Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-590/2022 11.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qeydiyyat kitabında 45 nömrə ilə 10 sentyabr 1999-cu ildə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” JN-0047 saylı, 30225048 kodlu Dövlət Aktının ona X8 ogluna və digər mülkiyyətçilər X4, X10, habelə X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 26 dekabr 1998-cı il tarixli 14 nömrəli qərarı ilə ailə başçısı o-X9 oglu olmaqla onun və ailə üzvlərinin xüsusi mülkiyyətinə Xaçmaz rayonu, Ukur-oba kəndi ərazisindən 1,04 ha pay torpaq sahəsi verilmişdir. Hüquqların “Torpağa mülkiyyət hüququna dair” JN-0047 saylı, 30225048 kodlu Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X24 adının və ata adının yazılışında səhvə yol verilmişdir. Belə ki, onun adı “Sevetulla” əvəzinə səhvən “Səfətullah” kimi, atasın adı “Məhəmmədkərim” əvəzinə səhvən “Məhəməd” kimi yazılmışdır. Həmin səhv qızları Leyla və Səbinənin ata adının yazılışında da edilərək adı yenə də “Sevetulla” əvəzinə “Səfətullah” kimi yazılmışdır. Yalnız həyat yoldaşı X1 ad, soyad və ata adının yazılışında səhvə yol verilməmişdir. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağlarına əhəmiyyət verməmişlər. Hazırda torpaq sahəsinə DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsindən çıxarış almaq istiyir X24 səhv yol verildiyinə görə çətinlik yaranmışdır. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********628 saylı məktubu ilə onlara bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Yaşayış yeri üzrə Xaçmaz İHB-nın Yalama kənd İƏD-də nümayəndəsinin xx.xx.2020-ci il tarixli 562 saylı arayışında da göstərilir ki, Dövlət Aktında səhvə yol verilmiş, sözlər yuxarıda göstərdiyim kimi oxunmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə ona və ailə üzvlərinə Xaçmaz rayonunun Ukur-oba kəndində cəmi 1,04 ha pay torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-0047 seriyalı 30225048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilib. X23 adı səhvən Səfətullah, ata adı səhvən Məhəmməd kimi qeyd edilib. Qızları Leyla və Səbinənin ata adının yazılışında da eyni səhvlər buraxılıb. Yalnız həyat yoldaşının ad, soyad və ata adı düzgün qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verməmişlər. Bu yaxınlarda torpaq sahələrilə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin JN-0047 seriyalı 30225048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıq olduğundan, yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun soyadı Qaytağovdur. Qızlarının biri ərə köçdüyünə görə, o biri də işlədiyinə görə, onların adlarından ərizəni o, vermişdir. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan JN-047 seriyalı 30225048 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə X2, X6, X7 və X3 Xaçmaz rayonunun Ukur-Oba kəndində cəmi 1,04 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Xaçmaz rayonun, Ukur-Oba kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 17560779 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 xx.xx.1992-ci il tarixdə Xaçmaz rayonun, Ukur-Oba kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 17020887 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 xx.xx.1990-cı il tarixdə Rusiya Federasiyası, Udmurtuyada anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 09072922 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 xx.xx.1960-cı il tarixdə Xaçmaz rayonun, Günəşli kəndində anadan olmuşdur. İddiaçının məhkəməyə ünvanlandığı iddia ərizəsindən görünür ki, iddiaçının soyadı rəsmi sənədlər əsasında “Qaytağov” olduğu halda, o, iddia tələbində sənədin “Qaytagov”a məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində soyad uyğunsuzluğu olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-590/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-590/2022
11.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver