Məhkəmə qərarları › İş №2(012)-2634/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2634/2025

22.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2634/2025 22.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Sumqayıt Regional BDYPİ-də Abşeron rayonunun Xırdalan Bələdiyyəsi ilə Cavabdeh2 MMC arasında bağlanılmış “Honda Accord” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair alqı-satqı müqaviləsinin etibarsız sayılması, o cümlədən avtomobilin (üzərində olan ** AA *** dövlət qeydiyyat nişan ilə birlikdə) bələdiyyənin mülkiyyətinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu Xırdalan Bələdiyyəsinin xx.xx.2025-cı il tarixli, 02 nömrəli protokolunun 09 saylı qərarı ilə Bələdiyyənin mülkiyyətində olan “Honda Accord" markalı, ** AA *** dövlət qeydiyyat nişanlı minik avtomobili təqdim edilmiş rəyə, müəyyən olunmuş bazar qiymətinə və istifadə müddəti bitdiyinə görə Cavabdeh2 MMC-yə müqavilə bağlanmaqla satılmışdır. Daha sonra, Abşeron rayonu Xırdalan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 08 saylı protokolunun 03 saylı qərarı ilə bələdiyyənin mülkiyyətində olan “Honda Accord" markalı, ** AA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin iş fəaliyyətinə yararlı olduğu aşkar edilmişdir. Eyni zamanda, bələdiyyə seçkilərinə 3-4 gün qalmış hərrac keçirilmədən, dəyərindən çox ucuz satılması şübhə doğurduğundan araşdırma aparılması və sözügedən alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh2 MMC-nin vəkili-nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə3 da iddianı qəbul etmədi. O, həmçinin qeyd etdi ki, hazırki iddia ərizəsinə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın qaytarılması tələbinə dair 2(012)-2634/2025 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndinə görə əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. İşdən görünür ki, hazırki mübahisə Xırdalan Bələdiyyəsi ilə Cavabdeh2 MMC arasında vaxtilə həmin Bələdiyyəyə məxsus olmuş avtomobilin geri qaytarılması barədədir. Hər iki tərəf hüquqi şəxsdir və yaranmış mübahisə onların kommersiya fəaliyyəti ilə bağlıdır. Cavabdeh2 MMC-nin hüquqi ünvanı isə ünvan 1lda isə məhkəmə hesab edir ki, bu mübahisə kommersiya xarakterlidir və mübahisəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın qaytarılması tələbinə dair 2(012)-2634/2025 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar