Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-606/2022 28.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5, Abdullayeva (Quliyeva) Pərvanə Mahmud qızı, X1, X6, X7, X2, X8, X9 və Qurbanova Hicran Şahbala qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-021A seriyalı, ********* kodlu şəhadətnamənin həmin paylı mülkiyyətçilərlə birgə o, Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun şəxsiyyəti Ərizəçi olmaqla xx xxxxxx 1972-ci ildə Xaçmaz rayonunun Ustacəlli kəndində anadan olmuşdur. Xaçmaz rayonunun Ustacəlli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rayonlarda aparılan Aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 16 saylı qərarına əsasən onun, digər paylı mülkiyyətçilər X5, Abdullayevə (Quliyeva) Pərvanə Mahmud qızı, X1, X6, X7, X2, X8 və X3 paylı olaraq mülkiyyətinə Xaçmaz rayonunun Ustacəlli kəndi ərazisindən cəmi 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ torpağın mülkiyyətə verilməsinə dair JN- 021A seriyalı, ********* kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin şəhadətnamədə onun soyadı “Qurbanov” olduğu halda səhvən “Qurbanova”, atasının adı “Şabala” olduğu halda səhvən “Şahbala” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Yaxın vaxtlarda soyadında və ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması və düzəliş edilməklə yeni mülkiyyət sənədinin verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 5 saylı Xaçmaz Ərzai İdarəsi tərəfindən ona torpağın mülkiyyətə verilməsinə dair JN-021A seriyalı, ********* kodlu şəhadətnamədə ad, soyad və ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılmasının və düzəlişlərin həyata keçirilməsinin reyestr xidmətinin səlahiyyətlərinə aid olmadığı bildirilməklə müraciətinin həlli mümkün olmamış və ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi rəsmi qaydada tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yeni sənədin verilməsi də məhkəmə qətnaməsi olmadan mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarına əsasən ona və digər paylı mülkiyyətçilərə Xaçmaz rayonunun Ustacəlilli kəndində cəmi 0,12 ha həyətyanı torpaq sahəsi verilib və hüquqları JN-021A seriyal 30207088 saylı şəhadətnamə ilə rəsmiləşdirilib. Lakin şəhadətnamədə onun adı səhvən Qurbanova Hicran Şahbala qızı kimi qeyd edilib. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini xahiş etmişdir. JN-021A seriyal 30207088 saylı şəhadətnamədə qeyd olunan digər paylı mülkiyyətçilər həmkəndliləridir. Onlar onun ailə üzvləri deyillər. Onları bir şəhadətnamədə paylı mülkiyyətçilər kimi qeydə alınmalarının səbəbi ona məlum deyil. Məhkəmə iclasında şahid qismində izahat vermiş X5 bildirmişdir ki, Xaçmaz rayon AİKnın xx.xx.1998-ci il tarixli 02 saylı qərarına əsasən ona və ailə üzvlərinə Xaçmaz rayonunun Ustacəlilli kəndində cəmi 0,10 ha həyətyanı torpaq sahəsi verilib. Onlar həmin torpağılarını ərizəçinin arvadına satmışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin adı səhvən Qurbanova Hicran Şahbala qızı kimi qeyd edilib. JN-021A seriyalı 30207088 saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsi onların olub. Ərizəçinin adının həmin şəhadətnaməyə necə salınmasını bilmir. Torpaq sahəsi hazırkı vaxtadək ərizəçinin istifadəsindədir. Həmin torpaq sahəsi ilə bağlı heç bir iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş X7 bildirmişdir ki, Xaçmaz rayon AİKnın xx.xx.1998-ci il tarixli 02 saylı qərarına əsasən ona və ailə üzvlərinə Xaçmaz rayonunun Ustacəlilli kəndində həyətyanı torpaq sahəsi verilib. JN-021A seriyalı 30207088 saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsinin onlara heç bir aidiyyatı yoxdur. Onun torpaq sahəsi başqa ərazidə yerləşir. Onun və ailə üzvlərinin adının JN-021A seriyalı 30207088 saylı şəhadətnaməyə necə salındığını bilmir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin adı səhvən Qurbanova Hicran Şahbala qızı kimi qeyd edilib. Qeyd olunan torpaq sahəsi hazırkı vaxtadək ərizəçinin istifadəsindədir. Həmin torpaq sahəsi ilə bağlı heç bir iddiası yoxdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında JN-021A seriyalı 30207088 kodlu Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998ci il tarixli 02 saylı qərarı X5, X4, X1, X6, X7, X2, X8, X9 və Qurbanova Hicran Şahbala qızına Xaçmaz rayonunun Ustacəlli kəndində cəmi 0.12 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Xaçmaz rayonun, Ustacəlli kəndində anadan olmuşdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Hülövlü kənd İƏD Nümayəndəliyinin xx.xx.2021ci il tarixli 65 saylı arayışından müəyyən olunur ki, JN-021 A KOD 30207088 saylı dövlət aktında Ərizəçi adı mexaniki səhv olaraq Qurbanova Hicran Şahbala qızı kimi yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X5, Abdullayeva (Quliyeva) Pərvanə Mahmud qızı, X1, X6, X7, X2, X8, X9 və Qurbanova Hicran Şahbala qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-021A seriyalı, ********* kodlu şəhadətnamənin həmin paylı mülkiyyətçilərlə birgə Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X5, Abdullayeva (Quliyeva) Pərvanə Mahmud qızı, X1, X6, X7, X2, X8, X9 və Qurbanova Hicran Şahbala qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 021A seriyalı, ********* kodlu şəhadətnamənin həmin paylı mülkiyyətçilərlə birgə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-606/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-606/2022
28.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver