Məhkəmə qərarları › İş №2(067)-57/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-57/2024

05.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-57/2024 05.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi barəsində mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianın baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Bildirmişdir ki, iddia ərizəsində bir sıra nöqsanlara yol verilmişdir. Həmin nöqsanları aradan qaldırıb, yenidən məhkəməyə müraciət edəcəklər. Məhkəmə iclasında cavabdeh tərəf iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar