Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-608/2022 07.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN180F KOD 30218018 saylı şəhadətnamənin ona Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, daşınmaz əmlaka dair hüquqularını həyata keçirmək istəyir. Lakin torpağın mülkiyyətə verilməsinə dair JN180F KOD 30218018 saylı şəhadətnamədə adı Ərizəçi yerinə səhvən X5 yazıldığı üçün hüquqlarını həyata keçirə bilmir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə ona və ailə üzvlərinə Xaçmaz rayonunun Niyazoba kəndində 0,23 ha həyətyanı torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-180F seriyalı 30218018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə təqdim edilib. Lakin Şəhadətnamədə onun adı səhvən Gülçöhrə, ata adı səhvən Mövlüd kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verməmişlər. Bu yaxınlarda torpaq sahələrilə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin JN-180F seriyalı 30218018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yanlışlıq olduğundan, yeni mülkiyyət sənədinin verilməsi mümkün olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə şəhadətnamədəki yanlışlığa fikir verməmişlər. Torpaq sahələrilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Şahidləri oğlu və qızıdır, onlar ərizələrində göstərdiyi halları təsdiq edə bilərlər. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 bildirmişdir ki, Xaçmaz rayon AİKnın xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə ona və ailə üzvlərinə Xaçmaz rayonunun Niyazoba kəndində 0,23 ha həyətyanı torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-180F seriyalı 30218018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə təqdim edilib. Lakin Şəhadətnamədə anasının adı səhvən Gülçöhrə kimi, ata adı səhvən Mövlüd kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verilməyib. Təsdiq edir ki, JN-180F seriyalı 30218018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə onlarla birlikdə anası Ərizəçi məxsusdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş X4 bildirmişdir ki, Xaçmaz rayon AİKnın xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə ona və ailə üzvlərinə Xaçmaz rayonunun Niyazoba kəndində 0,23 ha həyətyanı torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-180F seriyalı 30218018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə təqdim edilib. Lakin Şəhadətnamədə anasının adı səhvən Gülçöhrə kimi, ata adı səhvən Mövlüd kimi qeyd edilib. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verilməyib. Təsdiq edir ki, JN-180F seriyalı 30218018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə onlarla birlikdə anası Ərizəçi məxsusdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında JN-180F seriyalı 30218018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1997ci il tarixli 16 saylı qərarı ilə X6, X7, X4, X10, X8 və X2 Xaçmaz rayonunun Niyazoba kəndində 0,23 ha həyətyanı torpaq sahəsi ayrılıb. İş materiallarından müəyyən olunur ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Quba rayonun, Çiçi kəndində anadan olmuşdur. Onun atası X14, anası X11r. İş materiallarından müəyyən olunur ki, X9 ilə X3 xx.xx.1963-cü il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Nikahdan sonra X3 “Şükürova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN180F KOD 30218018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN180F KOD 30218018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-608/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-608/2022
07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver