Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-570/2022 08.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 08 aprel 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 151 saylı 30208028 kodlu dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN 116F saylı 30208028 kodlu şəhadətnamənin 07.12.2012-ci ildə vəfat etmiş qızı X2 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 03 saylı qərarı ilə ona və mərhum qızı Zemfira Qasımovanın mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi və 1,49 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahələrinə dair dövlət aktı və şəhadətnamə verilmişdir. Lakin həmin sənədlərdə soyadı Qasımova oldcuğu halda səhvən Qasımov ata adı isə «Oruc qızı» olduğu halda səhvən «Oruc oğlu» kimi qeyd olunmuş, həmçinin mərhum qızının adı Zemfira olduğu halda səhvən Zenfira kimi yazılmışdır. Həmin vaxt bunun hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nə müraciət etmiş, lakin dövlət aktında səhvə yol verildiyindən müraciətləri mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 151 saylı 30208028 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 03 nömrəli qərarına əsasən X5 və X1 mülkiyyətinə 1,49 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 116F saylı 30208028 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 03 nömrəli qərarına əsasən X5 və X1 mülkiyyətinə 0,08 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X4 07.12.2012-ildə vəfat etmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 13.12.2021-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 151 saylı 30208028 kodlu dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair JN 116F saylı 30208028 kodlu şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Dədəli kənd İƏD üzrə nümayəndəsinin 07.12.2021-ci il tarixli 548 nömrəli arayışından müəyyən olunur ki, 1996- 1998-ct tllər ərzində aparılmış aqrar islahatlar zamanı mülkiyyətçi Ərizəçi məxsus 1,49 ha torpaq sahəsinə dair torpağa mülkiyyət hüququna dair dövlət aktında (JN 151, kod ********) sıralanmada 1-ci yerdə duran mülkiyyətçi Ərizəçi adı səhv olaraq X3 göstərilmişdir. Həqiqətdə isə həmin mülkiyyətçi Ərizəçi Oruz qızıdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Dədəli kənd İƏD üzrə nümayəndəsinin 22.12.2021-ci il tarixli 577 nömrəli arayışından müəyyən olunur ki, 1996- 1998-ct tllər ərzində aparılmış aqrar islahatlar zamanı mülkiyyətçi Ərizəçi məxsus 0,08 ha torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN 116F, kod ********) sıralanmada 1-ci yerdə duran mülkiyyətçi Ərizəçi adı səhv olaraq X3 göstərilmişdir. Həqiqətdə isə həmin mülkiyyətçi Ərizəçi Oruz qızıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Ərizəçi torpağa mülkiyyət hüququna dair JN 151 saylı 30208028 kodlu dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair JN 116F saylı 30208028 kodlu şəhadətnamədə adları qeyd olunmuş hüquq sahibləri ilə qohumdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 151 saylı 30208028 kodlu dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN 116F saylı 30208028 kodlu şəhadətnamənin Ərizəçi və X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-570/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-570/2022
08.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver