirə yaşayır. Anası ilə iddiaçının münaqişəsi iddiaçının arvadına görə olmuşdur. İddiaçının arvadı anası ilə yol getməmiş, daim evdə münaqişə yaratmış, dəfələrlə onlar anasını təhqir etmişlər. Sonra anası da əmlakı ona vəsiyyət etmişdir. Anasına Əsmirə ilə Əsmər baxıblar. Bunlar isə anasını yola verməyiblər. Anası şikayət etmiş və Kamil barəsində 2009-cu ildə inzibati işə də baxılmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, iddianı əsassız hesab edir. Tərəfləri razılaşdırmaq istəsə də, iddiaçı buna razı olmamışdır. 2010-cu ildə vəsiyyətnamə tərtib olunmuşdur. X3 öz əmlakını qızı Cavabdeh vəsiyyət etmişdir. Vəsiyyətnamələr arasında 10 il fərq vardır. Tərəflər arasında razılaşma barədə danışıqlar aparılsa da, heç bir razılaşma əldə olunmamışdır. Tərəflər arasında əmlak mübahisəsinə görə 2009-cu ildə məhkəmədə 2-970 nömrəli iş olmuşdur. Həmin işdə Mələk Şixəmirova iddiaçı olmuşdur. 2010-cu ildə tərtib olunmuş X3 öz əmlakını qızı Cavabdeh vəsiyyət etmiş, həmçinin vəsiyyətnamə ilə oğlu İddiaçı vərəsəlik hüququndan məhrum etmişdir. Mülki Məcəlləsinin 1176-cı maddəsində də vardır ki, şəxs səbəb göstərmədən də vərəsəsini vərəsəlikdən məhrum edə bilər. İddiaçı izahatında bildirir ki, guya onun anası əqli cəhətdən xəstə olub, cavabdeh tərəf dilə tutub, dərman verib notariata apararaq sənədlərə imza etdirib. Özünə görə arqumentlər irəli sürür. Bu hal həqiqətə uyğun hal deyildir. Burada 2 vəsiyyətnamə olub. 1-ci vəsiyyətnamə 2000-ci ildə Xaçmaz rayon Yergüc İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində tərtib edilib. Həmin vəsiyyətnaməni də iddia ərizəsinə əlavə etmişlər. Həmin X3 bildirmişdir ki, evini və bütün əmlakını qızı Cavabdeh vəsiyyət edir. Ondan sonra Mələk Şixəmirova yenə də Notariat Kontorunda öz iradəsini ifadə edərək vəsiyyətnamə tərtib etməklə tam mülkiyyət hüququ əsasında özünə məxsus evini və həyətyanı torpaq sahəsini qızı Cavabdeh vəsiyyət etdiyini bildirmişdir. 2-ci vəsiyyətnamə 2010-cu ildə olmuşdur. Hər iki vəsiyyətnamədə də əmlaklarını qızı Xuramana vəsiyyət etmiş, 2-ci vəsiyyətnamədə oğlu Kamili vərəsəlikdən məhrum etmişdir. Şəxs öz iradə ifadəsi əsasında əmlakı üzərində sərəncam vermiş, ona hər hansı kənar təsir ola bilməzdi. 10 il əvvəl də əmlakını eyni şəxsə vəsiyyət etmişdir, 10 il sonra da eyni övladına əmlakını vəsiyyət etmişdir. Bundan savayı əqdlərin etibarsızlıqı ilə bağlı şəxs 1230-cü maddəsinə əsasən iddia qaldıra bilərdi. Burada da konkret 1231-ci maddəsində göstərilmişdir ki, vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 1245 və 1246-cı maddəsinə əsasən miras şəxsin vəfat etməsi və ya ölmüş elan edilməsi ilə bərabər açılır. Şəxs 08 iyun 2015-ci ildə vəfat etmişdir. Qanunun imperativ norması vardır ki, şəxs vəsiyyətnamənin mübahisələndirilməsi ilə bağlı 2 il ərzində məhkəmədə mübahisə qaldıra bilər. Bu səbəbdən də bu iddia ümumiyyətlə təmin edilə edilə bilməz. Mələk Şixəmirova sağlığında ikən Xaçmaz rayon Polis Şöbəsinə müraciət edərək onun oğlu tərəfindən döyüldüyünü bildirmiş və öz oğlundan imtina etmək istəməsi barədə ərizəsi olmuşdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatında göstərmişdir ki, iddiaçı öz evində yaşayır. O, isə anasının ona vəsiyyət etdiyi evdə yaşayır. Həmin evin kommunal xərclərini o, ödəyir. Miras qalan ev və torpaq sahəsi 6 uşaq arasında bölünməlidir. İddiaçının tələb etdiyi 0.10 ha torpaq sahəsinin ona verilməsinə etiraz edir. O, iddiaçının tələbi ilə razı deyil. Çünki xəstə anasına onlar baxmışlar. Anasının ciyərinə su yığılmışdı, ancaq əqli geriliyi olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinəyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: AZ-İİ seriyalı, 142528 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 ürək-damar çatışmazlığı səbəbilə 21 dekabr 1995-ci ildə vəfat etmişdir. AZ_İİ seriyalı 142527 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 miokardın degenerasiyası səbəbilə 08 iyun 2015-ci ildə vəfat etmişdir. 11 avqust 2000-ci il tarixli X8 vəsiyyətnaməsinin surətindən müəyyən olunur ki, X22 özünə məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evini, həyəyyanı torpaq sahəsini və özəl torpaq payını ölümündən sonra qızı Cavabdeh vəsiyyət etmişdir. 29 iyul 2010-cu ildə tərtib olunmuş vəsiyyətnamənin surətindən müəyyən olunur ki, ünvan 1ində yaşayan X22 həmin vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan ünvan 1ində yerləşən şəxsi evini və həyətyanı torpaq sahəsini Cavabdeh vəsiyyət etmişdir. Bundan başqa oğlu - İddiaçı vərəsəlik hüququndan məhrum etmişdir. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 25 yanvar 2017-ci il tarixli, reyestrdə 2V-52 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 1i ünvanında yaşayan X11r. Şəhadətnamə verilən miras əmlak 113a nömrəli xx.xx.1999-cu il tarixdə X12 verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1ində yerləşən 1972-ci il tarixdə tikilən mərtəbəliyi 2, yaşayış otaqlarının sayı 4, ümümi sahəsi 169.4 kvm, yaşayış sahəsi 84.2 kvm, yardımçı sahəsi 85.2 kvm olan fərdi yaşayış evinin 1/12 hissəsindən ibarətdir. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 25 yanvar 2017-ci il tarixli, reyestrdə 2V-53 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 1i ünvanında yaşayan X11r. Şəhadətnamə verilən miras əmlak Torpağın Mülkiyyət hüququna dair X12 verilmiş JN-2693 kodu 30209018 olan şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən 0.41 ha torpaq sahəsinin 1/12 hissəsindən ibarətdir. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 25 yanvar 2017-ci il tarixli, reyestrdə 2V-54 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz 1 saylı DNK tərəfindən xx.xx.2010-cu ildə təsdiq edilən və reyestrdə 474 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi ünvan 1i ünvanında yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak 113a nömrəli xx.xx.1999-cu il tarixdə X12 verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1ində yerləşən 1972-ci il tarixdə tikilən mərtəbəliyi 2, yaşayış otaqlarının sayı 4, ümümi sahəsi 169.4 kvm, yaşayış sahəsi 84.2 kvm, yardımçı sahəsi 85.2 kvm olan fərdi yaşayış evinin 7/12 hissəsindn ibarətdir. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 25 yanvar 2017-ci il tarixli, reyestrdə 2V-55 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz 1 saylı DNK tərəfindən xx.xx.2010-cu ildə təsdiq edilən və reyestrdə 474 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi ünvan 1i ünvanında yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Torpağın Mülkiyyət hüququna dair X12 verilmiş JN-2693 kodu 30209018 olan şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən 0.41 ha torpaq sahəsinin 7/12 hissəsindən ibarətdir Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrinin 28 dekabr 2016-cı il tarixli, 5/1880 saylı arayışının surətindən müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X22, İddiaçı, Cavabdeh, X17, X24 və X25 fərdi yaşayış evi üzərində mülkiyyətçilərdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-2693 kodu 30209018 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, 30 dekbar 1996-cı il tarixli Aqrar İslahat Komissiyasının qərarına əsasən X22, İddiaçı, Cavabdeh, X17, X24 və X10 paylı mülkiyyətlərinə ünvan 1ində yerləşən 0.41 ha torpaq sahəsi verilmişdir. ünvan 1i İƏD üzrə nümayəndəsinin 05 yanvar 2017-ci il tarixli 133 nömrəli arayışının surətindən müəyyən olunur ki, X22 xx.xx.1933-cü il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 1ində yaşamış, orada da xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır: qızı - X24, oğlu – X27, oğlu - İddiaçı, qızı – X18, qızı – X25, qızı – Cavabdeh. Ölümündən sonra evi və təsərrüfatı qızı X18 idarə edir. X17 tərəfindən Xaçmaz Notariat Kontoruna ünvanlanmış 18 yanvar 2017-ci il tarixli məktubdan müəyyən olunur ki, X17 anası X8 xx.xx.2015-ci il tarixli vəfatından sonra miras qalmış torpaq sahəsi və üzərində yerləşən yaşayış evindən vərəsə olan bacı və qardaşları X19, İddiaçı, X13 və X14 məcburi pay hüququ vərəsəlik şəhadətnaməsi, bacısı Cavabdeh isə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.2.-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. X4 miras qalmış əmlaklar, yəni miras kütləsi – xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyətində olan Xaçmaz rayonunun Yergüc kəndində yerləşən fərdi yaşayış evindən və torpağın mülkiyyətə verilməsinə dair JN-2693 kodu 30209018 olan şəhadətnaməyə əsasən İddiaçı, Cavabdeh, X20, X24 və X25 ilə birgə paylı mülkiyyətində olan Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 0.41 ha torpaq sahəsindəki 1/6 hissə (0,68 ha) payından ibarət olmuşdur Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1222-ci maddəsindən görünür ki, əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır. Məhkəmə hesab edir ki, iş materiallarında olan X8 xx.xx.2000-ci il tarixli və xx.xx.2010-cu il tarixli vəsiyyətnamələrindən sonuncu tarixə olan xx.xx.2010-cu il tarixli vəsiyyətnaməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1231.1-ci maddəsindən görünür ki, vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 1146-cı maddəsindən görünür ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə hesab edir ki, qanunvericilikdə vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddianın mirasın açıldığı gündən iki il ərzində irəli sürülməsi nəzərdə tutulsa da, İddiaçı bu müddəti ötürmüşdür. Belə ki, X22 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və həmin tarixdə miras açılmış, eyni zamanda X8 xx.xx.2010-cu il tarixli vəsiyyətnaməsi qüvvəyə minmişdir. İddiaçı anası X8 öldüyü xx.xx.2015-ci il tarixdən sonra iki il müddətində bu hüququndan istifadə etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1139-cu maddəsindən görünür ki, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1203.2-ci maddəsindən görünür ki, məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məhkəmə hesab edir ki, X22 xx.xx.2010-cu il tarixli vəsiyyətnaməsində oğlu İddiaçı vərəsəlik hüququndan məhrum etməsini qeyd etsə də, sağlığında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1139-cu və 1203.2-ci maddələrində nəzərdə tutulduğu qaydada ləyaqətsiz vərəsə kimi oğlunun vərəsəlik hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Ona görə də İddiaçı ləyaqətsiz vərəsə hesab oluna bilməz. Belə olan halda İddiaçı anasından miras qalmış əmlaka vərəsəlik hüququ mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1143-cü maddəsindən görünür ki, şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsində İddiaçı anası X1 söydüyünü döydüyünü, incitdiyini və bu səbəbdən anası tərəfindən vəsiyyətnamədə vərəsəlik hüququndan məhrum edildiyini, özlərinin də hazırda İddiaçı vərəsəlik hüququndan məhrum edilməsini istədiklərini və ona anasından pay verilməsinin düzgün olmadığını qeyd etsə də, İddiaçı ləyaqətsiz vərəsə sayılması barəsində həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində iddia irəli sürməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsindən görünür ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsindən görünür ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-cü maddəsindən görünür ki, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, İddiaçı vəsiyyət edən X8 birinci növbəli vərəsəsi olduğundan vəsiyyətnamənin məzmunundan aslı olmayaraq mirasda məcburi payı vardır. Belə olan halda İddiaçı tələbi üzrə vərəsəlik hüququ təmin olunmalıdır. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ MƏCƏLLƏSİNİN: 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu 60-cı maddəsinə əsasən Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. MƏHKƏMƏNİN GƏLDİYİ NƏTİCƏ: Qeyd olunanlara əsasən məhkəmə iddianın birinci tələbi ilə bağlı qeyd edir ki, Xaçmaz rayon Notariat Ofisi tərəfindən Cavabdeh və X6 adına verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiyin tələblərinə uyğun tərtib olunmuşdur. Belə ki, Cavabdeh və X6 adına verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. İddiaçı sözügedən şəhadətnamələrin etibarsız hesab edilməsinin əsasını təsdiq edən sənədi və sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iddianın mirasdan payların müəyyən edilməsi tələbi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ləyaqətsiz vərəsə hesab olunmamış və vərəsəlik hüququndan məhkəmə qaydasında məhrum edilməmişdir. Bundan başqa İddiaçı vəsiyyət edən X8 birinci növbəli vərəsəsi olduğundan vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Habelə Xaçmaz rayon Notariat Ofisi tərəfindən Cavabdeh və X6 adına verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qeyd hissəsində ünvan 1ində yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən paylar müəyyən edilərkən hər birinə 1/12 hissə olmaqla X7, X16, İddiaçı və X10 adına payları açıq saxlanılmışdır. JN-2693 saylı, 30209018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0.41 ha torpaq sahəsi X8, İddiaçı, Cavabdeh, X6, X7 və X10 ümumi paylı mülkiyyətə verilib. Bununla da hər birinə 1/6 hissə pay müəyyən edilib. 2015ci ildə vəfat etmiş X22 özünə məxsus olan 1/6 hissə torpaq payını xx.xx.2010-cu il tarixli vəsiyyətnaməyə əsasən Cavabdeh vəsiyyət edib. Beləliklə məhkəmə belə hesab edir ki, İddiaçı, X6, X7 və X10 JN-2693 saylı, 30209018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 0.41 ha torpaq sahəsinin ümumi paydan hər birinə 1/6 hissəsinə və anaları X4 miras qalan 0.068 ha torpaq sahəsinə münasibətdə hər birinə 1/12 hissəsinə payları müəyyən edilməli, Cavabdeh JN-2693 saylı, 30209018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 0.41 ha torpaq sahəsinin ümumi paydan 1/6 hissəsinə və anası X4 miras qalan 0.068 ha torpaq sahəsinə münasibətdə 7/12 hissəsinə payı müəyyən edilməli, X16 anası X4 miras qalan 0.068 ha torpaq sahəsinə münasibətdə 1/12 hissəyə payı müəyyən edilməli, İddiaçı, X16, X6, X7 və X10 xx.xx.1999-cu il tarixdə X12 verilmiş 113a nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 1972-ci il tarixdə tikilən 2 mərtəbəli, 4 otaqlı, ümümi sahəsi 169.4 kv.metr, yaşayış sahəsi 84.2 kv.metr, yardımçı sahəsi 85.2 kv.metr olan fərdi yaşayış evinin 1/12 hissəsinə payları müəyyən edilməli, Cavabdeh xx.xx.1999-cu il tarixdə X12 verilmiş 113a nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 1972-ci il tarixdə tikilən 2 mərtəbəli, 4 otaqlı, ümümi sahəsi 169.4 kv.metr, yaşayış sahəsi 84.2 kv.metr, yardımçı sahəsi 85.2 kv.metr olan fərdi yaşayış evinin 7/12 hissəsinə vəsiyyət üzrə vərəsəlik qaydasında payı müəyyən edilməli, 25 dekabr 2017-ci il tarixdə Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş və reyestrdə 2V-54 nömrə və 2V-55 nömrə ilə qeydə alınmış vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və 25 dekabr 2017-ci il tarixdə Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş və reyestrdə 2V-52 nömrə və 2V-53 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində iddia isə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən göründüyü kimi, iddiaçı ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etməmişlər. Belə olan halda, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı, X6, X7 və X10 JN-2693 saylı, 30209018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 0.41 ha torpaq sahəsinin ümumi paydan hər birinə 1/6 hissəsinə və anaları X4 miras qalan 0.068 ha torpaq sahəsinə münasibətdə hər birinə 1/12 hissəsinə payları müəyyən edilsin. Cavabdeh JN-2693 saylı, 30209018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 0.41 ha torpaq sahəsinin ümumi paydan 1/6 hissəsinə və anası X4 miras qalan 0.068 ha torpaq sahəsinə münasibətdə 7/12 hissəsinə payı müəyyən edilsin. X16 anası X4 miras qalan 0.068 ha torpaq sahəsinə münasibətdə 1/12 hissəyə payı müəyyən edilsin. İddiaçı, X16, X6, X7 və X10 xx.xx.1999-cu il tarixdə X12 verilmiş 113a nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 1972-ci il tarixdə tikilən 2 mərtəbəli, 4 otaqlı, ümümi sahəsi 169.4 kv.metr, yaşayış sahəsi 84.2 kv.metr, yardımçı sahəsi 85.2 kv.metr olan fərdi yaşayış evinin 1/12 hissəsinə payları müəyyən edilsin. Cavabdeh xx.xx.1999-cu il tarixdə X12 verilmiş 113a nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 1972-ci il tarixdə tikilən 2 mərtəbəli, 4 otaqlı, ümümi sahəsi 169.4 kv.metr, yaşayış sahəsi 84.2 kv.metr, yardımçı sahəsi 85.2 kv.metr olan fərdi yaşayış evinin 7/12 hissəsinə vəsiyyət üzrə vərəsəlik qaydasında payı müəyyən edilsin. 25 dekabr 2017-ci il tarixdə Xaçmaz rayon Notariat Ofisi tərəfindən təstiq olunmuş və reyestrdə 2V-54 nömrə və 2V-55 nömrə ilə qeydə alınmış vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və 25 dekabr 2017-ci il tarixdə Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş və reyestrdə 2V-52 nömrə və 2V-53 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində iddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №2(067)-549/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-549/2024
29.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver