Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-560/2025 04.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən dəymiş ziyanın bərpası üçün hesablanmış 329.40 manat məbləğin və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən dəymiş ziyanın bərpası üçün hesablanmış 4147.30 manat məbləğin abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh Xaçmaz X12 İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon, Bəyqışlaq kəndində yerləşən ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və ünvanına 1647 m3, bu da 0.20 qəpikdən hesablandığı üçün 329 manat 40 qəpik borc yazılmışdır. Başqa bir tarixdə xx.xx.2023-cü il tarixdə Cavabdeh Xaçmaz X12 İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon, Bəyqışlaq kəndində yerləşən ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və ünvanına 34560 m3, bu da 0.12 qəpikdən hesablandığı üçün 4147 manat 30 qəpik borc yazılmışdır. Onun tərəfindən həmin ünvanda heç bir qoşuma halı olmamışdır və onun tərəfindən heç bir qeyri qanuni xətt çəkilərək qazdan qeyri-qanuni istifadə halı olmamışdır. Bu halı Xaçmaz X12 İdarəsinin əməktaşları özləri də görmüşlər. Onun tərəfindən heç bir belə qeyri-neqativ hallar olmamışdır. Öncə onu qeyd edir ki, “ Azəriqaz” İB itirilmiş qazın sərfinə görə hesabatı edilən əməl X9 Agentliyi tərəfindən fakt olaraq təsdiqini tapdıqdan sonra yazılmalıdır. Bundan əlavə ona aparılan hesabat da düzgün aparılmamışdır. Hallar bunlardan ibarətdir: yeni qanunvericilkdə olan dəyişiklikə əsasən hesabat mövsümə uyğun olaraq 3 ay müddətinə aparılmalıdır; hər ay bildiriş verilərkən sayğaca baxılmadılıdir ki, qeyri qanunu qoşulma var ya yox. Ümumiyyətlə əsaslı şəkildə bir ildə 2 dəfədən az olmayaraq qaz xəttlərinə baxış keçirilməlidir. Lakin məhkəmə tərəfindən bu halların heç biri nəzərə alınmamışdır. Ünvana yazılan hesaba ‘Azəriqaz” İB tərəfindən akt əsasında itirdikləri qazın bərpası üçün yazılmalıdır. Lakin Cavabdeh İB ona tam qanunsuz bir miqdarda bu məbləği hesablanmış və məhkəmə buna qiymət vermişdir. İddiaçı 06 mart 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi ilə bağlı ərizə verərək, iddia tələbində mübahisələndirdiyi borclardan yalnız 4147.30 manat borc məbləğinin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, kənar xətt olmuşdur. Lakin həmin kənar xətt qonşunun evinə onun həyətindən keçmiş, yəni onun evinə aidiyyatı olmamışdır və həmin xətdən istifadə etməmişdir. Sadəcə onun həyətindən keçdiyinə görə cərimə ona yazılmışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Kənar xətt aşkar olunmuşdur. Hesablamalar sayğacın maksimum keçiricilik qabiliyyətinə uyğun aparılmışdır. Bu kənar xətt və müdaxilə ilə bağlı məhkəmə qətnaməsi var. Azəriqazın köhnə təlimatına uyğun maksimum məbləğ hesablanmışdır. Hesablanan cərimə 4147.30 manat saldoda da özü əksini tapır. Məhkəmə iclasında iştirak edən mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X8 çıxışında bildirmişdir ki, abonent saldosunda PG4 və radiator göstərilmişdir. İlin mövsümləri nəzərə alınmadan məbləğ hesablanmışdır. PG4 istifadəsi il boyu götürülür. Radiator isə 5 aya vurulur. 3 ay da olsa istilik peçləri nəzərə alınmalıdır. 2023-cü ilin iyul ayında dəyişiilik olmuşdur. Kənar xətt 2023-cü ilin mart ayında aşkar edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 14 mart 2023-cü il tarixli, ******* №-li aktdan müəyyən olunur ki, İddiaçı özünə məxsus Xaçmaz rayonu, Bəyqışlaq kəndindəki fərdi yaşayış evinə sayğacdan kənar qeyri qanuni qazdan istifadə edir. «Dəymiş ziyanın bərpasına dair» 31 mart 2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 mart 2023-cü il tarixli, ******* №-li akta əsasən cəmi 34560 m3 həcmində hesabat aparılmaqla zərər hesablanmışdır. Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyinə görə 4147.30 manat məbləğində ziyan hesablanmışdır. Cavabdeh İB-nin iddiaya qarşı etiraz ərizəsindən müəyyən olunur ki, Xaçmaz TRQİİ-nin Xaçmaz xidmət sahəsinin işçiləri tərəfindən sayğacın laboratoriya rəyinə əsasən abonent Zəbişah Ağabalayev barəsində 23 avqust 2017-ci il tarixdə tərtib edilmiş ******* saylı “Təbii qazdan istifadə Qaydaları’nın pozulması haqqında akta əsasən 329.40 manat itirilmiş qazm bərpası üçün hesablanmış ziyan məbləği məhkəmə qətnaməsinə əsasən 2020-ci ilin noyabr ayında abonent kodundan silinmişdir. Həmin məbləğin "təkrarən iddiaçının kodundan silinməsini tələb etməsi ağlasığmazdır. İkinci aktla bağlı bildirir ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 14 mart 2023- cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Xaçmaz xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilərək 34560 m3 və ya 4147.20 manat itirilmiş qazm ziyanı onun abonent koduna işlənilmiş, abonent aktı heç bir irad bildirmədən X2 tərəfindən imzalanmışdır. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Bundan başqa İddiaçı abonent saldosuna diqqət yetirsək görərik ki, onun sayğacı hətta qış aylarında belə 2-3 manatdn artıq sərfiyyat qeydə almamışdır. Video çəkilişlə abonentin evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nm 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Qaydaların 6.5-3-cü bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş qazm dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazm alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X4 19 mart 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, təhlil nəticəsində məlum olmuşdur ki, “Azəriqaz'’ İB-rsin X15-İstismar İdarəsinin nümayəndələri tərəfindən ünvan 2i ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində istismar olunan ******* nömrəli qaz sayğacı xx.xx.2017-ci il tarixində çıxarılaraq dövlət yoxlamasına göndərilmiş və labaratorrya tərəfindən “sayğacın plastmas qapağının alt hissəsi deşici alətlə deşildi, xəta, normadan artıqdır, sayğac istismara yararsızdır" rəyi verilmişdir. xx.xx.2017- ci il tarixində ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq 1647 m3 qaz həcmi (329 manat 40 qəpik) dəymiş ziyan olaraq hesablanmışdır. xx.xx.2023- cü il tarixində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək İtirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq 4147 manat 20 qəpik, məbləğində borc (34560 m3) abonentin hesabına daxil edilmişdir. Belə ki. Nazirlər Kabinetinin 12 may 2011-ci ii tarixli 80 saylı "Qazdan istifadə Qaydaiarı"nda (bondan sonra Qaydalar) hazırda mövcud olan və iddiaçının iddia ərizəsində etdiyi etdiyi Qaydaların 6.5-ci, 6.5-1.1-ci, 6.5-1.2-ci, 6.5-1.3-cü, 6.5-3-cü, 3.1.10-cu və 3.1.11-ci bəndləri həmin dövrdə mövcud olmamışdır. Beləliklə İddiaçı aid abonent saldosuna baxan zaman 1 ədəd məişət tipli PG-4 qaz plitəsi və 1 ədəd qızdırıcı radiator Xaçmaz RQİİ-nin kompüter qeydiyyatında olduğu müəyyən olunmuşdur, həmçinin dəymiş ziyanın hesabatı zamanı ilin mövsümü nəzərə alınmadığından hesabata yenidən baxılması məqsədəmüvafiq hesab olunur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X14 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 6.5-ci maddəsinə əsasən Qanunsuz qoşulma hallan aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpayiayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyəti! nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci maddəsinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpayiayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5- 1.1.-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5- 1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi: 6.5-1.3-istehlakçmın istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci maddəsinə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma hallan aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 3.1.10-cu maddəsinə bu Qaydaların 2.11-1 -ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Lakin həmin dövrdə qüvvədə olan “Qaz təchizatı haqqında" qanunun 13-cü maddəsinin 8-1 bəndinin tələbləri nəzərə alınmamışdır. 13-cü maddəsinin 8-1.-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 4147.30 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Xaçmaz rayonu, Bəyqışlaq kəndində yerləşən fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 14 mart 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu fakt mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X4 19 mart 2025-ci il tarixli rəyi ilə öz təsdiqini tapır. Belə ki, həmin rəydə İddiaçı aid abonent saldosuna baxan zaman 1 ədəd məişət tipli PG-4 qaz plitəsi və 1 ədəd qızdırıcı radiator Xaçmaz RQİİ-nin kompüter qeydiyyatında olduğu müəyyən olunması, həmçinin dəymiş ziyanın hesabatı zamanı ilin mövsümünün nəzərə alınmadığı qeyd olunmuşdur. Bundan əlavə, qeyd olunan qanunsuz qoşulma halı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərlə, işin mübahisəsiz halına çevrilmişdir. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar ilə bu qanunsuz qoşulma, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 479.52 manat olması müəyyən edilmişdir ((1.2x12x90=1296 kub metr + 1.5x12x150=2700 kub metr) x 0,12 manat (tarif) = 479.52 manat). Belə ki, iddiaçının etirafı və iş materiallarına əlavə edilmiş qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanmasını əks etdirən videogörüntü və digər sənədlər əsasında müəyyən edilmişdir ki, qaz xəttindən istifadə edilməklə iddiaçının evinde iki cihaz – qaz peçi (PQ-4) və 1 ədəd qızdırıcı radiator (RD) aşkar edilmişdir. Sayğacdan kənar qanunsuz qoşulma halı üçün zərər qaz qurğusuna sonuncu baxışın keçirildiyi 14 mart 2023-cü il tarixdən həmin tarixə qədər keçirilmiş 3 ay (90 gün) əvvəlki baxış dövrü və sözügedən kənar xəttin aşkar edildiyi zaman (14 mart 2023-cü il) qış mövsümü olduğunu da nəzərə alaraq 5 ay (150 gün) nəzərə alınmaqla hesablanmalıdır. Bu mənada, mübahisəli 4147.30 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 479.52 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və 14 mart 2023-cü il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış cərimənin tam silinməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1 -ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli, Cavabdeh Xaçmaz X11 İdarəsi tərəfindən 14 mart 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 3667.68 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 3667.68 manata görə 56.67 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddia tələbi qismən təmin olunduğundan, Cavabdehndən iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 56.67 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Xaçmaz X11 İdarəsi tərəfindən 14 mart 2023-cü il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanaraq İddiaçı abunə koduna (**********10020) köçürülmüş 3667.68 manat borc hesabdan silinsin. Cavabdeh İB-dən 56.67 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-560/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-560/2025
04.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver