Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-559/2025 03.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Agentliyinin Xaçmaz filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, "xxxx" ASC əməkdaşları tərəfindən əsasız olaraq 01 iyul 2024-cü il tarixli, ART R №346304 nömrəli akta əsasən yazılmış 2698.15 manat işıq pulu borcunun 1700 manat hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, ünvan 1-də yaşayır. Kommunal xərclər onun adına gəlir. "xxxx" ASC-nin əməkdaşları işıq sayğacı gərginlikdən əridiyi üçün yenisi ilə əvəz olunmasından ötrü köhnə sayğacı aparıblar. Bu barədə 01 iyul 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları ART R №346304 nömrəli akt yazmışlar. Lakin sayğac bir gün müddətində yenisi ilə əvəz olunmalı halda, yeni sayğacı 04 aydan sonra gətirib quraşdırmışlar. Bundan sonra sərfiyyatı 04 ay üçün 24 saatlıq istifadə ilə hesablayaraq ona 2698.15 manat işıq sərfiyyatına görə borc hesablamışlar. "xxxx" ASC-nin əməkdaşları gəlib evinin işiğını kəsmək istəyəndə onun sayğacına borc yazıldığından xəbəri oldu. Soruşanda ki, işığını niyə kəsirlər, bildirdilər ki, 2700 manat işıq sərfiyyatı üçün borcun var. O, "xxxx" ASC-yə əsassız yazılan borcun silinməsi üçün müraciət etsə də, borcu silməkdən imtina edildi. "xxxx" ASC heç bir əsas olmadan bir-iki il qədər böyük bir müddətin enerji sərfiyyatını hesablayıb onun adına qanunsuz yazıblar. Onun 4 ay üçün maksimim sərfiyyatı 1000 manatdan yuxarı ola bilməz, 4 aya 2700 manat işıq sərfiyyatının olması mümkün deyil. O, 2700 manat işıq sərfiyyatını bir il, il yarım müddətə istifadə edə bilər. O, borcun silinməsi üçün "xxxx" ASC-nin regional satış müdirinin qəbulunda olmuş, lakin hər dəfə bir bəhanə ilə haqsız və qanunsuz yerə yazılan borcu silməkdən boyun qaçırıblar. Onun işıq sərfiyyatına ən çox halda 1000 manat borcu var, 1700 manat onun borcundan silinməlidir. O, hər ay nəzarətçinin ona dediyi borcu vaxtlı-vaxtında ödəmiş, qəbzləri var. Həmçinin işiq verilişinin kəsilməməsi üçün əlavə 1500 manat vəsaitdə ödəmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsas olmadan hesablanmış 2698.15 manat işıq pulu borcunun 1700 manat hissəsinin silinməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Sayğac evdən kənarda küçədə yerləşir. Sayğacda ərimə olub. Müraciət etsə də 4 ay sonra dəyişiblər və onunla razılaşma etmədən məbləğ təyin ediblər. Cavabdehə müraciət edərək razılığa gəlmək istəsə də, nəticə əldə edə bilməmişdir. Təyin edilmiş məbləğ yüksəkdir və orta enerji sərfiyatına uyğun deyil. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. O, sayğacın gec quraşdırılması ilə bağlı dəfələrlə idarəyə getmişdir. Hər dəfə ona bildirmişdilər ki, 1 aylıq əvvəlki ödənişlərə uyğun olaraq hesablama aparılacaq. O, iddiada qeyd etdiyi məbləği əvvəlki ödənişlərə görə hesablamışdır. Asan xidmətdən invoysları alıb hesablamışdır. Həmin vaxt yay ayları idi. Yay aylarında isə enerji sərfiyyatı çox olmur. “X3 Qaydaları”nın 8.16-cı bəndinə əsasən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Bununla bağlı iddiaçı məhkəmə iclasında izahat verərkən cavabdehlə həmin hissədə razılıq əldə edə bilmədiyini və hesabatın qaydalara uyğun şəkildə uçot pozulana qədər olan dövrün orta gündəlik sərfinə uyğun aparlmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Agentliyinin Xaçmaz filialının nümayəndəsi X5 izahatında göstərmişdir ki, təqdim edilmiş sənədlər və **********09010 saylı kod üzrə abonent dövriyyəsi təhlil edilərkən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin nümayəndələri tərəfindən vətəndaşa məxsus fərdi yaşayış evinin 3 fazlı elektrik sayğacına (çöldə quraşdırılmış) baxış keçirilərkən sayğacın sıxaclar kolodkasının əriməsi barədə R 346304 nömrəli akt tərtib olunmuş, fərdi yaşayış evinin orta gündəlik enerji sərfiyyatı nəzərə alınmadan 117 gün müddəti üçün itirilmiş elektrik enerjisinin miqdarı 21,955 kVts, dəyəri 2798,15 manat məbləğində hesabat aparılaraq abonentin dövriyyəsinə daxil edilmişdir. Qüsurlu sayğac 93 gün sonra 630397 nömrəli protokola əsasən xx.xx.2024-cü il tarixdə dəyişdirilmişdir. Həmçinin, elektrik sayğacının sıxaclar kolodkasının əriməsində bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın (bundan sonra - Qaydalar) 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında) quraşdırılmış hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmçinin, Qaydaların 8.16-cı bəndinə əsasən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məsələ ilə bağlı vətəndaşın bundan əvvəl Energetika Nazirliyinə daxil olmuş xx.xx.2024-cü il tarixli müraciəti araşdırılmış və R346304 nömrəli aktın hesabatına Qaydaların 8.16-cı bəndinin tələblərinə uyğun yenidən baxılması üçün "xxxx" ASC-yə məktub göndərilmişdir. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən komissiyada aktın hesabatına yenidən baxılmış və xx.xx.2024-cü il tarixdə dəyəri 643,50 manat olmaqla 5850 kVts sərfiyyat abonentin hesabından silinmişdir. Lakin komissiyada aktın hesabatına yenidən baxılan zaman itirilmiş elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrünün bir aydan artıq olmaması şərti nəzərə alınmadan qalan 2154,65 manat məbləğ abonentin hesabında borc kimi saxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq, R 346304 nömrəli aktın hesabatına Qaydaların 8.16-cı bəndi (elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrünün bir aydan artıq olmaması şərti) nəzərə alınmaqla yenidən baxılması məqsədəuyğun hesab olunur. Abonent vərəqinə əsasən uçot pozulana qədər olan dövr üçün fərdi yaşayış evində istifadə olunan elektrik enerjisinin miqdarı va dəyəri 2024-cü ilin iyun ayı üçün (3584 kVt: 34 gün) x 30 gün = 3162 kVt, 200 kVt x 0,08 manat = 16 manat, 100 kVt x 0,09 manat = 9 manat, 2862 kVt x 0,13 manat = 372,06 manat, cəmi 16+9+372,06=397,06 manat təşkil edir. Uçot bərpa edildikdən sonrakı dövr üçün fərdi yaşayış evində istifadə olunan elektrik enerjisinin miqdarı va dəyəri isə 2024-cü ilin noyabr ayı üçün (2941 kVt: 32 gün) x 30 gün = 2757 kVt, 200 kVt x 0,08 manat = 16 manat, 100 kVt x 0,09 manat = 9 manat, 2457 kVt x 0, 13 manat = 319,41 manat, cəmi 16+9+319,41=344,41 manat təşkil edir. İş üzrə cavabdehə rəsmi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etmədiyini və məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, o cümlədən verilmiş mütəxəssis rəyini araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. - Abunə haqqında çıxarışdan müəyyən olunmuşdur ki, abonent İddiaçı istifadə olunan elektrik enerjisinə görə 01 iyul 2024-cü il tarixli, ART R №346304 saylı akta əsasən 2798.15 manat işıq pulu borcu hesablanmışdır. - X2 Agentliyinin Xaçmaz filialının xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində "Azərişıq” ASC-nin nümayəndələri tərəfindən vətəndaşa məxsus fərdi yaşayış evinin 3 fazlı elektrik sayğacına (çöldə quraşdırılmış) baxış keçirilərkən sayğacın sıxaclar kolodkasımn əriməsi barədə R 346304 nömrəli akt tərtib olunmuş, fərdi yaşayış evinin orta gündəlik enerji sərfiyyatı nəzərə alınmadan 117 gün müddəti üçün itirilmiş elektrik enerjisinin miqdarı 21,955 kVts, dəyəri 2798,15 manat məbləğində hesabat aparılaraq abonentin dövriyyəsinə daxil edilmişdir. Qüsurlu sayğac 93 gün sonra 630397 nömrəli protokola əsasən xx.xx.2024-cü il tarixdə dəyişdirilmişdir. Həmçinin, elektrik sayğacının sıxaclar kolodkasımn əriməsində bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın (bundan sonra - Qaydalar) 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında) quraşdırılmış hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmçinin, Qaydaların 8.16-cı bəndinə əsasən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrünorta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məsələ ilə bağlı vətəndaşın bundan əvvəl Energetika Nazirliyinə daxil olmuş xx.xx.2024-cü il tarixli müraciəti araşdırılmış və R 346304 nömrəli aktın hesabatına Qaydaların 8.16-cı bəndinin tələblərinə uyğun yenidən baxılması üçün "xxxx" ASC-yə məktub göndərilmişdir. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən komissiyada aktın hesabatına yenidən baxılmış və xx.xx.2024-cü il tarixdə dəyəri 643,50 manat olmaqla 5850 kVts sərfiyyat abonentin hesabından silinmişdir. Lakin komissiyada aktın hesabatına yenidən baxılan zaman itirilmiş elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrünün bir aydan artıq olmaması şərti nəzərə alınmadan qalan 2154,65 manat məbləğ abonentin hesabında borc kimi saxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq, R 346304 nömrəli aktın hesabatına Qaydaların 8.16-cı bəndi (elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrünün bir aydan artıq olmaması şərti) nəzərə alınmaqla yenidən baxılması məqsədəuyğun hesab olunmuşdur. Abonent vərəqinə əsasən uçot pozulana qədər olan dövr üçün fərdi yaşayış evində istifadə olunan elektrik enerjisinin miqdarı və dəyəri 2024cü ilin iyun ayı üçün (3584 kVt: 34 gün) x 30 gün = 3162 kVt, 200 kVt x 0,08 manat = 16 manat, 100 kVt x 0,09 manat = 9 manat, 2862 kVt x 0,13 manat = 372,06 manat, cəmi 16+9+372,06 = 397,06 manat təşkil edir. Uçot bərpa edildikdən sonrakı dövr üçün fərdi yaşayış evində istifadə olunan elektrik enerjisinin miqdarı və dəyəri isə 2024-cü ilin noyabr ayı üçün (2941 kVt: 32 gün) x 30 gün = 2757 kVt, 200 kVt x 0,08 manat = 16 manat, 100 kVt x 0,09 manat = 9 manat, 2457 kVt x 0, 13 manat = 319,41 manat, cəmi 16+9+319,41=344,41 manat təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X3 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X3 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X3yə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X3yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır. Elektrik sayğacı mənzildən kənar tərəfində quraşdırıldığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik enercisindən istifadə qaydalarının 7.11-ci və 8.32-ci bəndlərinə əsasən evin mülkiyyətçisi sayğaca və ya qoşulma sxeminin dəyişdirilməsinə və müdaxilə edilməsinə görə cavabdehlik daşımır. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının X3 qaydalarını pozması halı iş materialları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapmır. Mütəxəssis rəyindən göründüyü kimi, abonent vərəqinə əsasən uçot pozulana qədər olan dövr üçün fərdi yaşayış evində istifadə olunan elektrik enerjisinin miqdarı və dəyəri 2024-cü ilin iyun ayı üçün 397,06 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, "Azərişıq” ASC-nin xx.xx.2024-cü il tarixli R 346304 nömrəli aktı ilə 2798,15 manat məbləğində borc abonentə qanunvericiliyin tələblərinə əsaslanmadan hesablanmışdır. Abonentin borc hesabına etdiyi 1500 manat ödənişi borcun etirafı deyil, elektrik enerjisi təchizatının kəsilməməsi məqsədilə olmuşdur. Vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən komissiyada aktın hesabatına yenidən baxılaraq xx.xx.2024-cü il tarixdə yalnız 5850 kVts sərfiyyat üçün 643,50 manat abonentin hesabından silinmişdir. Beləliklə, hesablanmış cəmi 2798,15 manat məbləğində borcdan mütəxəssis rəyi ilə müəyyən olunmuş abonentə hesablanmalı olan 397,06 manat, eləcə də "xxxx" ASC-nin özü tərəfindən silinmiş 643.50 manat məbləğlər nəzərə alınmaqla abonentin hesabından 1757.59 manat pul silinməlidir. Lakin iddiaçı iddia tələbində ona hesablanmış 2698.15 manat borcundan 1700 manat hissəsinin silinməsini xahiş etdiyinə görə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 37 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı (abunə kodu **********09010) xx.xx.2024-cü il tarixli R 346304 nömrəli akt əsasında hesablanmış 2798,15 manat borcdan 1700 manat pul silinsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 37 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-559/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-559/2025
03.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver