Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-595/2024 04.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inxzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 20 oktyabr 1984-cü il təvəllüdlü bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 20 oktyabr 1984-cü il təvəllüdlü bacısı X5 “ Orta dərəcəli əqli gerilik imbesillik” diaqnozu ilə ruhi xəstəlikdən əziyyət çəkir. Azərbyacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 15 saylı Tibbi Sosial Ekspert Komissiyasının Müvafiq rəyi ilə ona İİ dərəcəli əlillik qrupu müddətsiz olaraq təyin edilmişdir. Xəstə olduğuna görə məktəbə getməyib, yazıb-oxuya bilmir. Ona pensiya təyin edilməsi üçün müvafiq sənədlərin hazırlanmasında onun iştirakı və imzası lazım olsa da, öz hərəkətlərinə cavab vermədiyinə görə və savadsızlığına görə həmin sənədlərin hazırlanmasında və imzalanmasında iştirak edə bilmir. Qeyd edək ki, valideynlərindən atası X7 vəfat etmiş, ansı X6 isə xəstə olduğuna görə, habelə qoca və yaşlı olduğuna görə bacısına baxa bilmir. Ona şəxsən o baxır və qulluq göstərir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə baxış iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan yeni nəsil AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 xx.xx.1984-cü il tarixdə Xaçmaz rayonunun, Hülövlü kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, X4 orta dərəcəli əqli gerilik imbesillik diaqnozu qoyulmuşdur. İş materiallarında olan Quba rayon X1 14 fevral 2024-cü il tarixli arayışından müəyyən olunur ki, Xaçmaz rayonu, Hülövlü kəndində anadan olmuş və həmin kənddə yaşayan xx.xx.1984-cü il təvəllüdlü X5 xx.xx.2007-ci il tarixindən Quba rayon PNRM-nin müşahidəsindədir. O, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2017- ci il tarixədək stasionar müalicələrdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 1867 saylı rəyindən müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü X3 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 20 oktyabr 1984-cü il təvəllüdlü bacısı X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 20 oktyabr 1984-cü il təvəllüdlü bacısı X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-595/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-595/2024
04.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver