Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-396/2023 28.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X52 İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə qazanılmış əmlakda ½ pay hüququnun müəyyən edilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil cavabdehlər Cavabdeh2 və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X52 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X15 arasında bağlanmış ** BD *** dövlət qeydiyyat nişanlı “X43” markalı minik avtomobili barəsində bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ** BD *** dövlət qeydiyyat nişanlı “X43” markalı minik avtomobilinin birgə nikah dövründə qazanıldığından İddiaçı həmin əmlaka ½ pay hüqunun müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində bildirmişdir ki, hüquqlarını müdafiə etdiyim İddiaçı, Cavabdeh2 ilə 03 fevral 1998-ci il tarixdə rəsmi nikah qeydiyyatından kecməklə nikahlarını rəsmiləşdirmişlər. Evləndikləri vaxt münasibətləri yaxşı olmuşdur. Ailə büdcələri bir olmaqla bir idarə olunmuşdur. xx.xx.2018-ci il tarixində Cavabdeh2 adına alqı-satqı müqaviləsi əsasında “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyata alınmışdır. Cavabdeh2 Şərur Rayon Məhkəməsində nikahın pozulması tələbi barədə iddia qaldırmış. Nikahları xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Cavabdeh2 nikahın pozulmasında verdiyi ifadəyə əsasən 2021-ci ilin mart ayı Bakı şəhərinə getdiyini, 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhərindən qayıtdıqda uşaqların anaları İddiaçı işləmək məqsədi ilə Türkiyə Respublikasına getdiyini və bir daha qayıtmadığını bildirmişdir. Lakin birgə nikah dövründə qazanılmış “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 xx.xx.2021-ci il tarixində alqı-satqı əsasında Şərur rayon Düdəngə kənd sakin X1. Hüquqlarını müdafiə etdiyim İddiaçı birgə nikah dövründə qazanılmış əmlakda ½ payın müəyyən olunması tələbi barədə müraciər etdi, xx.xx.2022-ci il tarixində Naxçıvan MR daxili İşlər Nazirliyinin X52 İdarəsinə sorgu göndərdim. xx.xx.2022-ci il tarixli, 1/1226 nömrəli sorğuya cavab gələrək “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 xx.xx.2021-ci il tarixində alqı-satqı əsasında Şərur rayon Düdəngə kənd sakini X4 qeyd olunmuşdur. Cavabdeh2 Şərur Rayon Məhkəməsində verdiyi ifadəyə əsasən İddiaçı Türkiyə Respublikasında olduğu müddətdə məlumatı olmadan “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən satılmışdır. Əlavə olaraq qeyd etmək isdəyirəm ki, hüquqlarını müdafiə etdiyim İddiaçı, “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasını xx.xx.2022-ci il tarixində məlumatı olmuşdur. Cavabdehin nikahın pozulmasında verdiyi ifadəyə əsasən iddiaçı 2021-ci ilin may ayında Türkiyə Respublikasına getdiyini, cavabdeh qeyd olunan avtomabili, iddiaçının olmamasından istifadə edərək xx.xx.2022-ci il tarixdə məlumat vermədən satmışdır. Qeyd olunan maşını sataraq, maşının bir qisim pulu ilə yenidən yəni nikahları pozulan 9 gün sonra yəni Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə nikahları pozulmuş, xx.xx.2022-ci il tarixində özünə yeni avtomabil almaqla, “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobini pərdələmək olmuşdur. Lakin “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobildə hüquqlarını müdafiə etdiyim İddiaçı ½ pay hüququ var. Qanunun tələbi bundan ibarətdir ki, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Buradanda bəlli olduğu kimi əgər cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlaka dair sərəncam verirdisə iddiaçının razılığım tələb olunurdu, iddiaçı isə nəinki razılıq verdiyini ümumiyyətlə bu alqı-satqıdan xəbəri olmayıbdır. Yalnız vəkil sorgusuna cavab gəldikdən sonra bu əmlakın satılmasından məlumatım olmuşdur. Bu da onu sübut edir ki, burada razılığ ettimalından söhbət gedə bilməz. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında həqiqətən də iddiaçı ilə 3 fevral 1998-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarının 2021-ci ilin mart ayına qədər davam etdiyini, 2021-ci ilin mart ayında Bakı şəhərinə getdiyini, 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhərindən qayıtdıqda arvadı İddiaçı işləmək məqsədi ilə Türkiyə Respublikasına getdiyini öyrəndiyini, bir daha qayıtmadığını, məcbur qalıb iddiaçı ilə aralarında olan nikahın pozulması məqsədilə məhkəməyə müraciət etdiyini, nikahlarının xx.xx.2022-ci il tarixdə pozulduğunu, hazırkı mübahisə predmeti olan “X43” markalı avtomobili iddiaçı ilə birgə nikahda olduqları dövrdə qardaşı X16 onun adına aldığını, heç yerdə işləmədiyi üçün həmin avtomobili özünün ala bilməyəcəyini, qardaşının Bakı şəhərində yaşadığını, tez-tez Naxçıvana gəldiyini, Naxçıvanda olarkən istifadə etməsi üçün avtomobili onun adına aldığını, daha sonra qardaşı ilə aralarında mübahisə olduğunu, buna görə də, qardaşı Sadıx həmin avtomobili bacısı X7 adına qeydiyyata aldırmağını istədiyini, o da xx.xx.2021-ci il tarixdə həmin avtomobili bacısının adına qeydiyyata aldırdığını, bir müddət sonra avtomobil xarab olduğu üçün onu Bakı şəhərinə gedən yük avtomobilinə yükləyərək Bakıya qardaşına göndərdiklərini, daha sonra balaca qardaşının ona başqa bir avtomobil aldığını, hal-hazırda həmin avtomobili idarə etdiyini qeyd edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 20 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında hazırkı mübahisə predmeti olan avtomobili böyük qardaşı X27 alaraq digər qardaşı Cavabdeh2 adına qeydiyyata aldırdığını, qardaşının Bakı şəhərində yaşadığını, tez-tez Naxçıvana gəldiyini, Naxçıvanda olarkən həmin avtomobili istifadə etdiyini, daha sonra Sadıxla Fariz arasında mübahisə olduğunu, buna görə də Sadıx Farizdən avtomobili onun adına qeydiyyata aldırmağın istədiyini, xx.xx.2021-ci il tarixdə Fariz həmin avtomobili alqı-satqı müqaviləsi əsasında onun adına qeydiyyata aldırdığını, ümumiyyətlə aralarında pul söhbətinin olmadığını, 2022-ci ildə həmin avtomobilin xarab olduğunu, avtomobili Bakı şəhərinə göndərdiklərini, daha sonra 2022-ci ildə onun qardaşının oğluna etibarnamə verdiyini, ondan sonra avtomobilin aqibəti barədə məlumatının olmadığını bildirmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X52 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6- cı maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X21 ifadəsində maşını əmisinin alaraq atasına verdiyini, əmisinin bura gələndə maşını özünü sürdüyünü, maşının mühərrikinin xarab olduğunu, indiki maşının Vüqar əmisinin aldığını, əmisi ilə atası arasında heç bir inciklik olmadığını, atasının adından bibisinin adına keçirməsinin səbəbini bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X23 ifadəsində qardaşının adını bilmədiyi qara rəngdə maşınının olduğunu, həmin maşını qardaşı Sadıxın aldığını, sonra həmin maşını bacsının adına keçirdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X24 ifadəsində Farizin qara rəngli maşını olduğunu, həmin maşının qardaşı Sadıxın aldığını, kəndə gələndə özünün sürdüyünü, maşın bahalı olduğundan Farizin həmin avtomobili ala bilməyəcəyini fikirləşdiyini, qardaşlar arasında heç bir inciklik olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X34 ifadəsində maşının toyota markalı olduğunu, həmin maşını Farizə qardaşı Sadıxın aldığını, qardaşının imkanın yaxşı olduğunu, həmin maşını Farizin sürdüyünü, Sadıxgilin kəndə gələndə həmin maşını Sadıxın sürdüyünü, sonra həmin maşını apardıqlarını, yeni maşın verdiklərini, kəndə camaatın hamısının elə bildiyini, qardaşlar arasında heç bir inciklik olmadığını bildiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X25 ifadəsində Farizin onun qaynı olduğunu, əvvəllər Sadığın yanında işlədiyini, Sadıxın onun müdiri olduğunu, həmin maşını Sadıxın aldığını, sonra kəndə göndərdiyini, kəndə gələndə özünü sürdüyünü, Səkinənin adına niyə keçirdiyindən xəbirinin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X17 ifadəsində ailəyə yaxın adam olduğunu, Farizin qara rəngli toyota cipinin olduğunu, həmin maşını qardaşı Sadıxın aldığını eşitdiyini, kəndə gələndə Sadıxın özünün sürdüyünü, sonra maşının xarab olduğunu, maşını Bakı şəhərinə apardıqlarını, onların arasında inciklik olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X28 ifadəsində heç nədən xəbirinin olmadığını, niyə gəldiyini bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X22 ifadəsində özünməxsus Qazel markalı avtomobilinin olduğunu, Farizin ona zəngə edərək Land Crusier markalı maşının xarab olduğunu, onu qoşqu ilə Yengicə kəndindən Dərəkəndinə aparmağımı istədiyini, maşını Qazel markalı avtomobilə qoşaraq Dərəkəndinə apardıqlarını, maşını kamaza yükləyib Bakıya göndərdiklərini, həmin maşının Farizin qardaşı Sadıxın olduğunu eşitdiyini bildirmişdir Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X11 ifadəsində X41 markalı maşın sürdüyünü, həmin maşının Sadıxın olduğunu, motorunun xarab olduğunu, Bakı apardıqlarını, onun 12 il burda olmadığını, başqa maşınlardan xəbərinin olmadığını, maşın Bakı nömrəsi olduğu üçün qardaşının adına keçirdiyini, başqasının adına keçirməsindən xəbərinin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X18 ifadəsində Farizin onun qaynı olduğunu, Hyundai Santafe markalı maşının Sadıxın qaynına hədiyyə verdiyini, maşının kəndə gələndə Sadıxın özünün sürdüyünü, farizin maşını olmadığını hamının bildiyini, çünki onun həmin maşını almağa maddi imkanı olmadığını, qayınları arasında heç bir inciklik olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X12 ifadəsində Sadıx dayısının Land Crusier markalı maşın aldığını, həmin maşını kəndə göndərdiyini, bura gələndə özünün sürdüyünü, Farizin təsadüfən istifadə etdiyini, Fariz dayısının başqa maşını olmadığını, dayısının o maşını almağa imkanının olmadığını, maşının xalasının adına keçirməsindən xəbərinin olmadığını, dayıları arasında heç vaxt inciklik olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X13 ifadəsində Farizin qara Land Cruiser markalı maşının sürdüyünü, həmin maşının onun deyil qardaşı Sadıxın olduğunu, gələndə özlərinin sürdüyünü, maşının bacısının adına keçirməsindən xəbərinin olmadığını, hətta sonuncu maşını da Sadıxın aldığını bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X6 ifadəsində ailəyə yaxın adam olduğunu, Farizin sürdüyü qara rəngli prado markalı maşının qardaşı Sadıxın olduğunu, Farizin sürdüyünü, onun bir dəfə həmi maşını alıb sürdüyünü, təkərinin cırıldığını, onun təkərini dəyişə bilmədiklərini, bir ay həyətlərində qaldığını bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X26 ifadəsində cəmi bir qara maşın gördüyünü, Sadıxın maşını olduğunu, Sadıxın özünü bura gələndə maşını sürdüyünü, mühərrikinin xarab olduğunu, Bakıya apardıqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X14 ifadəsində maşının Farizin qardaşı Sadıxın olduğunu, Farizin maşını sadəcə idarə etdiyini, maşın bahalı olduğunu üçün Farizin elə maşın almağa maddi imkanının olmadığını, maşının alqı-satqısında iştirak etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndəsinin, cavabdehin və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikahın bağlanması haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, Cavabdeh2 ilə X19 arasında 03 fevral 1998-ci il tarixdə rəsmi nikah bağlanmış, həmin tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Ağayeva" soyadı verilmişdir. - Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-269/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasındakı nikah Şərur rayon Yengicə kənd İƏD üzrə nümayəndəliyində bağlanmış xx.xx.1998-ci il tarixli 02 № ilə qeyd olunmuş nikah pozulmuşdur. - Naxçıvan MR DİN X51 İdarəsindən Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanlanmış məktubdan görünür ki, ... xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına alqı-satqı müqaviləsi əsasında “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmış, xx.xx.2021-ci il tarixdə isə alqı-satqı müqaviləsi əsasında satılaraq, Şərur rayonu Düdəngə kənd sakini X7 adına qeydiyyata alınmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, tərəflər 1998-ci ildən 2022-ci ilədək birgə nikahda olmuşlar, birgə nikahda olduqları dövrdə xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili almışlar. Cavabdeh2 birgə nikah dövründə qeyd olunan “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqısı muqaviləsi əsasında bacısı X5 və həmin avtomobil Cavabdeh2 adından qeydiyyatdan çıxarılmışdır. Hazırda “X43” markalı ** BD *** dovlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r. Məhkəmmə qeyd edir ki, mübahisə predmeti olan avtomobilin tərəflərin birgə nikah dovrundə əldə edilməsi iş materiallarından mubahisəsiz qaydada muəyyən olunur. Həmcinin, işin faktiki hallarına gorə tərəflər arasında nikah munasibətləri Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikah dovrundə əldə etdiyi avtomobil tərəflər arasında olan nikah pozulanadək, yəni xx.xx.2021-ci il tarixdə satılmışdır. Bu fakt iş materialları ilə də oz təsdiqini tapır. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin izahatından muəyyən olunur ki, tərəflər 2021-ci ilin mart ayında faktiki olaraq ayrılmış, cavabdeh Bakı şəhərinə getmiş, həmin ilin may ayında Bakı şəhərindən qayıtdıqdan sonra iddiaçının işləmək məqsədi ilə Türkiyə Respublikasına getdiyini və bir daha qayıtmadığını bildirmişdir. Avtomobilin alqı-satqı muqaviləsinin tarixlərindən də görünür ki, cavabdeh iddiacı ilə aralarındakı münasibətlərin faktiki pozulduğu və cavabdehin ölkə ərazisində olmadığı müddətdə mübahisə predmeti olan avtomobili bacısının adına formal olaraq alqı-satqı etmişdir. Cavabdeh dəlillərinə gorə isə mübahisə predmeti olan “X43” markalı formal olaraq onun adına olmuş, avtomobili iddiaçı ilə birgə nikahda olduqları dövrdə qardaşı X16 onun adına aldığını, bunu yaşadığı kəndin hamısının təsdiq edə biləcəyini, heç yerdə işləmədiyi üçün həmin avtomobili özünün ala bilməyəcəyini, qardaşının Bakı şəhərində yaşadığını, tez-tez Naxçıvana gəldiyini, Naxçıvanda olarkən istifadə etməsi üçün avtomobili onun adına aldığını, daha sonra qardaşı ilə aralarında mübahisə olduğunu, buna görə də, qardaşı Sadıx həmin avtomobili bacısı X7 adına qeydiyyata aldırmağını istədiyini, o da xx.xx.2021-ci il tarixdə həmin avtomobili bacısının adına qeydiyyata aldırdığını, bir müddət sonra avtomobil xarab olduğu üçün onu Bakı şəhərinə gedən yük avtomobilinə yükləyərək Bakıya qardaşına göndərdiklərini bildirmişdir. Qeyd olunmalıdır ki, cavabdeh izahatında gostərdiyi halları, təsdiq edə biləcək mötəbər subutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin cavabdehin təşəbbüsü ilə məhkəmə iclasına dəvət edilən şahidlərin ifadələri isə əzbərlənmiş, biri - digərinin sözlərini təkrarlayacaq şəkildə ümumi sözlərdən istifadə edilməklə ifadə olunduğundan, inandırıcı və ağılabatan olmadığından, məhkəmə şahid ifadələrini iş üçün əhəmiyyət kəsb edən və mötəbər sübut hesab etməmişdir. Bu baxımdan məhkəmə cavabdehin izahatda qeyd olunan hallarla bağlı hər hansı subutun təqdim olunmamasını nəzərə alaraq, iddiacı tərəfin mubahisə predmeti olan avtomobilin həqiqətən tərəflər arasında nikah munasibətlərinin movcud olduğu dovrdə birgə gəlirlər hesabına alındığı və onun tərəflər arasında nikah munasibətlərinin faktiki pozulduğu dovrdə bacısının adına formal olaraq alqı-satqı edildiyi barədə dəlillərini inandırıcı hesab edir. Azərbaycan Respublikasının Mulki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dovrundə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onları umumi mulkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, ər-arvadın umumi birgə mulkiyyətinə əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq nikah dovrundə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh tərəfindən “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində alqı-satqı əsasında Şərur rayon Düdəngə kənd sakini X2, alqı-satqı muqaviləsi bağlanılarkən X15 tərəfindən cavabdehə hər hansı pul məbləğinin odənilmədiyi muəyyən olunur. Bununla da aydın olur ki, xx.xx.2021-ci il tarixli muqavilə formal olaraq bağlanılmış, faktiki olaraq avtomobil satılmamış, X3 və istifadəsinə verilməmiş, yəni, alqı-satqının huquqi nəticələri baş verməmişdir. Sadəcə cavabdehin məqsədi əmlakı oz adından cıxarmaqla iddiacıya catacaqı paydan onu məhrum etmək olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 33.1-ci maddəsinə əsasən ər-arvadın umumi əmlakı uzərində sahiblik, istifadə və sərəncam huququ onların qarşılıqlı razılığı əsasında həyata kecirilir; - 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Beləliklə də, Cavabdeh2 ilə X15 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı muqaviləsinin etibarsızlığının huquqi əsası ondan ibarətdir ki, həmin muqavilə formal xarakter daşımaqla, gorunuş ucun bağlanılmış, uydurma əqd olmuşdur. Azərbaycan Respublikasının Mulki Məcəllənin: - 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mubahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun huquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız gorunuş ucun bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarında göstərilmişdir ki, ... hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə həmcinin nəzərə alır ki, sozugedən avtomobil tərəflərin birgə nikahları dovrundə əldə edildiyindən onun uzərində iddiaçının 1/2 hissədə pay huququ muəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 1.4-cü maddəsinə görə Azərbaycan Respublikasının nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır; - 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır; - 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər: - 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; - 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Beləliklə də, Cavabdeh2 ilə X15 arasında “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı muqaviləsi formal xarakter daşımaqla, gorünüş ücün bağlanıldığından etibarsız hesab edilməli, “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahları dövründə əldə edildiyindən İddiaçı həmin əmlak üzərində 1/2 hissədə pay huququ muəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh2 ilə X15 arasında “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı muqaviləsi etibarsız hesab edilsin. “X43” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahları dövründə əldə edildiyindən İddiaçı həmin əmlak üzərində 1/2 hissədə pay huququ müəyyən edilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-396/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-396/2023
28.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver