Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-63/2023 29.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1979-eu ildə Xaçmaz rayon Ləcət kəndində anadan olmuş bacısı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, xx.xx.1979-cu il təvəllüdlü X5 onun bacısıdır. Bacısı əqli cəhətdən inkişafsız olmuşdur. O, uzun illərdir ki, özü öz hərəkətlərini idarə edə bilmir, kənar qulluğa ehtiyacı olan şəxsdir. Ona o, baxır. Bacısının şüuru pozulmuş, gözləri görmür, gəzə bilmir, danışa bilmir və özü müstəqil yaşaya bilmir. O birinci qrup əlildir. Sağalması qeyri mümkündür. Onun adından o, sənədləşmə işi aparmalıdır. Ona görə də qəyyumluq təyin edilməyi lazımdır. Bu səbəbdən hazırki ərizəsiylə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə baxış iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X5 bacısıdır. Bacısı hazırda onunla yaşayır. O, əqli cəhətdən inkişafsızdır. Öz hərəkətlərini idarə edə bilmir. İ qrup əlildir. Xəstə olduğuna görə bacısı öz hərəkətlərini dərk edə bilmir, müvafiq sənədləri dərk edə və imzalaya bilmir. Onun adından hansısa sənədlərə imza etməyi üçün bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zəruridir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Xahiş edir ki, ərizəsi təmin edilsin. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 14559518 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 xx.xx.1979-cu il tarixdə Xaçmaz rayonu, Ləcət kəndində anadan olmuşdur. İş materiallarında olan ИЕ №159144 saylı və Vİİ-ЖГ №392290 saylı X7 təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, Xaçmaz rayonu Ləcət kəndində yaşayan, xx.xx.1979-cu il təvəllüdlü X5, Xaçmaz rayonu Ləcət kəndində yaşayan xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi bacısıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X3 xx.xx.2023-cü il tarixli №872 saylı məktubundan görünür ki, Xaçmaz rayonu Ləcət kəndində yaşayan, xx.xx.1979-cu il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Quba rayon PNRM-də həkim psixiatrik komissiyasında olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-ci il tarixli 1815 saylı rəyindən müəyyən olunur ki, xx.xx.1979-cu il təvəllüdlü X1 paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı formasında psixi pozuntudan əziyyət çəkir. Yoxlanılan şəxsdə aşkar edilən göz xəstəliyi ilə yanaşı psixi pozuntu diaqnozu ilə ona İ qrup əlillik təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.1979-cu il təvəllüdlü X5 onda aşkar edilən psixi pozuntu ilə əlaqədar öz hərəkətlərini şüurlu şəkildə ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X5 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, Xaçmaz rayonu Ləcət kəndində yaşayan, xx.xx.1979-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Xaçmaz rayonu Ləcət kəndində yaşayan, xx.xx.1979-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-63/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-63/2023
29.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver