Məhkəmə qərarları › İş №2(027)-1202/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1202/2024

03.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1202/2024 03.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, X4, Quba rayon Dövlət Notariat Kontoruna qarşı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “əqdin etibarsız hesab edilməsi, əmlakların qanunsuz sahiblikdən alınması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, X4, Quba rayon Dövlət Notariat Kontoruna qarşı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “əqdin etibarsız hesab edilməsi, əmlakların qanunsuz sahiblikdən alınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 oktyabr 2009-cu il tarixdə vəfat etmiş, babaları X1 miras qalmış, Alekseyevka 012 №-li filialda 07900018 saylı hesab üzrə qoyulmuş əmanət pulun alınması üçün vərəsələr Cavabdeh3 və Cavabdeh2 verilmiş 15 avqust 2012-ci il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və digər miras əmlaklar olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.05225 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 94,4 kv.metr olan, iki mərtəbəli fərdi yaşayış evinin 1/2 hissəsinin vərəsə Cavabdeh3 1/2 hissəsinin isə digər vərəsə Cavabdeh2ın payları olduğuna dair 05 oktyabr 2013-cü il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılması, miras əmlaklarda ataları X2 payının olması müəyyən edilməli və həmin pay hissəyə onun vərəsələri olan iddiaçıların mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumu alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmədən 05 oktyabr 2009-cu il tarixdə vəfat etmiş, babaları X1 miras qalmış, Alekseyevka 012 №-li filialda 07900018 saylı hesab üzrə qoyulmuş əmanət pulun alınması üçün vərəsələr Cavabdeh3 və Cavabdeh2 verilmiş 15 avqust 2012-ci il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və digər miras əmlaklar olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.05225 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 94,4 kv.metr olan, iki mərtəbəli fərdi yaşayış evinin 1/2 hissəsinin vərəsə Cavabdeh3 1/2 hissəsinin isə digər vərəsə Cavabdeh2ın payları olduğuna dair 05 oktyabr 2013-cü il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılması, miras əmlaklarda ataları X2 payının olması müəyyən edilməli və həmin pay hissəyə onun vərəsələri olan iddiaçıların mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizənin məhkəməyə verilməsi üçün Dövlət büdcəsinə İddiaçı3 adından 100 (bir yüz) manat məbləğində dövlət rüsumu köçürmüşlər. Halbuki, digər iddiaçılar İddiaçı1 və İddiaçı2 da öz adlarından hər biri ayrıayırılıqda Dövlət büdcəsinə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu köçürməlidirlər. Bununla da müəyyən edilir ki, iddiaçılar tərəfindən ərizə ilə aiddiyyəti üzrə Quba Rayon Məhkəməsinə müraciət edilən zaman ərizəyə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Beləliklə hesab edirəm ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, X4, Quba rayon Dövlət Notariat Kontoruna qarşı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “əqdin etibarsız hesab edilməsi, əmlakların qanunsuz sahiblikdən alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçilərə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada hazırkı iddia tələbi ilə bağlı ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, X4, Quba rayon Dövlət Notariat Kontoruna qarşı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “əqdin etibarsız hesab edilməsi, əmlakların qanunsuz sahiblikdən alınması” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar