Məhkəmə qərarları › İş №2(067)-606/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-606/2025

08.04.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-606/2025 08.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi notariat hərəkətlərinin aparılmasından imtinadan şikayətinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusunun ona vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin verməməsini əsassız hesab etməklə Torpağa mülkiyyət hüququna dair JN-141, KOD 30207108 saylı Dövlət Aktına əsasən mərhum X2ndan miras qalmış Xaçmaz rayonu, Canaxır kəndində yerləşən 0.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.261 ha hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə mərhum X2 ailə başçısı olmaqla maraqlı tərəf Maraqlı şəxs2 və onun uşaqları X18, X16 və X17 xüsusi mülkiyyətlərinə Xaçmaz rayonunun Canaxır kəndi ərazisindən 1.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-141, KOD 30207108 saylı Dövlət Aktına əsasən hüquqları qeydiyyata alınmışdır. Torpaq sahəsi iki hissədən ibarət olmaqla torpaq sahəsinin bir hissəsi 0.57 ha, digər hissəsi 1.16 ha olmaqla iki hissədən ibarətdir. Dövlət Aktında da torpaq sahələri ayrı-ayrı planşetdə göstərilmişdir. Hər bir mülkiyyətçinin payı 0.29 ha təşkil edir. X2 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən öncə 14 sentyabr 2010-cu il tarixdə tərtib edilmiş vəsiyyətnamə ilə bütün əmlakını, o cümlədən Mehrəliqışlaq kəndində yerləşən fərdi yaşayış evinin hissəsini və torpağa mülkiyyət hüququna dair JN-141, KOD 30207108 saylı Dövlət Aktında göstərilən 0.29 ha torpaq sahəsini ona vəsiyyət etmişdir. Vəsiyyət olunan yaşayış evində yaşamaqla, faktiki olaraq mirası qəbul etmişdir. X1, X4 və X13 qeyd olunan əmlakdan pay tələb etmirlər və bu barədə notarial qaydada təsdiqlənmiş rəsmi ərizələri vardır. Maraqlı tərəflərdən Maraqlı şəxs2 mərhum qardaşı X10 həyat yoldaşıdır. Anasına məxsus 0.29 ha torpaq sahəsi ona vəsiyyət olunsa da, Maraqlı şəxs2 və ya övladlarına çatası məcburi payın ayrılmasına etirazı yoxdur. Onun məcburi payı 0.29 ha təşkil edir. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, X-1627 saylı məktubu ilə ona bildirilmişdir ki, mərhumların birinci növbəli vərəsələri mövcuddur, bu səbəbdən də vərəsəlik işinin davam etdirilməsi və payların müəyyən edilməsi mümkün deyildir. Hesab edir ki, notariat orqanının imtinası əsassızdır. Belə ki, o, yalnız ona vəsiyyət edilmiş 0.29 ha torpaq sahəsini maraqlı tərəfin məcburi payı çıxıldıqdan sonra qalan 0.261 ha torpaq sahəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Notariat Ofisinin ona vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtinası əsassız hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir. Tələbi ona düşən payın ayrılıb ona verilməsidir. Torpaq sahəsində 2 pay var. Torpaq sahəsi iki hissədən ibarət olmaqla torpaq sahəsinin bir hissəsi 0.57 ha digər hissəsi 1.16 ha olmaqla iki hissədən ibarətdir. Dövlət Aktında da torpaq sahəsi ayrı-ayrı planşetdə göstərilmişdir. Hər bir mülkiyyətçinin payı 0.29 ha təşkil edir. Vəsiyyətnamə verilib 3 bacısına, anasına, qardaşına və ona. Gülpürüz onun anasıdır. O, vərəsəlik almaq üçün notariusa müraciət etmişdir. İmtina edildi. Çünki torpaq sənədini almamışdır. Daha sonra sənədləri alıb təqdim etmişdir. Lakin təkrar imtina olundu. Anasının birinci vərəsəsi odur. Qardaşı rəhmətə gedib. Almaz onun qardaşının arvadıdır. Bacıları isə paylarını ona verib. Vərəsəlikdən imtina ediblər. Bir qardaşı üç bacısı olub. Onlar 2 qardaş 1 evdə olmuşlar. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında göstərmişdir ki, ərizəni qəbul etmir. Qayınanası Gülpürüz başda olmaqla o, və qızlarının adına torpaq var. Onlar da payçıdırlar, mirasları var. Baldızları payını ərizəçiyə verməyib. O, baldızlarından soruşduqda ona imtina etmədiklərini dedilər. Onlar evi tam bölüb yaşamışlar. Ərizəçi indi təzə ev də tikib. Onlar isə köhnə evdə yaşayırlar. İş üzrə Maraqlı şəxs1 nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. - 14 sentyabr 2010-cu il tarixdə tərtib edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, X12 vəsiyyətnamə ilə Mehrəliqışlaq kəndində yerləşən fərdi yaşayış evinin yarı hissəsini və torpağa mülkiyyət hüququna dair JN-141, KOD 30207108 saylı Dövlət Aktında göstərilən 0.29 ha torpaq sahəsini oğlu Ərizəçi vəsiyyət etmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. - 14 sentyabr 2010-cu il tarixdə tərtib edilmiş başqa vəsiyyətnamədən müəyyən olunur ki, X12 vəsiyyətnamə ilə Mehrəliqışlaq kəndində yerləşən fərdi yaşayış evinin yarı hissəsini gəlini Maraqlı şəxs2 vəsiyyət etmişdir. - Xaçmaz rayon 1 saylı Notariat Ofisinin Ərizəçi ünvanladığı 09 dekabr 2024-cü il tarixli № X-1627 saylı məktubundan müəyyən olunur ki, onun Xaçmaz rayon 1 saylı notariat ofisinə 18 yanvar 2011-ci ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində müraciətinə baxılmışdır. X6 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislərin pay bölgüsünə dair münasibət bildirmələri zəruridir. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda və mübahisənin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə olunur. - X5 tərəfindən Xaçmaz rayon 1 saylı Notariat Ofisinə təqdim edilmiş ərizədən görünür ki, o, X2nın xx.xx.2011-cı il tarixində vəfatından sonra miras qalmış əmlaka dair vərəsəliyi nə faktiki və yaxud notariat kontoruna ərizə verməklə qəbul etməmişdir və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxacaq. Hərəkətsizliyiniin nəticələri ona aydındır və buraxılacaq müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcək. Ona düşən məcburi paydan əl çəkir. - X7 Xaçmaz rayon 1 saylı Notariat Ofisinə təqdim etdiyi ərizədən görünür ki, o, X2nın xx.xx.2011-cı il tarixində vəfatından sonra miras qalmış əmlaka dair vərəsəliyi nə faktiki və yaxud notariat kontoruna ərizə verməklə qəbul etməmişdir və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxacaq. Hərəkətsizliyiniin nəticələri ona aydındır və buraxılacaq müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcək. Ona düşən məcburi paydan əl çəkir. - Torpağa mülkiyyət hüququna dair JN-141, KOD 30207108 saylı Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə X12 ailə başçısı olmaqla maraqlı tərəf Maraqlı şəxs2 və onun uşaqları X18, X16 və X17 xüsusi mülkiyyətlərinə Xaçmaz rayonunun Canaxır kəndi ərazisindən 1.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X11 və digər mülkiyyətçilərin hüquqları qeydiyyata alınmışdır. Torpaq sahəsi iki hissədən ibarət olmaqla torpaq sahəsinin bir hissəsi 0.57 ha digər hissəsi 1.16 hadır Dövlət Aktında da torpaq sahələri ayrı-ayrı planşetdə göstərilmişdir. Hər bir mülkiyyəyçinin payı 0.29 ha təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X12 ona tam mülkiyyət hüququ ilə məxsus olmuş Xaçmaz rayonu, Mehrəliqışlaq kəndində yerləşən fərdi yaşayış evinin yarı hissəsini və Xaçmaz rayonu, Canaxır kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-141, KOD 30207108 saylı Dövlət Aktında göstərilən 0.29 ha torpaq sahəsini Ərizəçi vəsiyyət etmişdir. Vəsiyyət olunan yaşayış evində yaşamaqla, faktiki olaraq mirası qəbul etmişdir. X1, X4 və X13 qeyd olunan əmlakdan pay tələb etməmiş və bu barədə notarial qaydada təsdiqlənmiş rəsmi ərizələri vardır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.) . Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 178-ci maddəsi). Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə uyğun olaraq Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) bağışlama müqaviləsi yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusunun vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnaməni verməsindən imtina etməsi əsassız (qanunsuz) hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin olunsun. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusunun Ərizəçima vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnaməni verməsindən imtina etməsi əsassız (qanunsuz) hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar